İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslının “OLAYLAR”-a müsahibəsi

-Tahir bəy, vətənpərvərlik anlayışı İslamda necə tərənnüm olunur?

 -Vətən bizim mənəvi-milli dəyərlərimizi özündə yaşadan coğrafi ərazidir və hər bir vətəndaşın düşüncəsində bölünməzdir, toxunulmazdır. Onun qorunması uğrunda canından və malından keçmək hər bir vətəndaşın dinindən, irqindən, milliyyətindən, əqidə və etiqadından asılı olmayaraq mənəvi borcudur. Bunu mənəvi vəzifə borcu bilib, layiqincə düşünərək əməl edənlərə vətənpərvər deyilir. Onu qeyd etmək istəyirəm ki, dinimiz hər şeyə sahib çıxmır,  rədd də etmir və əksinə yardım edir. Belə ki, dindən əvvəl olan milli dəyərlər və xüsusiyyətləri yüksək qiymətləndirir və hörmətlə yanaşır. Hətta insanın bu sahələrdə çatışmazlıqlarına yardımçı olur və yanlış düşüncələrdən xilas olma yollarını göstərir. Çünki hər bir insan yaşa dolduqca, mürdikləşdikcə ictimailəşmək, hər şeyə, dövlətinə, insanlığa, xüsusən milli və dini dəyərlərə sahib durmaq istəyi və haqqı var. Ona görə insan bu kimi dəyərləri və xüsusiyyətləri özünün ağılı, əqidə etiqadı vasitəsi ilə ciddi yəni səbrli qərarlar qəbul etmək məcburiyyətindədir. Bilgisizlik, çaşqınlıq, ümidsüzlük, imansızlıq, əqidə və etiqadsızlıq kimi hal olarsa din insanalara yuxarı səviyyədə özünü tanımaq və hüquqlarını qorumaq kimi ali məqamlara yetişmək yolunu və nümunələrini göstərir və tanıdır. Vətən və millət başla bədən kimidir. Bunları heç vaxt bir-birlərindən ayrı təsəvvür etmək olmur. Vətən millətin əlindən alınarsa, o millət nə özünü, nə də milli mənəvi dəyərlərini tanıtdıra bilməz, yanlışlıqlar içində yaşayıb dünyadan silinə bilər. Millətin yox olması isə dinin məhv olması deməkdir. Hz. Peyğəmbərimiz (s) buyurub: “Vətəni sevmək imandandır”. Yəni Vətənini sevməyənin imanı yoxdur, dindar olsa belə. Demək millət dininə sahib olduğu qədər, dinimiz də millətin milli- mənəvi dəyərlərinə sahib durur..

-İslam dinində əsl vətənpərvər insan kim hesab edilir və o insanda hansı xüsusiyyətlər öz əksini tapır?

-Qeyd etmək lazımdır ki, hər kəs düşündüyü və bacardığı qədər öz vətənpərvərlik  missyasını yerinə yetirməlidir ki, cəmiyyətə və dövlətə sahib dursun. Düzdür, vətənpərvərlik dedikdə ilk ağla gələn fikir  şəhidlik olsa da, insan insanların və insanlığın  qayğısına qalmaq üçün ictimai, siyasi, hərbi və iqtisadi sahələrdə bacardığı işi vəzifə borcu bilib, hərəkət etməlidir.  Əslində vətənpərvərlik çoxşaxəli və istiqamətlidir, ictimai həyatımızda bütün sahələri əhatə edir. Az və ya çox vətənə və millətə xidmət etmək insanın imanından, fikir və düşüncələrindən asılıdır. Burada yaş, zaman və məkan önəmli deyil. İnsan kamilləşdikcə belə xidmətlər davamlı olaraq qarşısına sınaq kimi çıxır və insan bu fürsətdən istifadə edib böyük məqamlara yetişə bilir. Hər bir vətənpərvər insanın əzəməti isə qarşısına çıxan hadisələrdə verdiyi ciddi qərarlardan asılıdır. Hz. Muhəmməd (s) buyurub: "Bəndə, hərçənd ibadətində zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar". Vətənpərvərliyin tərkibi olan şəhidlik haqqında Allah-təala Quranında, Hz. Peyğəmbər (s) və İmam (ə)lar bir çox hədislərində dəfələrlə toxunmuş və hər bir müsəlmanın şərəfini, namusunu, malını və canını müdafiə etmək səlahiyyətində olduğunu dəfələrlə vurğulamışlar. Hz. Muhəmməd (s) buyurub: “Ey insanlar! Düşmənlə qarşılaşmaq istəməyin. Allahdan (vuruşmaq fəlakətindən) qorumasını istəyin. Amma elə ki, düşmənlə qarşılaşdınız, (bütün şiddətli vuruşmaya qarşı) dayanıb səbr edin. Bilin ki, cənnət qılıncların kölgəsi altındadır”.
Ayə və hədislər bizə onu öyrədir ki, vətən sevgisi tək təəssübkeşliklə bitmir və heç də quru torpaq sevgisi deyildir. Vətən sevgisi insanın təfəkküründə səxavətdən və imandan irəli gələn bir şeydir. Yəni insan o qədər mənəvi halda olur ki, artıq bütün vətəndaşları öz ailəsi bilir və onlara maddi və mənəvi dayaq durmaq arzusunda olur. Səxavətin ən yüksək məqamı insanın özü üçün ən dəyərli olanı canıdır ki, onu da dövlət, milləti, milli- mənəvi və dini dəyərləri  uğrunda Allaha xatir  qurban verir və şəhidlik zirvəsinə ucalır. Vətəni sevmək, onu qorumaq dinimizin bizə vacib buyurduğu əmrlərdəndir. İstər daxili, istərsə də xarici düşmənlərə qarşı vuruşmada öz canını fəda edənlər, şəhidlik rütbəsinə nail olurlar ki, bu da İslamda peyğəmbərlik dərəcəsindən sonra ən uca mərtəbədir. Çünki həm Qurani-Kərimdə, həm də hədisi-şəriflərdə şəhidlərin ölməzliyi, Allah yanında ruzi yedikləri dəfələrlə bəyan olunmuşdur. Qurani-Kərim bu mövzunu belə açıqlayır: “Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar (Allah dərgahında diridirlər. Lakin siz bunu dərk etmirsiniz”. (Bəqərə surəsi, ayə 154). Digər bir ayədə Allah buyurur: “Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar Rəbbi yanında diri olub ruzi yeyirlər. Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ onlara çatmamış (şəhid olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (Ali-İmran surəsi, ayə 169,170).
Hz. Peyğəmbər (s) buyurub: “Mən qiyamət günündə bu mübarək şəhidlərin Allah yolunda canlarını sevərək Allah yolunda fəda etdiklərinə şahidlik edəcəyəm. Şəhidləri qanlı paltarları ilə dəfn edin”. Digər bir hədisində isə buyurur: “Cənnətə girdikdən sonra heç bir kimsə dünyaya təkrar gəlməyi arzu etməz. Hətta dünyadakıların hamısını onlara versələr də. Ancaq şəhid şəhidliyin üstünlüyünü gördüyü üçün təkrar dünyaya gəlmək və on dəfə şəhid olmaq istər”. Bir şeyi də qeyd edim ki, şəhidin bəndəlik borcundan başqa bütün günahlarını Allah bağışlayar.

-Bəs bu gün Azərbaycan gəncini nə dərəcədə vətənpərvər saymaq olar?

-Gənclər dünyəvi hədəfə çatması üçün asan yollar axtarışındadırlar. Belə ki, tez nəticə əldə etmək üçün bir dəstələri müğənnilik edir, yaxud idman sahəsində şan-şöhrət taparaq gələcəyini təmin edirlər. Digər bir dəstə hədəfə çatmaq üçün rüşvətə əl atır, bir başqa dəstə isə yanlış təfəkkürün din adından gənclərə sırınması ucbatından cəmiyyətdən təcrid olub. Gənclərin belə hallarda öz başına qərarları, ciddi narahatçılıq yaratsa da, əksər gənclərimizin əhval- ruhiyyəsində saf və sağlam düşüncəli vətənpərvər xüsusiyyətləri bizləri sevindirir. Onu da qeyd edim ki, övladlar valideynlərinə müxalif (sağlam) olmasalar, inkişaf, təkamül baş verməz və milli mənəvi dəyərlərin aradan getməsinə səbəbkar olarlar. Məsələn, bizlərin hər birimiz valideynlərimizin yaşadığı şəraiti bəyənməyib, yeni müasir tipli, təlabatlara cavab verən şərait qururuq və yaşayırıq. Bunu keçmiş dövrlərlə müqayisə etsək nə qədər fərqli həyat olduğunu görərik. Hətta indiki gəncliyin gözü ilə baxsaq nə qədər məşəqqətli həyat kimi dəyərləndirərdilər. Vətənpərvərlik və milli-mənəvi dəyərlər də müasir tələblərə cavab verən təfəkkür, əqidə və etiqad istəyir. Müasir elmi-texniki inkişaf  imkan verir ki, gənclər seçim edib ciddi qərarlar qəbul etsin ki, vaxtlarını boşuna, məsrəfsiz işlərə sərf edib, məşğul olmasınlar. Ona görə gənclər yanlışlığa yol verib boşuna həyat tərzindən əl çəkib, Allahın buyurduqlarına əməl edərək, həyat proqramlarını ciddiləşdirib və müqəddəsləşdirməlidirlər. Çünki, həyatın dinamikası belə qurulub ki, hamı qocalığın və ölümün dadını dadacaq və onun imtahanını verəcək. Gənclik qarşısına elə proqram qoymalı və ona əməl etməlidir ki, qocalanda utanmasın, unudulmasın lənətlik olmasın. Bu proqram (ideologiya) əsasən 7 suala cavab verməlidir; “Mən kiməm, hardan gəlmişəm, hara gedirəm, nə etməliyəm, nə edə bilərəm, nə halaldı və nə haramdı”. Dinimiz bu suallara daha dolğun, məntiqli və mükəmməl cavab verdiyindən, ona sahib dururmaq hamının  müqəddəs borcudur. 

-Gənclərdə vətənpərvərlik hisslərinin daha da artırılması üçün nələrin edilməsi, hansı addımların atılması zəruridir?

-Dinə olan münasibət- hiss adətən uşaqlıqdan tədricən formalaşır. Çünki onlar saf və günahsız olduqları üçün dini mövzuları sevirlər və daha tez cəlb olunurlar. İnsan dünyanı dərk etdikcə ictimai təfəkkürə meyilliliyi, vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss gələcəkdə öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Məktəblərdə idman, musiqi və əmək təlimi dərsləri ilə bərabər, dini dərslərin də keçirilməsi zərurəti yaranıb. Ali təhsil ocaqlarında isə gənclər azad dinləyici kimi dini dərslərə cəlb oluna bilərlər. Əlbəttə dövlət nəzarəti və istəyi ilə belə tədbirlər baş tuta bilər. Hər bir insanı düşündürən qaranlıq suallar var. Bu suallar insanı daima qarabaqara hər vaxt və hər yerdə izləyir və düşündürür. Xüsusən bir insan öləndə, dəfn ediləndə və yas məclislərində. Suallar bunlardı; Ölüm, ölümdən sonrakı həyat, bərzəx aləmi, qiyamət günü, mələklər, şeytan, nəfs, cənnət, cəhənnəm, vicdan, ruh, peyğəmbərlər və sorğu - sual. Elmlərın içində ancaq dinimiz bu suallara cavab verir və qaranlıqları işıqlandırmağa aparır.

-Gənclərdə vətənpərvərlik hissinin aşılanması üçün bağça və məktəblərdə bu istiqamətdə aparılan işlər qaneedicidirmi?

- Fərdi və ictimi toplum şəkilində bir az qabağa getsək də, fürsətdən yararlanıb cəmiyyətimizə, dövlətimizə və onun milli-mənəvi və dini dəyərlərinə ağır zərbələr vurmaq istəyənlər də var. Ona görə dövlət anlayışı dini təfəkkürlə bir arada olmalıdır. Bunlar ayrılmazdır, istər aşkar, olsun istərsə də gizlin. İstər qanuni olsun, istərsə də qeyri-qanuni. Bu missiyanı hər bir vətandaş dərk edərək gələcək nəsillərə əmanət kimi daşımalıdır. Əks təqdirdə ağrılı-acılı taledən, ağır sınaqlardan qaça bilməyəcəyik. Baxın bir insanın böyüyüb, boya başa çatması üçün dövlət və millət ayaq üstə olur. Bunu hər bir şəxs bilməlidir və bu qayğıya nankorluq etmək olmaz. Hər kəsin ailəsi ilə cəmiyyətlə Allahla hesab kitabı olduğu kimi dövlətlə də hesab kitabı olmalıdır. İlk əvvəl dövlət və din insana böyük qardaşlıq edir, sahib durur və tanıtdırır. İnsan böyüyəndə isə dövlətinə və dininə böyük qardaşlıq edib ona sahib durub tanıtdırmalıdır.

 

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti