Sivil Toplum Platforması (STP) bir neçə aydır ki, ölkədə bütün ictimai münasibətlər sistemini zədələməkdə olan yeni basqı dalğasından narahatlığını bildirir. Əsas insan hüquq və azadlıqlarını, ictimai-siyasi fəallları, hakimiyyəti  tənqid edən insanları hədəf alan belə basqılar ölkədəki idarəetmənin məhsulu olan siyasi məhbus problemi, sosial-iqtisadi böhranla birlikdə həm daxili ictimai-siyasi durumu, həm də beynəlxalq münasibətləri ciddi ölçüdə gərginləşdirir.

STP təəssüflə qeyd edir ki, basqılar mütəşəkkil xarakter daşımağa başlayıb. Onlarla insanın siyasi motivlərlə həbsdə olmasına, hüquq müdafiəçilərinin, beynəlxalq qurumların onların azadlığa buraxılmasını istəməsinə rəğmən, həbslərin, təzyiqlərin artması müşahidə edilir. Qanunlara, hüquqa məhəl qoymayan məhkəmələr siyasi sifarişlərin icraçısı funksiyasını yerinə yetirməkdədir. 

Məhkəmə müstəqilliyi ciddi təhlükə altındadır, hakimlər qanuna və hüquqa məhəl qoymadan siyasi sifarişlə insan azadlığını məhdudulaşdırır. Nəinki topluma, hətta demokratik beynəlxalq ictimaiyyətə də aydındır ki, xeyli sayda müxalif və müstəqil düşüncəli şəxslər təqsirsiz olduqları halda, saxta ittihamlarla məhkəmə hökmü ilə cəzalandırılmaqdadır.

Konstitusiyaya zidd olduğu səbəbi ilə Referenduma etiraz edən siyasi qüvvələrə (Musavat Partiyası və REAL) qarşı total təzyiqlər göstərilərək, referendumda rəsmi iştiraka və təşviqata imkan verilməyib. REAL və NİDA üzvlərinin həbsi və cinayət təqibi, qondarma “Gülənçi işi” üzrə AXCP üzvlərinə qarşı həbslər və cinayət işlərinin aparılması, vaxtaşırı “Azadlıq” qəzetinin çapına süni əngəllərin yaradılması birbaşa ifadə azadlığına qarşı yönəlmiş sistemli siyasətdir. Vətəndaş cəmiyyəti qurumları təmsilçiləri təzyiq altında tutulmağa davam edir, onların sərbəst hərəkət etmək, fəaliyyət göstərmək imkanları məhdudlaşdırılmış qalır. Hökumət bütün baş verənlərə susur, təqiblərə heç bir inandırıcı izah verə bilmir.

STP hazırda baş verənlərin ölkə tarixində hüququn, barışın, həmrəyliyin ən ağır imtahanlar verdiyi, zorun qalib olduğu ən çətin dövr kimi qalacağını təəssüflə vurğulayır. Öz təməl hüquq və azadlıqlarının təmin olunmasını demokratik vasitələrlə istəyən vətəndaşları zorakılığa məruz qoymaq, həbs etmək, heç bir hakimiyyətə nüfuz qazandırmır. Əksinə, belə dözülməz mühit Azərbaycanı mütərəqqi dünyanın gözündən salır, ölkənin firavan gələcəyi üçün ciddi təhlükələr doğurur. Təəssüf ki, hökumət mövcud mühitdən narahat görünmür, durumun yumşaldılması yönündə çox vacib addımları atmağa maraq göstərmir.

STP mövcud ağır durumu aradan qaldırmağa yönəlik təcili əməli addımların atılmasını - ictimai-siyasi qurumlara normal fəaliyyət imkanının yaradılmasını, demokratik inkişafın əsas elementlərindən olan media və ifadə azadlığının təmin olunmasını, vətəndaşlarının təməl hüquq və azadlıqlarına hörmət göstərilməsini zəruri hesab edir və dövlət səlahiyyətini həyata keçirənlərin buna görə ciddi məsuliyyət daşıdığını bəyan edir.  

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti