Oktyabrın 9-da Elman Türkoğlunun jurnalist Xədicə İsmayılovaya qarşı məhkəmə iddiası üzrə iclas başlayıb. Binəqədi rayonun məhkəməsində qapalı keçirilən prosesə hakim Sədrəddin Hacıyev sədrlik edir. Proses 15:30-da başlayıb.

Ardını oxu...

Ehtimal var ki, anasının ölüm xəbəri məşhur qanqsteri sarsıdıb

Yaşar İsakov: “Penitensiar Xidmətdə Hacı Məmmədov adlı məhkum saxlanmır” 

Elçin Behbudov: “Hacı Məmmədovu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər”

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan məşhur qanqster Hacı Məmmədov intihara cəhd edib. Onu ağır vəziyyətdə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Cinayətkarı orada MTN əməkdaşlarının nəzarəti altında müalicə edirlər. Bu haqda redaksiyamıza daxil olan məlumata görə H.Məmmədova özünü öldürməyə MTN təcridxanasının əməkdaşları imkan verməyiblər. 

Ardını oxu...

Xəbər verdiyimiz kimi, müxalifətin bayraqdarı adı ilə tanınan Elman Türkoğlu “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılı, haqqında yaydığı sənədlə bağlı Binəqədi Rayon Məhkəməsinə verib.

Ardını oxu...

Demokratik Qüvvələrin Milli Şurası Oktyabr ayinin 12-si saat 15:00-da mitinq edəcəyini elan edib. Bununla bağlı Milli Şuranın Sədri Cəmil Həsənli özünün "Facebook" səhifəsində insanları mitinqə səsləyən müraciət paylaşıb.

Ardını oxu...

"Azərbaycan hakimiyyətinin beynəlxalq nüfuzlu təşkilatlara hədə- qorxu gəlməsi  qorxunun təsiridir"

Avropa Parlamentinin Azərbaycanda insan haqlarının pozulmsı ilə bağlı verdiyi qətnamədən sonra, Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatları hədəfə alması ölkəmizin çox çətin duruma düşə biləcəyindən xəbər verir.

Teleqraf.az-ın əməkdaşı məsələyə münasibət bildirmək üçün  KXCP Sədrinin müavini Oktay Gülalıyevə müraciət edib.

Oktay Gülalıyev Azərbaycanın yaxın zamanlarda öz mövqeyində yumşalması və geri çəkilməsi ilə müşahidə olunacağını bildirərək bunları dedi:

"Son zamanlar başda Avropa Parlamenti olmaqla bir sıra nüfuzlu qurumların Azərbaycanda insan haqlarının durumu ilə bağlı həyacan təbili çalması, sərt bəyanatlar və qətnamələr qəbul etməsi onu göztərir ki, dünya ictimaiyyəti ölkəmizdə baş verənləri diqqətlə izləməklə bərabər öz narahatlıqlarını elan edirlər. Bu narahatlıq həm də onun ifadəsidir ki, aparıcı beynəlxalq qurumlar Azərbaycanda insan haqlarının kobud şəkildə tapdanmasına, ictimai- siyasi fəalların şərlənərək həbsxanalara doldurulmasına göz yummaq fikrində deyil. Azərbaycan parlamentinin və hökümətinin haqlı iradlara verdiyi kəskin reaksiyalar isə narahatlığın və qorxunun təcəssümüdür. Bu münasibətlərin davamlı olması Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmasına yol açmaqla ölkəmizə qarşı müxtəlif sanksiyaların tətbiq edilməsi ilə sonuclana bilər. Amma hakimiyyətin Qərblə konfrantasiyaya gedib ondan birdəfəlik üz çevirəcəyi mümkün deyil. Təkcə ona görə yox ki, ortada Qərb şirkətləri ilə izmalanmış neft müqavilələri, transmilli layihələr var. Həm də ona görə ki, bizim oliqarxların özlərinin yatırımlarının, pullarının, mülklərinin böyük bir hissəsi Avropadadır. Azərbaycan hakimiyyətinin beynəlxalq nüfuzlu təşkilatlara hədə- qorxu gəlməsi yuxarıda qeyd etdiyimiz kimi qorxunun təsiridir. Bu həm də Rusiya amili ilə bağlıdır. Son zamanlar isə Rusiya Ukrayna hadisələrindən sonra iqtisadi və siyasi baxımdan itkilər verməkdədir. Yəni Rusiya zəifləməyə doğru gedir. Bu da Azərbaycanın yaxın zamanlarda öz mövqeyində yumşalması və geri çəkilməsi ilə müşahidə olunacaq. Bir sözlə hakimiyyətin Qərblə sona qədər konfrantasiyaya getməsi inandırıcı və real deyil. Amma hazırkı siyasətin davam edəcəyi təqdirdə beynəlxalq ictimiayyətin rəsmi Bakıya təzyiqlərinin artacağı istisna deyil. Bu yəzyiqlərin fonunda hansısa sanksiyaların da olması mümükündür."

Xəbər lenti