Mirmahmud Mirəlioğlu: “Seçkini boykot ediriksə, seçkidə iştirak etməyənləri satqın adlandırmaq kökündən yanlış olan yanaşmadır”

Ötən həftə Milli Şuranın sessiyasında 1 noyabrda keçiriləcək parlament seçkiləri məsələsi müzakirə edilib. Qurumun sədri Cəmil Həsənli çıxışında deyib ki, hazırda seçkilərin keçirilməsi üçün minimum şərait yoxdur. 

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, hər şey əvvəldən bəlli olan seçkidə iştirak etməyəcəklər. AXCP sədri Milli Şura olaraq sessiyadan sonra cəmiyyətə və hökumətə çox aydın şəkildə mesajlar verilməsini, sessiyanın nəticəsi olaraq, Milli Şura Koordinasiya Şurasına qurumun seçkiyə münasibətini ifadə edən sənəd qəbul etməsini təklif eləyib. 

Bir sıra siyasi təhlilçilər hesab edir ki, Milli Şuranın rəhbərliyi bununla əslində seçkiləri boykot edəcəklərinin, seçkidə iştirak edəcək digər müxalif qüvvələri isə “nəticəsi əvvəldən bəlli olan seçkiyə demokratik don geyindirən satqınlar” adlandıracaqlarının anonsunu vermiş olublar. 

Seçkiləri boykot etmək məsələsinə digər müxalif partiyaların münasibətinə gəlincə, Milli Şuradan kənarda olan partiyalar boykot mövqeyini dəstəkləmirlər. 

“Azadlıq 2015" seçki blokunda təmsil olunan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu ”Yeni Müsavat"a açıqlamasında bildirdi ki, kimin  nə deməyindən asılı olmayaraq onlar seçkidə iştirakı doğru sayırlar:“KXCP illərdir ki, bütün seçkilərdə, hətta heç kəsin iştirak etmədiyi seçkilərdə iştirak edib. Bunun bir sıra xüsusi səbəbləri  var. Birincisi budur ki, siyasi partiyanın ən böyük silahı seçkilərdə iştirak eləməkdir və bütün siyasi partiyalar öz nizamnamə və məramnamələrində birmənalı şəkildə vurğulayıblar ki, fəaliyyət istiqamətlərindən biri seçkilərdə iştirakdır. İkinci səbəb bundan ibarətdir ki, KXCP-nin Azərbaycanın bütün inzibati əraziləri üzrə nümayəndələri, təşkilatları var. Ona görə də KXCP heç bir müxalif partiyanın iştirak etmədiyi bələdiyyə seçkilərində belə iştirak edib. Bunu doğru sayırıq. Olub ki, biz də ayrı-ayrı adla fəaliyyət göstərdiyimiz zamanlarda seçkini boykot etmişik. 1998-ci il nümunəsi var. 

Amma hər kəs də bunu yaxşı bilir ki, həmin vaxt hamının bir arada olub guya seçkini boykot etməsi birbaşa Əbülfəz Elçibəyin seçkidə iştirak etməsinə mane olmaq üçün olub. İllər keçəndən sonra da bu məsələyə xüsusi aydınlıq gətirilib ki, kaş belə olmayaydı, düz etmədik və sair. Ona görə də indi kimin  nə deməyindən asılı olmayaraq biz seçkidə iştirakı doğru sayırıq. Partiyanın qərarı da var. Seçkidə iştirak etməmək də hər kəsin doğal haqqıdır, özləri bilərlər. Ona görə də biz seçkidə iştirak ediriksə, hər kəsdən tələb edə bilmərik ki, sən də seçkidə iştirak etməlisən. Eyni zamanda seçkini boykot ediriksə, seçkidə iştirak etməyənləri satqın adlandırmaq da kökündən yanlış olan yanaşmadır. Biz başqalarının mövqelərinə, taktikalarına hörmətlə yanaşığımız kimi, hesab edirik ki, bu, qarşılıqlı olmalıdır. 

Biz seçkidə iştirak ediriksə, bu heç də o demək deyil ki, hakimiyyət istədiyini etməlidir, seçkini saxtalaşdırmalıdır, demokratik seçki mühiti yaratmamalıdır, Seçki Məcəlləsi təkmilləşməməlidir". 

M.Mirəlioğlu deputatlığa namizədlərinin müəyyənləşməsi işinin davam etdiyini də açıqladı: “Mərkəzi seçki qərargahı var. Mərkəzi seçki qərargahı KXCP-nin daxil olduğu ”Azadlıq 2015" seçki blokunun qərargahıdır. Bloka daxil olan partiyaların rəhbərliyi burada təmsil olunurlar. Partiyaların rəhbərliyinə daxil olan insanların namizəd olacaqları dairələr müəyyənləşdirilib"./Musavat.com/

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti