Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisəsində diqqət çəkən məqamlardan olan 1 dollarlıq əsginazla bağlı heyrətamiz iddialar yayılıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, hərbi çevriliş “Ukraynadan sonra növbəti hədəf Türkiyə və Cənubi Qafqazdır” iddialarını təsdiqləmiş olub.
Qeyd edilir ki, 1 dollar ABŞ-a sədaqətin və xidmətin rəmzi sayılır və məhz bu əsginaz amerikansayağı məxfi kodlaşmanın göstəricisidir.

Həbs edilən generalların demək olar ki, hamısının üzərindən tapılan həmin 1 dollarlıq əsginazların sirri barədə danışmazdan əvvəl bunun analoji örnəklərindən birinə diqqət yetirək. Çünki 1 dollarlıq əsginazlarla məxfi şəbəkənin qurulması ABŞ-ın dəniz piyadaları arasında mövcud olan oxşar ənənədən qaynaqlanır.

ABŞ Silahlı Qüvvələrinin dünyanın ən qüdrətli ordularından olduğuna yəqin ki, heç kəs şübhə etmir. Ancaq dəniz piyadaları bu ordunun ən elitar tərkib hissəsidir. Belə ki, dəniz piyadalarının sırasına ABŞ-ın istənilən vətəndaşı düşə bilməz. Hər bir dəniz piyadası xüsusi ideoloji-psixoloji hazırlıq prosesindən keçir. Hərbi hazırlıq səviyyəsi ilə yanaşı, ideoloji-psixoloji testlərdən keçdikdən sonra o, dəniz piyadası statusu qazanır.

Digər qoşun növlərinə aid ABŞ əsgəri ilə dəniz piyadası arasında kifayət qədər ciddi fərq var. Məsələn, ABŞ əsgəri öz müqaviləsi üzrə hərbi xidmət keçir. Ancaq dəniz piyadası ABŞ dövlətinə xidmət edir. Düşmənlə savaşa girmiş dəniz piyadası üçün məğlubiyyət variantı, ümumiyyətlə, mövcud deyil: O, ya qalib gələcək, ya da öləcək.

Ən önəmli məqam isə dəniz piyadaları arasındakı simvolik parolla bağlıdır. Onlar bir-biriləri ilə ünsiyyətdə, ya da hər hansı gizli əməliyyat zamanı tanınma nişanı olaraq 1 dollarlıq monetlərdən istifadə edirlər. Hər bir dəniz piyadasının üzərində mütləq 1 dollarlıq dəmir monet vardır. Bu, ABŞ dövlətinə xidmətin və ona sədaqətin simvoludur. Hətta döyüşdə şücaət göstərmiş dəniz piyadası dövlət mükafatına təqdim edilməzdən əvvəl öz komandiri tərəfindən 1 dollarlıq monetlə şərəfləndirilir.

Ordudan təqaüdə çıxdıqdan sonra da dəniz piyadası həmin monetləri öz üzərində daşıyır. Çətinə düşdükdə onu tanımayan və cəmiyyətdə nüfuzu olan imkanlı dəniz piyadasına moneti göstərməklə, hər cür yardımı ala bilər. Eyni zamanda, təqaüdçü dəniz piyadasına moneti göstərməklə hər hansı dövlət tapşırığını yerinə yetirməyə razı salmaq olar. Yəni bir dəniz piyadası yaşından və cəmiyyətdəki statusundan asılı olmayaraq, ölənə qədər dəniz piyadasıdır.

Türkiyədəki çevriliş cəhdindən sonra həbs edilən generalların və yüksək rütbəli zabitlərin üzərindən tapılan 1 dollarlıq əsginazların da qorxunc sirri var. Məlum olub ki, onlar çevriliş cəhdindən öncə eyni şəbəkəyə aid bağlılıqları barədə məlumatsız olublar. Çünki məxfiliyi təmin etmək üçün şəbəkələşmə masonçuluq prinsipinə uyğunlaşdırılıb. Bu şəbəkələşmədə hər hansı bir divardakı daşların düzülüşü tətbiq edilib. Belə ki, üçüncü daş ikincini, ikinci daş isə yalnız birinci daşı görə bilər. Ancaq üçüncü daşla birinci daş arasında təmas mümkün deyil.

Çevriliş cəhdindən bir neçə saat öncə şəbəkədəki ən yüksək vəzifəli generala onun əmrində olacaq hərbçilərin siyahısı verilib. Və həmin general (hələlik kimliyi açıqlanmayıb) çevrilişə başlamaq əmrini vermək üçün yanına çağırdığı hərbçilərə 1 dollarlıq əsginazı göstərib və onlardan da eynisini tələb edib. Bu tanınma prosedurundan sonra bütün əmrlər sorğu-sualsız yerinə yetirilib.

Ancaq əsginazın sirri bununla bitmir. Dollar ABŞ-ın ən önəmli simvollarından olduğu üçün bu, həm də həmin superdövlətə sədaqətin rəmzi sayılır. Üstəlik, Türkiyə rəsmilərinin son açıqlamalarına görə, FETÖ adı qoyulan şəbəkələşməni əhatə edən bu sistemi elə vaxtilə ABŞ-ın Balkanlar və Türkiyə üzrə kəşfiyyat rezidenti qurub. Həmin sistemə görə, şəbəkənin hər bir üzvünə 1 dollarlıq əsginaz verilir. Və bu əsginaza sahib olan şəbəkə üzvünün rəsmi sənədləri öz əhəmiyyətini itirmiş olur. Çünki əsginazın üzərindəki seriya nömrəsi həmin şəxsin kimliyini müəyyənləşdirir.

Belə ki, seriya nömrəsi şəbəkənin məxfi ümumi bazasına yerləşdirilibmiş və orada 1 dollarlıq əsginazın sahibi haqqında bütün məlumatlar qeyd edilibmiş... İstənilən vaxt məxfi məlumat bazasına əsginazın seriya nömrəsini daxil etməklə, onun sahibinin kimliyini təyin etmək mümkündür.

Göründüyü kimi, Türkiyə dövlətinə və cəmiyyətinə paralel olan alternativ mərkəzdən idarə edilən sistem qurulubmuş. Belə anlaşılır ki, onilliklər boyu davam edən bu proses Türkiyəni daxildən işğal etmək ssenarisi üzərindən yürüdülüb. Və xarici xüsusi xidmət servislərinin nəzarətində olub. Məsələnin ən qorxunc tərəfi də elə budur.

Bütün bunları təsdiqləyən daha bir önəmli məqam ABŞ-ın xüsusi xidmət servislərinə yaxınlığı ilə tanınan “Stratfor” Analitik Mərkəzinin hərbi çevriliş cəhdinə qeyri-adi informasiya dəstəyidir. Belə ki, sən demə, bu mərkəz bütün baş verənlərdən əvvəlcədən xəbərdarmış...

Hər halda, Türkiyə vaxtı ilə saat 21.00-da başlayan hərbi çevriliş cəhdi ilə bağlı “Stratfor”un saat 21.02-də “Türkiyədə hərbçilər hakimiyyətə sahibləndilər” məzmunlu məlumat yaymasını başqa cür izah etmək mümkün deyil.

Eyni zamanda, Prezident R.T.Ərdoğanın İstanbula uçan təyyarəsinin olduğu yerin 4-5 dəfə tam dəqiqliyi ilə xəritə üzərindən göstərilməsi də önəmli məqamdır. Bunu Türkiyə prezidentinin hədəfə çıxarılması kimi də dəyərləndirmək olar.

Göründüyü kimi, Türkiyə faktiki olaraq, təhlükəli xarici təcavüzdən xilas ola bilib. Ancaq bu baş verənlərə daha diqqətlə yanaşdıqda, bütün bunların müvəqqəti olduğu da nəzərdən yayınmır. Çünki bu baş verənlər supergüclərin dünya hegemonluğu uğrunda mübarizəsinin Türkiyə mərhələsidir.

Vaxtilə dünya hegemonluğu uğrunda savaşın Ukrayna, Türkiyə və Cənubi Qafqaz üzərindən aparıldığını yazmışdıq. Və Ukraynadan sonra növbəti hədəfin Türkiyə ola biləcəyini proqnozlaşdırmışdıq. Çox təəssüf ki, bu proqnozumuz reallığa çevrilməyə başlayıb. Əgər Türkiyə ələ keçirilmiş olsaydı, bu dəfə növbəti hədəf Cənubi Qafqaz olacaqdı və savaşın əhatə dairəsi qapanacaqdı. Ancaq Ərdoğan hakimiyyətinin bu fəlakəti önləyə bilməsi Cənubi Qafqazı da hədəfə çevrilməkdən yayındırıb.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti