Röya Rəfiyeva: "Dəfələrlə şirkətə müraciət edib problemlərin aradan qaldırılmasını xahiş etmişəm, heç birinə qulaq asılmayıb.
"

“Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva “Akkord” Şirkətlər Qrupunu məhkəməyə verib.

Səbəb iki il əvvəl şirkətdən aldığı mənzilin keyfiyyətsiz olması, yaranan çoxsaylı problemlər, həmçinin bununla bağlı şirkətə edilən müraciətlərə heç bir cavab verilməməsidir. “2014-cü ilin fevralında kreditlə aldığım mənzildə çox sayda və ciddi problemlər yaranıb. Dəfələrlə şirkət rəhbərliyinə bu barədə məlumat vermişəm, heç bir nəticəsi olmayıb, problemlər aradan qaldırılmayıb. 2014-cü ildə binaya qaz çəkiləcəyi bildirilsə də, evi iki il ərzində elektrikin hesabına qızdırmışam və qış aylarında büdcəmə xeyli təsir edib. Mənzil çox keyfiyyətsizdir, bunları detallı halda dəfələrlə şirkətə bildirsəm də, qulaqardına vurulub. Şirkətin quraşdırdığı mətbəx mebeli isə ötən ilin sentyabrında divardan qopub və nəticədə məişət əşyalarım sıradan çıxıb. Həmçinin sonradan bir neçə vəkilə bağladığımız müqaviləni göstərmişəm, alıcının xeyrinə bir bənd belə yoxdur. Bu, azmış kimi, şirkət mənə sonradan məcburi olaraq bankla müqavilə bağladıb və burada da çoxsaylı problemlər var. Dəfələrlə şirkətə müraciət edib problemlərin aradan qaldırılmasını xahiş etmişəm, heç birinə qulaq asılmayıb. Beləliklə, bir-bir məhkəməyə verməyi qərara aldım. Əvvəlcə mənzillə bağlı sənədlərimi tələb edirəm. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılacaq. Vəkilim hüquqşünas Əkrəm Həsənovdur. Sonra da yavaş-yavaş başqa problemləri mübahisələndirəcəm. Evin aylıq kreditini isə bir neçə aydır ki, ödəməkdən imtina etmişəm. Bu işdən sonra “Akkord”la bağlı bir neçə tələb üzrə məhkəməyə müraciət etməyi düşünürəm. Daha sonra da bankı məhkəməyə verəcəm. Məhkəmə bir dəfə iddiamı əsassız olaraq geri qaytarıb. İyun ayında ikinci dəfə müraciət etmişik”,- deyə jurnalist bildirib.

 

Qeyd edək ki, artıq “Akkord” alıcının krediti ödəməməsi səsəbindən mənzillə bağlı müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq göndərib. Vəkil Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, “Akkord”un bu məktubu əsassızdır: ““Akkord”un alqı-satqı müqaviləsinə xitam vermək hüququ yoxdur, çünki alqı-satqı artıq tam icra olunub. Yəni alıcı mənzili alıb, “Akkord” da tam pulunu. Düzdür, pulun bir hissəsi Beynəlxalq Bankın krediti hesabınadır. Amma bunun “Akkord”a aidiyyatı yoxdur. Kredit sırf bankla alıcı arasında olan məsələdir. “Akkord” zamin durubsa, banka ödədiyini alıcıdan tələb edə bilər, alıcının imkanı olsa, ödəyər, olmasa, ödəməz. Amma hər bir halda mənzili geri ala bilməz. Çünki yeganə yaşayış sahəsi toxunulmazdır”.

 

Ə.Həsənovun sözlərinə görə, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı da var: “Yəni borclu yalnız əmlakı ilə məsuliyyət daşıyır. Yəni borca görə əmlakı əlindən alına bilər. Bu zaman Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı qərarında sadalanmış əmlak əlindən alına bilməz: məsələn: bir ev, mebel, paltar, uşaq ləvazimatı və sair. İndiki halda da alıcının mənzili girovda deyil, ola da bilməzdi. Çünki həmin vaxt Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmayıb, yəni kupçası yoxdur. Bank kredit müqaviləsinə xitam verə bilər, amma bunun mənzilə aidiyyatı yoxdur”. O, həmçinin məhkəmənin jurnalistin iddiasını təmin edəcəyinə inamını ifadə edib

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti