BBC Azərbaycanca aşkarlayıb ki, Bakıdakı bəzi otellərdə Azərbaycan pasportu olan vətəndaşların qalmasına izn verilmir.

Həmçinin əlaqə saxladığımız 3, 4 və 5 ulduzlu 30-dan çox otelin əksəriyyətində nigah şəhadətnaməsi tələb edildiyi məlum olub.

Mədəniyyət və Turizm Nazirliyi bu addımı otel sahiblərinin "səhv qərarı" adlandırır və əlavə edir ki, nazirlik otellərə müştərilərdən əlavə sənəd istəməməsi ilə bağlı sadəcə "tövsiyyə verə bilər".

Hazırda Azərbaycanda mövcud olan qanunlarda yalnız Mülki Məcəllədə mehmanxanalarla bağlı cəmi bir paraqraf var ki, o da əşyaların mehmanxana və restoranlarda saxlanması prosedurlarının tənzimlənməsini özündə ehtiva edir.

"Otelin adı pis çıxır"

Image copyrightİSTOCKImage captionOtellər cütlükdən nigah şəhadətnaməsini istəməsini "öz imiclərini qorumaqla" əlaqələi olduğunu deyir

Azərbaycanın yerli brendi olan 5 ulduzlu otellərdən birinin - Sapphire City Otellər qrupunun Bakının mərkəzindəki filialında Azərbaycan pasportu ilə ümumiyyətlə qalmağa icazə verilmir. Otelin saytında bu haqda hər hansı məlumat olmasa da, BBC Azərbaycancanın müxbiri ilə danışan otel nümayəndəsi "otelimiz burda fəaliyyətə başladığı gündən bu qayda var" deyir.

Otel meneceri isə "bu səhv məlumatdır" deyərək "bizdə Azərbaycan pasportu ilə qalmaq olar" deyir. Onun sözlərinə görə, bunlar hamısı "daxili qaydalarla" tənzimlənir.

Şəbəkənin Səməd Vurğun küçəsində yerləşən otelində (Sapphire Hotel Baku) BBC Azərbaycanca müxbirinə "Azərbaycan vətəndaşınız, bizim oteldə qala bilməzsiniz" deyiblər.

"O biri filialımıza getsəniz də, eyni cavabı alacaqsınız", - qəbul zalında əlavə ediblər.

Əməkdaşımız Nizami küçəsində yerləşən oteldə (Saphire City) Azərbaycan pasportunu təqdim edərək bir neçə gün qala bilib. Qəbul zalında izah ediblər ki, otel otağı rezerv ediləndə gələcək qonağın Azərbaycan vətəndaşı olacağı barədə öncədən məlumatı olmayan otel bu pasportla vətəndaşı qəbul etməyə məcbur olub.

Nigah şəhadətnaməsi

4 ulduzlu otellərdən birinin (Alp İnn Hoteli) nümayəndəsi də Azərbaycan vətəndaşlarına qarşı eyni tələb irəli sürsə də, xarici qonaqlara qarşı belə bir tələbin olmadığını deyir.

Digər 4 ulduzlu oteldə (Altstadt) nigah şəhadətnaməsi təqdim etməyən azərbaycanlı cütlüyün bir yerdə olmasa da, ayrı-ayrı otaqlarda qala biləcəyini deyir, bir şərtlə ki, onlar "bir-birinin otağına keçməsin”.

Paytaxtın mərkəzində yerləşən (Anatolia) 4 ulduzlu otel isə bəyan edir ki, onlarda nigah şəhadətnaməsi tələbi yalnız azərbaycanlı deyil, elə əcnəbi cütlüklərə də tətbiq olunur.

Image copyrightİSTOCKImage captionOtellərdən biri "əcnəbi qızla" gələn cütlüyün nigah şəhadətnaməsi təqdim etmədən oteldə qala biləcəyini deyir

Mərkəzdə yerləşən 3 ulduzlu otellərdən birində (Araz) isə nigah şəhadətnaməsini təqdim etməyən cütlükdə “qız əcnəbi olarsa" onların oteldə qalmasına icazə verilir.

Azərbaycanda uzun illərdir fəaliyyət göstərən digər beynəlxalq otelin birində isə deyirlər ki, onlara lazım olan yalnız otağı adına götürəcək adamın şəxsiyyət vəsiqəsidir.

“Əlavə sənəd olaraq nigah şəhadətnaməsi tələb olunmur”, deyə otel nümayəndəsi müştərilərinin özünü rahat hiss etməsinin onlara vacib olduğunu vurğulayır.

"Bunlar (azərbaycanlı oğlan və qız) başqa fikirlə istifadə edirlər oteldən, biz də oteldə narahatlıq olmasın deyə belə şəraitlər yaratmırıq", Sapphire otelinin meneceri "yalnız xarici vətəndaş" tələbinin səbəbini izah edir.

2009-cu ildən Bakıda fəaliyyət göstərən 5 ulduzlu otel (Atropat Hotel) tək gəldiyi halda istənilən Azərbaycan vətəndaşının oteldə qala biləcəyini desə də, cütlüklərin nigah şəhadətnamələrini də özləri ilə gətirməsinin "mütləq" olduğunu vurğulayır.

"Sonra bizim otelin adı pis çıxır”, deyə menecer şərti irəli sürməsinin səbəbini izah edir.

Oteldə qalmaq istəyən şəxslərdən qanunla müəyyən olunmamış sənədlərin istənilməsi inzibati qanun pozuntusu sayılır, hüquq müdafiəçisi Müzəffər Baxışov BBC Azərbaycancaya deyir.

"İnzibati Xətalar Məcəlləsinin 601-ci maddəsinə əsasən otel müştəridən qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb etməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manata qədər cərimə olunur", cənab Baxışov əlavə edir.

"Əxlaqa uyğun"

4 ildən çoxdur otel meneceri kimi işləyən Vüsal Həsənov deyir ki, bu günə qədər müştərilərindən şəxsiyyət vəsiqəsi və ya pasportdan başqa heç nə istəməyib. O düşünür ki, belə bir sənəd tələb edən otellər əsasən kənarda yerləşən və "balaca otellərdir".

"Mənə elə gəlir ki, onlar sadəcə qaydalardan xəbərsizdirlər deyə edirlər. Prosedurun necə olmasından məlumatsız olduqlarına görə də sənəd tələb edirlər", o əlavə edir.

Hüquqşünas Müzəffər Baxışov bildirir ki, nigah şəhadətnaməsi tələbi Azərbaycan "əxlaqına uyğun" olsa da, qanuna uyğun deyil. Cənab Baxışov əlavə edir ki, mehmanxanalarla bağlı prosedurları yalnız qanunla tənzimləmək mümkündür ki, elə bir qanun da Azərbaycanda yoxdur.

"O şeyə ki, qanunla məhdudiyyət qoyulmayıb, onun həyata keçirilməsinə məhdudiyyət qoyula bilməz. Bu, o deməkdir ki, nigah şəhadətnaməsi olmadan orda qalmaq qanunla qadağan olunmayıbsa otel bunu tələb edə bilməz", vəkil Konstitusiyanın 69-cu maddəsinə görə Azərbaycan vətəndaşlarına məhdudiyyətin yalnız qanun çərçivəsində tətbiq edilə biləcəyini vurğulayır.

Azərbaycan pasportu ilə oteldə qalmağın qadağan olunmasını "qanuna zidd və insan hüquqlarının pozuntusu" adlandıran hüquqşünas əlavə edir ki, mənafeyinə mühüm ziyan dəyməsini əsas gətirərək müştəri otel sahibini vəzifədən sui-istifadəyə görə Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edə bilər.

"O maddəyə əsasən həmin şəxsə 3 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur", cənab Baxışov vurğulayır.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti