Hacıbaba Əzimov: “Dövlət bizim ən adi, fundamental hüquqlarımızı pozmasın”

İyirmi beş il əvvəl o vaxtkı Ali Sovetdə qəbul edilən “Müstəqillik aktı”nı qəbul edən istiqlalçı millət vəkilləri bir araya gəlirlər. Teleqraf.az xəbər verir ki, istiqlalçı millət vəkilləri oktyabrın 17-də dövlət müstaqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı tədbir keçirəcəklər.

Bu barədə sayta açıqlama verən, müstəqillik aktının əsas müəlliflərindən olan Hacıbaba Əzimov arzuladıqları dövlətdə yaşaya bilməmələrindən təəssüfləndiyini vurğulayıb: “Azərbaycanda bizim arzu etdiyimiz dövlət, hakimiyyət yoxdur. Bir qrup mafioz adamların hakimiyyəti mənimsədiyi ölkədə biz yaşayırıq. Ona görə də istiqlalçı deputatlara da, ümumi ziyalılara da, ümumiyyətlə millətin ləyaqətli övladlarına qarşı təqiblər, repressiyalar var. Hər sahədə təqiblər var. İlk Milli Məclisi də biz yaratdıq. İlk Milli Məclisdə biz işləmişik, oradan əmək haqqı almışıq. Qanuna uyğun olaraq, biz deputat pensiyası almalıyıq. Bizə onu da vermirlər. İş də vermirlər. Hələ sağ olsunlar ki, güllələməyiblər, qətlə yetirməyiblər. Bizi də ev dustağı ediblər. Bizə hər hansı qayğı lazım deyil, istəmirik. Dövlət bizim ən adi, fundamental hüquqlarımızı pozmasın, bunu istəyirik. Digər postsovet ölkələrində istiqlalçı deputatlara aid xüsusi qanunlar qəbul olunub. Onlara çox böyük imtiyazlar və imkanlar nəzərdə tutulub, çox hörmət olunur. Ancaq indi bizdə vəziyyət belədir”.

Xatırladaq ki, Müstəqillik Aktı 1991-ci ilin avqustun 30-da “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası” haqqında Konstitusiya Aktı əsas götürülərək qəbul edilib. Bu sənəd 1918-ci ilin “İstiqlal Bəyannaməsi”nin hüquqi varisi idi. 1991-ci ilin dekabrın 29-da Referendum yolu ilə bülletenlərdə “Siz Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına tərəfdarsınızmı?”,- sualı qoyulmuşdu. Bu sualı vətəndaşlar müsbət cavablandırmışdı. Qəbul edilmiş Müstəqillik Aktı 6 bölmə, 32 maddədən ibarət idi. Rusiya Sovet Federativ Sosialist Respublikasının Azərbaycan Respublikasını işğal etməsi, Rusiyanın Azərbaycanı işğal etməsi kimi göstərilir. Müstəqil dövlətimizin isə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi hesab edilməsi qeyd olunurdu. 

Bir qayda olaraq mediada “istiqlalçı deputatlar” kimi 43 nəfərin adı hallanır. Azərbaycan xalqının müstəqillik istəyinə 1991-ci ildə parlamentdə məhz həmin 43 nəfərin səs verdiyi qeyd olunur. Ancaq qeyd etmək lazımdır ki, adları xatırladılan 43 nəfər millət vəkili dedikdə, 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya aktına qol çəkmiş insanlar deyil, ondan 7 ay əvvəl, 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan, yəni faktiki olaraq SSRİ-nin dağılması və Azərbaycanın müstəqil olmasına səs verən insanlar nəzərdə tutulur. Həmin vaxt Ali Sovetdə keçirilən səsvermədə 350 nəfər deputatdan iştirak etməyənlər çıxılmaqla yerdə qalanlar (43 deputat əleyhinə olmaqla) SSRİ-nin saxlanılmasına səs veriblər. Rəsmi məlumata görə, həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib.

 

 

Bölməyə aid digər xəbərlər

17 Okt 2016 Dilqəm Əsgərov dövlətin onu müdafiə etdiyinə inanmır –Oğluna məktub

15 Okt 2016 Etirazçılar 2000-ə yaxın avtomobillə Bakı-Qazax yolunu bağladı-Son dəqiqə

14 Okt 2016 “Məhkəmələrimiz Prezident Adminstrasiyasının şöbəsinə çevrilib”

10 Okt 2016 Türkiyə ilə Rusiya arasında tarixi anlaşma imzalandı: "Türk Axını" - Ərdoğanla Putinin birgə mətbuat konfransında dedikləri

10 Okt 2016 İlham Əliyev Türkiyədəki çevriliş cəhdindən danışdı

10 Okt 2016 Ukrayna MDB-dən çıxmağa hazırlaşır

04 Okt 2016 “Hakimiyyət vətəndaşların Allahın verdiyi yaşamaq hüquqlarını da əlindən alıb”

24 Sent 2016 Atası və həyat yoldaşı şəhid olan ana 2 körpəsi ilə daxmada yaşayır

24 Sent 2016 Şeyx və deputatlar Lənkəranskinin 40 mərasiminə qatıldı

24 Sent 2016 Masallıda aksiyaçılar yolu bağladılar- FOTOLAR

21 Sent 2016 Müxalifətçi gəncin atası icra hakimiyyətində döyülüb

20 Sent 2016 Azərbaycan yenə qeyri-azad ölkə elan olundu

20 Sent 2016 “Əkinə yararlı torpaqları hasara alan məmurlar xalqın düşmənləridir”

19 Sent 2016 Musavatın divan üzvü: “Əli Kərimli müxalifətin birgə fəaliyyətində maraqlı deyil”

15 Sent 2016 KXCP Bakının azad edilməsinin 98 ci ildönümü ilə bağlı tədbir keçirdi

13 Sent 2016 İranlı ayətullah Mövsüm Səmədova məktüb ünvanladı

12 Sent 2016 KXCP Ali Məclis üzvü həbs edildi

01 Sent 2016 Bəraət alan Azərbaycanlı məhbus polisdən 200 min təzminat istəyir

31 Avq 2016 Sumqayıt xəstəxanasında rəzalət- ölü sahiblərindən pul tələb edilir

19 Avq 2016 Rövşən Lənkəranskini güllələyən daha 2 nəfər tutuldu

18 Avq 2016 Gömrük işçiləri anasının gözü qarşısında övladını döyüblər

16 Avq 2016 Heykəltaraş şəhidimizə 5 aydır ki, məzar daşı qoyulmur

14 Avq 2016 Əli Əliyev: “Hakimiyyət amansızlığını davam etdirəcək”

07 Avq 2016 “ KXCP ölkəni monarxiyaya aparan referendumda iştirak etməyəcək”

04 Avq 2016 “Konstitusiyanı qorumaq istəyi hamıda eyni olacaqsa, hamı bir arada ola bilər”

01 Avq 2016 Rauf Arifoğlu Arif Hacılının cavabını verdi:”Sizdən heçnə olan deyil!”

26 İyul 2016 Arif Hacılı: “Heç bir hakimiyyət, hətta krallar öz xalqı ilə belə davranmır”

26 İyul 2016 Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edilib

26 İyul 2016 Gürcüstan hakimiyyəti Elat bayramını keçirməyə imkan vermədi

26 İyul 2016 İranda türklər yenə təhqir edildi

Xəbər lenti