Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb. 

Ardını oxu...

Mirmahmud Mirəlioğlu: "Biz,  9 il qabaq Azərbaycan hakimiyyətinə Qarabağda anti terror əməliyyatı aparmaq üçün təkliflər paketi təqdim elədik. Bakıdakı ABŞ böyük  elçiliyinin  göstərdiyi maraq qədər Azərbaycan höküməti  bu paketə  maraq göstərmədi" 

Teleqraf.az KXCP sədri Mirmahmud Mirəlioğlunun Avropa. Info-ya verdiyi müsahibənin tam mətnini təqdim edir.

Ardını oxu...

KXCP Qazax rayon şöbəsinin üzvü Şöhrət Məmmədzadə Teleqraf.az-a məlumat verərək bildirib ki, onun siyasi fəaliyyətinin durdurmaq üçün Qazax rayonunda ona və ailəsinə qarşı insan şəxsiyyətinə uyğun olmayan təzyiq kompaniyası aparılır. Bir qrup öyrədlimiş qadın demək olar ki, hər gün ailə üzvlərimizin qarşısını kəsərək onları təhqir edir. Mən bununla bağlı Qazax rayon polis şöbəsinə müraciət edərək, bu çirkin kompaniyanın dayandırılmasını tələb etsəm də, bu barədə heç bir ölçü götürülmür. Artıq bu cür çirkin oyunlardan bezdiklərini bildirən Şöhrət Məmmədzadə bildirib ki, bütün bu oyunlar birbaşa siyasi hakimiyyətin sifarişidir və bu oyunun əsas icraçısı da, sahə müvəkkili olan Elşən adlı polis zabitidir. Əgər belə olmasaydı bzi təhqir edənlərə qarşı yaqin ki, ölçü götürülərdi.

Ardını oxu...


Vaqif Hacıbəyli: “Maral Akşənər məndən sonra konfederativ birliyin yaradılması təklifini vermişdi”; Sabir Rüstəmxanlı: “Hər iki xalqın bir dövlətdə birləşməsi tarixin ədaləti olardı”

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun Türkiyə və Azərbaycanın bir dövlət olması ilə bağlı fikirləri hər iki ölkədə geniş müzakirələr doğurub. Başbuğ Ərzurumda Atatürk Universitetindəki çıxışında bu barədə maraqlı bəyanatlar verib.

Ən böyük arzusundan danışan İlkər Başbuğ deyib ki, böyük arzusu Türkiyə və Azərbaycanın eyni dövlət olmasıdır: “Mənim ən böyük xəyalım Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır. Onsuz da "tək millət, iki dövlət" deyilmirmi? Bir-birimizlə tərcüməçi olmadan danışırıq. Amma mümkün deyil. İmkan verməzlər. Kaş ki, şərait uyğun olaydı".

Xatırladaq ki, Türkiyə və Azərbaycanın birləşməsi mövzusu zaman-zaman Azərbaycanda da gündəmə gətirilib. Bu iki türk cümhuriyyətinin konfederasiya şəklində birliyi Azərbaycanda bir neçə siyasətçi tərəfindən dilə gətirilib. Birliyə tərəfdar çıxanlarla yanaşı, ideyanı bəyənməyənlər də olub. Birlik ideyası Azərbaycan tərəfdən əsasən, mərhum prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy tərəfindən ortaya atılıb.

Türkiyə dərin dövlətinin və generalitetinin strateji planında bu birliyin yaradılması hər zaman olub. Amma İlkər bəyin dediyi kimi, buna dünya gücləri imkan verməzlər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 26-cı rəisi, general İlkər Başbuğ qatı millətçi olmağı ilə tanınır. Onun birliklə bağlı fikirləri Türkiyə və Azərbaycan cəmiyyətlərində rəğbətlə qarşılanıb. Əslində qalsa, indiyə qədər Azərbaycanın tanınmış simaları tərəfindən bu cür fikirlər zaman-zaman dilə gətirilib. Amma daha çox Azərbaycan-Türkiyə-Gürcüstandan ibarət Konfederasiya yaradılması ideyasını irəli sürənlər çoxluq təşkil ediblər. Hazırda da bu ideyanın tərəfdarları kifayət qədərdir.

İlk dəfə Konfederasiya təklifini irəli sürən tanınmış hüquqşünas Vaqif Hacıbəyli “Yeni Müsavat”a açıqlamasında bu gün də təklifinin üzərində qaldığını söylədi: “Düşünürəm ki, Azərbaycan, Türkiyə, Ukrayna və Gürcüstan birliyi yaradılmalıdır. Bu geopolitik ittifaq olmalıdır. Konfederasiya adı kod addır. Həm birləşmənin, həm də yaxınlığın kontorlarını göstərir. Hazırda dünyada konfederativ dövlət yoxdur. İsveçrə Konfederasiyası adlı dövlət var, amma federativ dövlətdir. Düşünürəm ki, Azərbaycan, Türkiyə və Gürcüstan Avropa Birliyinə daxil olan ölkələr səviyyəsində inteqrasiya etməlidirlər. İnteqrasiyanın qurulması ölkələrdə demokratiyanın inkişafına, sosial rifahın yüksəlməsinə kömək edə bilər. Amma təəssüflər olsun ki, belə bir birlik üçün zəmin olsa da, artıq o zəmin aradan götürülüb. Vaxtı ilə Türkiyə demokratik dövlət idi, amma indi avtoritarizmə doğru yuvarlanır. Türkiyənin sabiq daxili işlər naziri Maral Akşənər məndən sonra Türkiyə ilə Azərbaycan arasında konfederativ birliyin yaradılması təklifini vermişdi. Azərbaycanda bir çox siyasətçilər konfederasiya təklifini əvvəlcə müdafiə etməsələr də, sonradan tərəfdar çıxdılar. İlk o təklifə dəstək verənlər Əbülfəz Elçibəy, Sabir Rüstəmxanlı və Bəxtiyar Vahabzadə oldular. 1999-cu ildə Konfederasiya təklifi çap olunandan sonra bu şəxslərin verdikləri dəstəyi minnətdarlıqla xatırlayıram”.

Konfederasiya ideyasının müəllifi təklifinin birmənalı qarşılanmamasına da münasibət bildirdi: “Təəssüflər olsun ki, bu təklifimi Azərbaycanın bəzi siyasi qüvvələri müstəqilliyimizin itirilə biləcəyi kimi dəyərləndirdilər. O vaxt Müsavat Partiyası da bu cür mövqe tutdu. Buna çox təəssüflənirəm. Vurğun Əyyub tərəfindən açıqlanan rəsmi mövqedə Müsavatın Azərbaycanın müstəqilliyinin tərəfdarı olduğu göstərildi. Əlbəttə, bu, düzgün yanaşma deyildi. Hesab edirəm ki, Azərbaycan gələcək inkişafını bu ölkələrlə geopolitik ittifaqın qurulması üzərində qurmalıdır”.


Birlik ideyasının tərəfdarlarından olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu fikirlərin yeni olmadığını bildirdi: “Türk hərbiçilərinə, generallarına hörmətimiz var. Amma bu fikir yeni deyil. 25 il öncə bu fikirləri səsləndirmişik. Türkiyə və Azərbaycanın konfederativ dövlətdə birləşməsinin, yaxud Avropa Birliyinə bənzər birlik yaratmalarının hər iki dövlətin xeyrinə ola biləcəyini bildirmişik. ”Biz bir millət, iki dövlətik" fikirləri çox gözəldir. Amma bir millət, iki dövlət olmaq məsələnin həlli deyil. Biz bir millət, bir dövlət olmalıyıq. Bir xalqın bir neçə dövlətinin olduğu faktları var. Almanları, ingilisləri misal göstərə bilərik. Amma bu xalqların heç birinin arasında bizim Türkiyə ilə əlaqələrimiz qədər yaxınlıq yoxdur. Eyni boy, soydan gələn xalqıq. Siyasi iradə olsa, dünya imkan versə, hər iki xalqın bir dövlətdə birləşməsi tarixin ədaləti olardı. Buna da cəhdlər etmək lazımdır. Tarixən bu cür düşüncələr olub. Bu birliyə doğru müəyyən addımlar zaman-zaman atılıb. Təəssüf ki, qonşularımızın apardıqları açıq və gizli riyakar siyasət buna imkan verməyib. İndi də buna qarşı çox ciddi maneələr var. Hətta Türkiyə ilə yaxınlaşmağımıza belə mane olan qüvvələr var. Azərbaycanın özündə də türklüyümüzə qarşı çıxan qüvvələr mövcuddur. Türkiyənin özündə də eyni situasiya var. Türk düşmənçiliyi təəssüf ki, hələ də yaşayır. Bu, tarixdən gələn nifrətdir. Bütün bunlar hər iki dövlətin birləşməsinə ciddi mane olur. Amma zaman ona doğru irəliləyir. Müəyyən birliklər yaradılmalı və bu istiqamətdə işlər görülməlidir".

Xəbər lenti