Hazırda erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının taleyindən nigarandır.

Bu haqda Modern.az-a danışan K.Əsgərov dövlət qurumlarının və rəsmilərin girovların taleyinə biganə yanaşdığını vurğulayıb:

“Atamdan sonuncu dəfə sentyabrın 27-də məktub almışam. Məktubu rus dilində yazmışdı. Artıq məktubları da əvvəlki kimi yazmır. Əvvəl heç olmasa hamını soruşurdu, yalandan da olsa, “yaxşıyam” yazırdı. İndi bizə çatdırılan məktub rusca, özü də qaralanmış formadadır. Mən heç nə başa düşə bilmirəm.

Analoji hal bu ilin fevral ayında da baş vermişdi.Hələ fevralda mən cavab məktubunda atamdan niyə rusca yazdığını soruşdum. O mənə cavabında: ”Məktubu alanda yoxla gör, onu kim yazıb” deyə bildirmişdi”.

K.Əsgərov atasından aldığı sonuncu məktubun aydın olmadığını bildirib:

“Sentyabr ayında yazdığı məktubu isə çox qısa idi: “Salam, hamıya salamlar”.

Mən aydınlaşdıra bilmirəm ki, bunu atam, yoxsa onun yerinə başqasımı yazıb. Bilmirəm, bəlkə də əsəbiləşib elə məktub yazıb. Çünki, həmişə yazanda məndən soruşurdu ki, “nə oldu, nə deyirlər, işlər nə yerdədir?”.

Mən də yazırdım ki, yaxşı olacaq, qurtaracaqlar səni girovluqdan. Dövlət qurumları bu istiqamətdə işlər aparır. Rəsmilər həmişə mənə eyni şeyi deyirdi, mən də atama eyni cür yazırdım.

Daha sonra atam mənə yazdı ki, “yalandan məni aldadırsan, məni arxayın salırsan”.

Mən də o məktubdan sonra atama yazmıram. Çünki, atam, dövlət qurumlarının mənə verdiyi məlumatlar əsasında yazdığım sözlərə görə mənə inanmır”.

K.Əsgərov bildirib ki, bir ildən çoxdur heç bir iş görülmür:

“İki ildən çoxdur Avropa Məhkəməsinə müraciət etmişik. Amma ortada heç nə yoxdur. Hansı iş görülür, niyə baxmırlar işə?! Mənə məlumat verdilər ki, Avropa Məhkəməsi işə baxır, məsələ gündəmə gətiriləcək. Amma heç nəyə də baxmırlar”.

Girovun oğlu yeganə ümid yerinin Prezident olduğunu deyib:

“Sentyabr ayında girovlara həsr olunmuş “Dünya susmasın” filminin təqdimatında deputat Qənirə Paşayeva ilə görüşdük. O da bizim kimi yeni heç nə demədi.

Bizdə hamı gözləyir ki, ermənilərdən kimsə girov düşsün, Dilqəmlə Şahbazı dəyişsinlər.

Cənab İlham Əliyev prezidentlərin görüşündə bu məsələni 3 dəfə qaldırıb. Yeganə ümidim cənab Prezidentədir ki, həll olunacaqsa, onun əlilə olunacaq. Artıq üçüncü ilə keçib, bizə deyirdilər “skayp”la danışacaqsız. Heç olmasa, girovların üçüncü ölkəyə ekstradisiyasını həyata keçirsinlər. Biz naəlac vəziyyətdəyik. Ümidimiz ancaq Prezident İlham Əliyevədir”.

2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bölməyə aid digər xəbərlər

15 Okt 2016 Etirazçılar 2000-ə yaxın avtomobillə Bakı-Qazax yolunu bağladı-Son dəqiqə

14 Okt 2016 “Məhkəmələrimiz Prezident Adminstrasiyasının şöbəsinə çevrilib”

11 Okt 2016 İstiqlalçı deputat: “Azərbaycanda bizim arzu etdiyimiz hakimiyyət yoxdur”

10 Okt 2016 Türkiyə ilə Rusiya arasında tarixi anlaşma imzalandı: "Türk Axını" - Ərdoğanla Putinin birgə mətbuat konfransında dedikləri

10 Okt 2016 İlham Əliyev Türkiyədəki çevriliş cəhdindən danışdı

10 Okt 2016 Ukrayna MDB-dən çıxmağa hazırlaşır

04 Okt 2016 “Hakimiyyət vətəndaşların Allahın verdiyi yaşamaq hüquqlarını da əlindən alıb”

24 Sent 2016 Atası və həyat yoldaşı şəhid olan ana 2 körpəsi ilə daxmada yaşayır

24 Sent 2016 Şeyx və deputatlar Lənkəranskinin 40 mərasiminə qatıldı

24 Sent 2016 Masallıda aksiyaçılar yolu bağladılar- FOTOLAR

21 Sent 2016 Müxalifətçi gəncin atası icra hakimiyyətində döyülüb

20 Sent 2016 Azərbaycan yenə qeyri-azad ölkə elan olundu

20 Sent 2016 “Əkinə yararlı torpaqları hasara alan məmurlar xalqın düşmənləridir”

19 Sent 2016 Musavatın divan üzvü: “Əli Kərimli müxalifətin birgə fəaliyyətində maraqlı deyil”

15 Sent 2016 KXCP Bakının azad edilməsinin 98 ci ildönümü ilə bağlı tədbir keçirdi

13 Sent 2016 İranlı ayətullah Mövsüm Səmədova məktüb ünvanladı

12 Sent 2016 KXCP Ali Məclis üzvü həbs edildi

01 Sent 2016 Bəraət alan Azərbaycanlı məhbus polisdən 200 min təzminat istəyir

31 Avq 2016 Sumqayıt xəstəxanasında rəzalət- ölü sahiblərindən pul tələb edilir

19 Avq 2016 Rövşən Lənkəranskini güllələyən daha 2 nəfər tutuldu

18 Avq 2016 Gömrük işçiləri anasının gözü qarşısında övladını döyüblər

16 Avq 2016 Heykəltaraş şəhidimizə 5 aydır ki, məzar daşı qoyulmur

14 Avq 2016 Əli Əliyev: “Hakimiyyət amansızlığını davam etdirəcək”

07 Avq 2016 “ KXCP ölkəni monarxiyaya aparan referendumda iştirak etməyəcək”

04 Avq 2016 “Konstitusiyanı qorumaq istəyi hamıda eyni olacaqsa, hamı bir arada ola bilər”

01 Avq 2016 Rauf Arifoğlu Arif Hacılının cavabını verdi:”Sizdən heçnə olan deyil!”

26 İyul 2016 Arif Hacılı: “Heç bir hakimiyyət, hətta krallar öz xalqı ilə belə davranmır”

26 İyul 2016 Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edilib

26 İyul 2016 Gürcüstan hakimiyyəti Elat bayramını keçirməyə imkan vermədi

26 İyul 2016 İranda türklər yenə təhqir edildi

Xəbər lenti