II Fəxri xiyabanda dəfn olunan kəşfiyyatçı, cəsur döyüşçü, “Azərbaycan Bayrağı” ordeni
kavaleri Nazim Xanlar oğlu Abdullayevin anım məraismi keçirilib.

Döyüşçünün məzarını ziyarət edənlər onun keşməkeşli və şərəfli həyat yolundan, vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açıblar.

Qeyd edilib ki, Nazim Abdullayev 1967-ci ildə Laçın şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. 1992-ci ildə təhsil aldığı Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq ordu sıralarına, daha sonra Laçın rayon polis batalyonuna daxil olub. Ermənilərin torpaqlarımıza göz dikdiyi andan silaha sarılaraq vətənimizin müdafiəsinə qalxıb. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Nazim Abdullayev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 1994-cü il aprelin 21-də Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda edib, qəhrəmancasına həlak olub.

Tədbirdə çıxış edən millət vəkili Mahir Abbaszadə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalan Nazim Abdullayevin timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib. Deputat şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu deyib. Eləcə də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı vurğulayıb. Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Asalanov bildirib ki, Qarabağ savaşında düşmənə qarşı mərdliklə vuruşan, canını fəda edən Nazim Abdullayev kimi qəhrəmanların səyi nəticəsində bu gün Azərbaycan öz müstəqilliyini qoruyub saxılayır. Milli Ordunun hələ tam formalaşmadığı bir dövrdə özünümüdafiə dəstələrinə könüllü qoşulan bu mübariz oğullar canlarını belə Vətən uğrunda əsirgəmədən erməni işğalçılarına qarşı mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalıblar.

Tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Karabakhmedia.az saytının təşkilati dəstəyi ilə keçirilib.

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti