Oktyabrın 8-də Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər keçirilib.

Axar.az xəbər verir ki, səsvermə səhər saat 8:00-da başlayıb, saat 20:00-da başa çatıb. İlkin məlumatlara görə, seçkilərdə seçicilərin 50 faizdən çoxu iştirak edib. Bununla da səsvermə baş tutmuş hesab olunur.

Lakin bəzi majoritar dairələrdə ikinci turun keçiriləcəyi istisna edilmir.

Səsvermənin ilkin nəticələri oktyabrın 9-da, tam nəticələr isə oktyabrın 19-da açıqlanacaq.

Keçirilən “ekzit-pol”ların nəticələrinə görə, seçkilərdə ən çox səsi hakim Gürcü Arzusu Partiyası qazanıb.

Gürcüstanın Baş naziri, Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının sədri Georgi Kvirikaşvili axşam saatlarında qələbə münasibəti ilə seçiciləri və tərəfdaşlarını təbrik edib. O deyib: “Düzdür dərc olunan rəqəmlər ilkin hesablamalara əsaslanır. Hamı son nəticəni gözləyir. Amma Gürcü Arzusu Partiyası artıq qalibdir”.

Qeyd edək ki, seçki prosesi bəzi detalları ilə yadda qalan olub.

Batumidə 83 yaşlı seçici məntəqədə səs verdikdən sonra halı qəflətən pisləşib və o, məntəqədə dünyasını dəyişib.

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli şəhərində isə yaşlı seçici məntəqəyə daxil olduqdan sonra özünü pis hiss edib. Təcili yardım çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Marneuli rayonunda seçki məntəqələrinin birində seçicilər arasında qarşıdurma yaranıb. Gürcüstanın xüsusi təyinatlılarının müdaxiləsindən sonra vəziyyət normallaşıb.

Zuqdidi rayonunda isə hakim Gürcü Arzusu Partiyasının üzvləri ilə məntəqə seçki komissiyası üzvləri arasında münaqişə olub.

Senaxidə isə seçiciyə pul verilməsi faktı aşkarlanıb.

Seçki günü Vahid Milli Hərəkat Partiyasının müşahidəçilərinin döyülməsi barədə məlumatlar yayılıb. Ölkənin Daxili İşlər Nazirliyi faktlarla bağlı araşdırmalara başlayıb.

Gün ərzində MSK-ya müxtəlif məzmunlu 81 şikayət daxil olub.

Bölməyə aid digər xəbərlər

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

14 Avq 2016 “Azərbaycan İmperatorluğu Günü” qeyd olundu

11 Avq 2016 Rusiya-Gürcüstan müharibəsindən 8 il keçdi

09 Avq 2016 "VAZ 2106" aşdı, bir ailənin 5 üzvü xəstəxanalıq oldu

09 Avq 2016 Atəşkəs 20 dəfə pozulub

07 Avq 2016 “Range Rover” at arabası ilә toqquşub –ölən var

Xəbər lenti