Mirmahmud Mirəlioğlu: "Azərbaycanda hətta iki prezidentin köməkçisi işləyən şəxslər belə qətlə yetirilib"

KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.azsaytı və “Hürriyyət” qəzetinə müsahibə verib.Həmin müsahibəni oxucuların diqqətinə çatdırırq.

-Mirmahmud bəy, iki gün bundan öncə ölkə paytaxtında bahalaşma əleyhinə keçirilən aksiyada təxminən yüzə qədər insan iştirak etdi ki, bu da bəzi siyasilər tərəfindən xalqın mübarizə üçün lazımi gücə malik olmaması ilə izah edildi. Sizcə doğrudanmı xalqın mübarizə üçün taqəti yoxdur və bu səbəbdən də öz taleyinə biganəlik sərgiləyir?

-Mən hesab etmirəm ki, xalqın mübarizə aparmaq üçün cü və ya taqəti yoxdur. Hesab edirəm ki, keçirilən aksiyada az insanın iştirak etməsi, hər şeydən öncə həmin aksiyanın təşkilatçılığı ilə bağlıdır. Xalqı müqavimət göstərməyə heyi də, taqəti də var. Sadəcə olaraq, xalq bu cür aksiyalarla nəyisə dəyişməyin mümkünlüyünə inanmır. Onlar inanmır ki, bu cür aksiya ilə nəyəsə nail olmaq, nəyisə dəyişmək mümkün olsun. Əgər bu inam olsaydı, o zaman insanlar bu aksiyada iştirak edərdilər. Bu aksiyanı hələlik bir məşq kimi dəyərləndirmək olar. Hesab edirəm ki, bu bir təcrübə idi. Lakin bir daha qeydHesab edirəm ki, bu bir təcrübə idi. Lakin bir daha qeyd edirəm ki, xalqın mübarizə üçün kifayət qədər gücü var və bu güc lazımi məqamda özünü göstərəcək.

-Azərbaycanın I Avropa Oyunlarında iştirak edəcək bütün komandaların xərcini öz üzərinə götürməsini doğru hesab edirsinizmi? Sizcə belə bir qərar ölkəmizin indiki iqtisadi-maliyyə vəziyyəti ilə ziddiyyət təşkil etmirmi?

-Bu olay bu vaxta qədər I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini tənqid edən, bu yarışlara külli miqdarda vəsait ayrılmasını qınayan şəxslərin nə qədər haqlı olduğunu bir daha sübut etdi. Bundan başqa, bu, göstərdi ki, olimpiyadanı nəyin bahasına olursa-olsun

Azərbaycanda keçirməkdə israrlı olan, bunu Azərbaycan üçün zəruri hesab edən şəxslər öz niyyətlərini həyata keçirmək üçün istənilən məbləğdə vəsait sərf etməyə hazırdırlar. Bu, o qədər aydın bir məsələdir ki, baş verənlərin Azərbaycanın maraqları baxımından arzuedilən olmadığını məxsusi olaraq izah etməyə ehtiyac yoxdur. Mən bunu Azərbaycan üçün normal və faydalı bir hal hesab eləmirəm.

-Mirmahmud bəy, bugünlərdə Cüdo Federasiyasındakı idmançılarımızın üç aydır ki, maaş almadığı bəlli oldu və bununla bağlı etiraz aksiyası da keçirildi. Sizcə erməni komandasının xərcini ödəməyən pul tapan hökumət Azərbaycan idmançılarının əmək haqqını ödəməyə niyə pul tapa bilmir?

-Bəlkə də vermək istəmir desək, bu, daha doğru olar. Ola bilsin ki, daxildə bir münaqişə, fərqli bir münasibət var və baş verənlər də bundan qaynaqlanır. Hesab edirəm ki, istənilən halda bu problem öz həllini tapmalı və idmançılarımıza haqqı olan əmək haqqılar verilməlidir.

-Sumqayıt, 20 Yanvar və Xocalı soyqırımları ilə bağlı məsələ hər il gündəmə gətirilsə də hələ də bu olayların müqəssirlərindən heç kim qanun qarşısında məsuliyyətə cəlb edilməyib. Sizcə Azərbaycan xalqına qarşı tarixi cinayətə yol verən şəxslərin hələ də cəzalandırılmamasında Azərbaycan hökumətinin məsuliyyət payı varmı?

-Təbii ki, bu olaylarla bağlı günahkar şəslərin qanun qarşısında məsuliyyətə cəlb edilməməsində Azərbaycan hökumətinin məsuliyyət payı var. Baş prokurorun I müavini bu yaxınlarda çox qəribə bir çıxış elədi. O, bildirdi ki, sən demə onlar sosial şəbəkədə Qriqoryana oxşar kimisə tapıblar. İndi bunu Azərbaycana böyük bir hadisə kimi təqdim etdilər. Maraqlıdır ki, Sumqayıt məsələsində, habelə digər bəzi olaylarla bağlı Azərbaycanın özündə məsuliyyətə cəlb edilməsi gərəkən xeyli sayda insan var. Hansı ki, onların arasında ermənilərlə qarışıq olanlar, hətta vəzifədə olanlar da var. Bu gün bu insanlara belə heç nə demirlər. Elə insnalar var ki, vaxtiylə onların adları müəyyən sənədlərdə də keçibdir və özləri də fəxrlə bildiriblər ki, o hadisələrdə rolları nədən ibarət olub, nə ediblər, hansı əməllər törədiblər. 20 yanvar hadisəsini götürək Bugünə qədər də bu olayla bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri deyir ki, hakimiyyət dəyişiklikləri səbəbi ilə bu hadisənin günahkarları tapılıb məsuliyyətə cəlb edilmədi və s. Vaxtiylə H.Əliyevin özünün də iştirak etdiyi bu müzakirələrdə “irəliyə doğru” addım atıldı. Primakov və başqalarının adları oradan çıxarıldı. Azərbaycan hökumətinin məsələlərə yanaşma taktikası bundan ibarətdir. Buna görə də Azərbaycan hökumətinin bu məsələdəki məsuliyyəti unudulmamalıdır. Şübhəsiz, beynəlxalq aləmin də bu məsələlərə mənfi təsiri var və bu amil inkar edilə bilməz. Lakin çox şey bizim istəyimizdən asılıdır. Əgər istək olsa, o zaman bütün hədəflərə nail olmaq olar. “Xocalıya ədalət” adı altında Azərbaycanda son illər mühüm işlər görülməkdədir. Avropada, Amerikada, Rusiyada, habelə dünyanın ayrı-ayrı ölkələrində bu kampaniya çərçivəsində görülən işlər hər kəsə bəllidir və təqdirediləndir. Lakin bu kampaniyanın reallaşması, onun maliyyələşdirilməsi ilə yanaşı, hökumətin atacağı başqa paralel addımlar da olmalıdır. Nalbəndyanın bu yaxınlarda kəlbəcərli girovlarla bağlı məşhur bir açıqlaması oldu. O bildirdi ki, girovları qaytarmayacaqlar. Nalbəndyan qeyd etdi ki, girovların qaytarılması ilə bağlı Ermənistana heç kim heç nə deməyib. Hətta həmsədrlər belə bu barədə Ermənistan qarşısında hər hansı təkliflə çıxış etməyiblər. Yalnız bu məsələnin üstünə təkrar getdikdən və təkrar sual verdikdən sonra ABŞ Dövlət Departamentinin yetkilisi girovlarla bağlı məsələyə aydınlıq gətirdi. Yəni elə məsələlər var ki, Azərbaycan hökumətinin özü bu işlərin öhdəsindən gələ bilər. Belə çıxır ki, onların bu işləri həyata keçirməkdə maraqları yoxdur və buna görə də bəhanələr gətirməklə kifayətlənirlər. Biz görülən işlərin heç birinə kölgə salmır, onları deyirik. Lakin görülən işlərlə yanaşı görülməli olan, amma görülməyən işlər də deyilməlidir.

-Son günlər Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi məsələsi gündəmdədir və bəzi siyasilər bunun üçün Rusiya Dövlət Dumasına müraciət etməyi təklif edir. Sizcə Bakıya “Qəhrəman şəhər” adının verilməsinə ehtiyac varmı və buna görə Rusiya Dövlət Dumasının razılığının alınmasını düzgün hesab edirsinizmi?

 -Mən Bakıya “Qəhrəman şəhər” adı verilməsi üçün Rusiya Dövlət Dumasına müraciət edilməsini doğru hesab eləmirəm. Zənnimcə, buna heç ehtiyac da yoxdur. Bunun nə Bakıya, nə də Azərbaycana heç bir xeyri yoxdur. Bütün bunların hamısı sadəcə bir görüntüdür. Hansı ki, bu görüntü heç kimə lazım deyil. Bu, olsa-olsa indiki Azərbaycan hakimiyyətinə lazım ola bilər ki, bununla da Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu göstərsinlər. Əgər Bakya “Qəhrəman şəhər” adı zamanında verilsəydi, bu tamam başqa məsələ olardı. Lakin indi bunun Azərbaycan və Bakı üçün heç bir önəmi yoxdur. Buna görə də mən bu təşəbbüsü də, bunun üçün Rusiya Dövlət Dumasına müraciət edilməsini də gərəksiz bir addım hesab edirəm.

 -Mirmahmud bəy, Rusiya müxalifətinin liderlərindən Boris Nemtsovun qətli bütün dünyada ciddi rezonansa səbəb oldu. Maraqlıdır, sizcə Nemtsovun qətli avtoritar idarəetmə sistemlərinin mövcud olduğu post-sovet ölkələrində siyasi opponentlərə qarşı sui-qəsd metodunun gendəmə gəlməsi üçün sitimul ola bilərmi?

-Azərbaycanda baş verən qətllər nəinki Rusiyada, keçmiş SSRİ-nin heç bir ölkəsində baş verməyib. Son 20 ildə Azərbaycan bir çox tanınmış insan qətlə yetirildi ki, onların da arasında Sovet İttifaqı Qəhrəmanı, akademiklər, millət vəkilləri, dövlət rəsmiləri və s. insanlar olub. Azərbaycanda şəhərlərin mərkəzində belə bu cür qətllər reallaşıb. Hesab edirəm ki, indi bu olayların Azərbaycanda gündəmə gəlməsindən ehtiyat etmək əbəsdir. Çünki Azərbaycan artıq bu yolları keçib. Azərbaycanda hətta iki prezidentin köməkçisi işləyən şəxslər belə qətlə yetirilib, sıradan çıxarılıb. Bu baxımdan hesab edirəm ki, Nemtsovun qətlinin Azərbaycan üçün hansısa mənfi nəticələrə səbəb olacağı ehtimalı əsassızdır.

Zülfüqar Hüseynzadə

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti