|
Sentyabrın 17-də Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Teleqraf.az xəbər verir ki, mitinqdə Milli Şuranın rəhbərliyində təmsil olunan şəxslər sentyabr ayının 26-da keçiriləcək Referendumun xalqın iradəsinə zidd olduğunu vurğulayıb, hakimiyyətin siyasətini tənqid ediblər. Mitinqdə hazırda həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur da çıxış edərək siyasi məhbus ailələrini hərəkatın önündə olmağa səsləyib. Həmçinin həbsdə olan tanınmış ilahiyyatçı Taleh Bağırzadənin müraciəti oxunub.
Milli Şuranın mitinqində Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər də iştirak ediblər.
Mitinq başa çatdıqdan sonra stadionu əhatəyə alan polis dəstələri mitinq iştirakçılarına qarşı zor tətbiq ediblər. Çox sayda insan saxlanılıb.
Teleqraf.az