Qalib Salahzadə: "Bələdiyyələr indidən seçilib"

Deputatların etirazlarına baxmayaraq “Bələdiyyələrin statusu haqqında” qanun dəyişdi

Parlamentin iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna edilən əlavələr layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, qanuna yeni 22-1 və 22-2 maddələri əlavə edilir. Bizimyol.info xəbər verir ki, layihəyə əsasən, yeni 22-1-ci (Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması) maddədə göstərilir ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir. Bələdiyyə üzvlərinin səlahiyyətləri məhkəmənin qərarı ilə dayandırılır.

Maddədə o da deyilir ki, bələdiyyə üzvlərinin səlahiyyətləri bu qanunun 22-ci maddəsinin 5-6-cı bəndlərində nəzərdə tutulmuş əsaslarla bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və xitam verilməsi ilə bağlı məhkəmədə icraata başlandığı tarixdən aşağıdakı müddətə dayandırılır:

 - bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra bələdiyyə tərəfindən bu qanunun 23-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyə tərəfindən qərar qəbul edilənədək;

 - iş üzrə məhkəmə icraatına xitam verilməsi barədə məhkəmənin qərarı qüvvəyə minənədək.

Layihədə nəzərdə tutulan daha bir - 22-2-ci (Bələdiyyələrin vaxtından əvvəl buraxılması) maddədə göstərilir ki, Milli Məclis ona bu qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə, Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir. 

Qanun layihəsinə deputatların münasibəti birmənalı olmayıb. Deputat Qüdrət Həsənquliyev MSK-nın bələdiyyənin fəaliyyətinə xitam verməsi ilə bağlı səlahiyyətin MSK-ya veriıməsini düzgün hesab etmədiyini bildirib. O, həmçinin 1700 bələdiyyənin Milli Məclisdə hesabat verməsinin mümkün olmadığını deyərək,  qanunun işləmə mexnizminin olmadığını vurğulayıb. O, layihənin düzgün hazırlanmadığı üçün onun müzakirəsini dayandırmağı təklif edib. 

Deputat Qalib Salahzadə də həmkarının dediklərini dəstəkləyərək bildirib ki, nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır. “Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə imkan vermirlər”. Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu günlərdə çıxışında ölkədəki kadr probleminə toxunub. Akademik savadlı, qabiliyyətli, müasir idarəetməni bilən kadrların olmamasının böhranlı vəziyyət yaratdığını vurğulayıb. 

Deputat Arif Rəhimzadə isə dedi ki, bələdiyyələr bir-bir hesabat verməyəcək: “Ancaq seçicilərin sayı həddən artıq çox olan bələdiyyələrlə bağlı çətinlik olacaq. Bu zaman 10-20 iclas da ola bilər. Ancaq bu bələdiyyələrin xüsusi çəkisi 3 fazidir”.

Deputat Fazil Mustafa bildirib ki, iki seçkili qurumdan birinin digərinə hesabat verməsi düzgün deyil. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti