MHP-nin qurultayında qonaq qismində iştirak edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu musavat.com-a məlumat verib ki, qurultay bayram əhvalında başlayıb. Əvvəlcə bütün Türk dünyasından, o cümlədən, Azərbaycandan folklor nümunələri ifa olunub. 

Bundan sonra MHP başqanı Dövlət Baxçalı qurultay salonuna daxil olub. Və qurultay öz işinə başlayıb.

Milliyyətçi düşüncəyə görə, məhz bu gün türklər əfsanəvi yurdları hesab olunan Ergenekondan çıxaraq, dünyaya yayılıblar. Belə bir gündə MHP simvolik olaraq, "yenidən doğuluş" qurultayı keçirir. 

İyunun 7-də Türkiyə parlamentinə keçiriləcək seçki öncəsi bu qurultay milliyyətçilərin gövdə göstərisi hesab olunur. Qurultay keçirilən salonda və onun ətrafında, üst-üstə 50 min civarında insan kütləsi toplanıb. Türkiyə ictimai rəyi öyrənmə institutları da hesab edirlər ki, növbəti parlament seçkisində MHP-nin səsləri ciddi şəkildə yüksələcək.
 
Qurultayda iştirak edən "Yeni Müsavat"qəzetinin baş redaktoru Rauf Arifoğlu musavat.com-a yazır ki, qurultay təşkilat və prosedur məsələləri üzrə davam edir. Hazırda MHP Genel başqanı Dövlət Bahçeli çıxış edir. 

MHP genel başqan deyib ki, Türkiyənin, Türk-İslam dünyasının gözü bu salondadır. O, türk millətçilərinin hədəfini qısa özətlə verməklə, bütün qonaqları salamlayıb. Daha sonra, çıxışına davam edərək, önəmli mesajlar verib. 

O, deyib ki, Türkiyənin səlamətliyinin əsas qarantiyası milliyyətçilərdir. O, AKP-ni milli xəyanətdə suçlayaraq, bu ölkəni milliyyətçi hərəkatın xilas edəcəyini iddia edib. "Bizimlə yürü, Türkiyə" deyə, ölkəsinə xitab edib. 

D.Baxçalı öz çıxışında Türkiyə iqtidarını kəskin tənqid edib: "Bizim millətçiliyimiz soysuzluğa əngəldir,  millət və mədəniyyət mücadiləsidir, irqçiliyi rədd edir. Milləti kontrolsuz dəyişmələrin, bazarlaşmaların önünü kəsən, milləti yıxılmaz qala halına gətirən millətçiliyi Türkiyədə zəiflətmək istəyirlər. Türklüyü ayaqlar altına  almaq istəyən Tayyib Ərdoğanın çabası boşuna deyil". 

D.Bahçeli deyib ki, AKP-PKK koalisionu Türkiyəyə xəyanət edirlər: "Türkiyəyə quyu qazırlar. Novruz günümüzü - qurtuluş günümüzü kirlədirlər. Çox şükür, millət burada, Türkiyə aramızdadır. Biliniz ki, Türkiyənin gələcəyini yaxmaq istəyən bu xainlər bizim yaxdığımız atəşlərdə yanacaqlar". 

D.Bahçeli AKP-ni İmralıda cəza çəkən Öcalanla işbirliyində suçlayıb: "İmralı canisi nə istəyirsə, onu da AKP-yə yapdırır. Seçkilərdən sonra bunlar ortaq olaraq Türkiyəni yenidən qurmağa söz kəsiblər. Yeni Anayasa hazırlayacaq, PKK-nı və Öcalanı siyasətin mərkəzinə gətirəcəklər. " 

D. Bahçeli deyib ki, bu kurs kürd özrək dövləti qurmağa hesablanıb. Türk milləti bu xainlərə imkan vermiyəcək.

D.Bahçeli hər kəsi xainlərə qarşı ayağa qalxmağa çağırıb. O, deyib ki, AKP Atatürkün heykəllərini söküb, terrorçuların heykəlini dikir: "Ərdoğan rahatsız olur, Davudoğlu qurcanır, PKK sevmir deyə, bu ölkənin, bu millətin adı dəyişməyəcək. Onlar demokratiyanı təslimiyyət saymasınlar, meydanı boş görməsinlər. Bizdə bölünəcək ölkə, təslim olacaq Vətən, yıxılacaq dövlət yoxdur. Dünyanı onların başına dair edərik. Türkiyə bir uçurumun kənarındadır. Bu millətin son ümidi , son qalası, min illik qardaşlığımızın təminatı türk millətçiliyidir". 

D.Bahçeli vətəndaşlara çağırış edib, onları "AKP və hırsızlığa" səs verməməyə çağırıb: "AKP sandığa gömülməzsə, Türkiyə batacaq". 

O, rüşvətə, ədalətsizliyə, talana, xainliyə qarşı "Bizimlə yürü, Türkiyə", çağırışı edib.

Çıxışının sonunda Bahçeli deyib ki, 7 iyun seçkilərində MHP bütün təxminləri dağıdaraq, türk millətini iqtidar edəcək.

Çıxışdan sonra bu bayrama simvolik olaraq, dəmirdöymə mərasimi keçirilib. 

Bununla da türklərin Ergenekondan çıxışı, qurtuluşu, yenidən doğuluşu və bunun bu qurultaya yansıması simvolizə edilib .

Qurultay çıxışlar və təşkilati məsələlərlə davam edir.

Musavat.com

 

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti