Bu günlərdə İzmir prokurorluğunda baş müstəntiq Zəfər Durun hazırladığı 56 səhifəlik ittihamnamə Ağır Cinayətlər Məhkəməsində qəbul edilib.

Ittihamnamədə FETÖ qruplaşmasının lideri olan Fətullah Gülənlə bağlı maraqlı faktlar qeyd edilib.

FETÖ-nün maliyyə qaynaqları ilə bağlı başlanan cinayət işinin yekunu olaraq hazırlanan ittiham aktında Fətullah Gülenin illər öncə Vatikanda Roma Papası İkinci İohan Pavellə görüşdüyü və onun Türkiyəyə gizli kardinal kimi təyin edildiyi qeyd edilir.

İttiham aktında xüsusi vurğulanır ki, Fətullah Gülən ABŞ-a getməzdən təxminən 1 il əvvəl, daha dəqiq 9 fevral 1998-ci ildə Vatikanda Roma Papası İkinci İohan Pavellə görüşüb. Roma Papası İkinci İohan Pavel bu görüşdən 12 gün sonra 20 kardinal təyin edib. Və ilk dəfə məhz həmin vaxt Papa 100 ildir istifadə edilməyən “in pecture” səlahiyyətindən yararlanaraq iki nəfəri də gizli kardinal təyin edib. “Bu şəxslərin kimlikləri isə qaydalara uyğun olaraq açıqlanmadı. Təyin edilən gizli kardinallardan birinin Fətullah Gülən olması iddiası bu işdə üstündə xüsusi dayanılmalı olan məsələlərdəndir”, deyə, ittihamnamədə qeyd edilir.

Bu arada qeyd edək ki, 21 fevral 1998-ci il tarixində Roma Papasının istifadə etdiyi xüsusi səlahiyyətin, yəni, “in pecture” teriminin anlamı “kilsənin bağrına basdığı gizli övladı” mənasını verir. Bu ifadə həm də, “öz ölkəsində kimliyini gizlədən və başqa dinə mənsub olan şəxs” mənasını ifadə edir.

İttiham aktında Fətullah Gülənin dini fəaliyyəti ilə başqa qeydlər də var. Qeyd edilir ki, Gülənin irəli sürdüyü dinlərarası dialoq adlı konsepsiyada əslində, İslam dininə uyğun olmayan tezislər mövcuddur.

Bundan başqa Türkiyədəki məlum 15 iyul qiyamından sonra bağlanan “Aksiyon” jurnalının 10-cu ilində xüsusi buraxdığı nömrəsində üz qabığında “İnsanlıq onu gözləyir – Hz. İsa” sözlərinin yazılması da yuxarıda qeyd edilən iddiaları gücləndirir. Həmçinin Fətullah Gülənin Ədirnədə fəaliyyət göstərdiyi vaxtlarda kilsəyə yazdığı məktublar, onun “gizli kardinal” olması ilə bağlı kitab yazan müəlliflərin təqib edilməsi də cinayət işinin materiallarına əlavə edilib.

Bildirilir ki, İzmir Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin 18 fevralda FETÖ/PDY-yə maliyyə dəstəyinin qarşısını almaq üçün həyata keçirdiyi əməliyyat zamanı ABŞ-dan qayıdan iş adamları Emir Ağbaş və Mehmet Çelikarslan hava limanında tutulublar. Pul transferində əsas fiqurlardan olan bu şəxslər barəsində prokurorluq 10 il həbs qərarının çıxarılmasını məhkəmədən tələb edib.

Zəfər Durun hazırladığı ittihamnamədə FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində minlərlə üzvünün olduğu, onlardan 150-nin isə general olduğu qeyd edilir. Ümumilikdə isə ordu sıralarındakı FETÖ-çülərin sayının 22 mindən çox lduğu bildirilib.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti