QOÇ - Saat 14-ə qədər ümumi əhvalınız aşağı səviyyədə olsa da, sonrakı müddətdə vəziyyət xeyrinizə olacaq. Boş və mənasız şeylərə görə çılğınlıq etməyin. Təmkinli olmağa çalışın.

BUĞA - Yalnız şəxsi büdcənizi artırmaq istiqamətində müəyyən uğurlara yiyələnə bilərsiniz. Qalan məsələlərdə isə risk etməyə dəyməz. Axşamüstü sövdələşmələrə getsəniz, aldanacaqsınız.

ƏKİZLƏR - Maraqlı görüşlər yolunuzu gözləyir. Gələn ay atacağınız mühüm addımları reallaşdırmaq üçün bu gündən maksimum bəhrələnməlisiniz. Sevgi məsələlərində daha səmimi olun.

XƏRÇƏNG - Şəxsi büdcənizdə müəyyən çətinlikləriniz olsa da, gün ərzində rastlaşdığınız hadisələr əhval-ruhiyyənizi yüksəldəcək. Çalışın ki, qətiyyətsiz hərəkətlərinizə son qoyasınız.

ŞİR - Astroloji göstəricilər bu təqvimin sizin üçün o qədər də rahat keçməyəcəyini bəyan edir. Səhhətinizlə bağlı problemlər və bəzi cəhdlərinizin boşa çıxma ehtimalı var.

QIZ - Ulduzların düzümü şəxsi büdcənizdə artım olacağını bəyan edir. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Nahardan sonra isə səhhətinizi qorumalısınız.

TƏRƏZİ - Sinoptiklərlə heç də həmişə razılaşmayan ulduzlar bu təqvimin sərin keçəcəyini bəyan edir. Odur ki, planlarınızı təxirə salmayın. Əsas enerjinizi istirahətə və sevgiyə yönəldin.

ƏQRƏB - Durumunuzdan bəlli olur ki, məqsədlərinizi reallaşdırmaqda sizə qarşı maneələr çoxdur. Amma narahat olmağa dəyməz. Çünki enerji və gücünüz sizi qələbəyə yaxınlaşdıracaq.

OXATAN - İşgüzar danışıqlarda iştirak etmək üçün sərfəli vaxtdır. Bütün müsahibləriniz sizinlə razılaşacaq. Amma gərək siz də reallıqdan yararlanasınız. Kimisə aldatmaq fikrinə düşməyin.

OĞLAQ - Təəssüf ki, Göy qübbəsi gərgin bir gün yaşamaq ehtimalınızdan xəbər verir. Bu amili nəzərə alıb hər addımda ayıq-sayıqlığınızı artırmalısınız. Haqlı olsanız da, mübahisələrə girişməyin.

SUTÖKƏN – Ümumi mənzərə bir qədər passivdir, daha doğrusu öhdəlikləriniz enerjinizdən çox olacaq. Ünsiyyətdə olduğunuz insanlarla mübahisələr, o cümlədən işlə bağlı uğursuzluqlar sizi yora bilər. Bir az dincəlin.

BALIQLAR - Əgər uzaq səfərə çıxmaq planınız varsa, onu təxirə salmayın. Maliyyə çətinliyiniz olsa belə, borc götürüb yola çıxın. Çünki bu addımı atmaqla, gələcək uğurlarınıza təkan verəcəksiniz.

Xəbər lenti