Röya Rəfiyeva: “Nərimanov rayon Məhkəməsi əsassız olaraq şirkəti müdafiə edir, əvvəlki iddiaya baxmadan geri qaytarıb”

“Yeni Müsavat” qəzetinin əməkdaşı və “Kanal 13” internet televiziyasının aparıcısı Röya Rəfiyeva “Akkord” Şirkətlər Qrupunu məhkəməyə verib.

Teleqraf.az-ın məlumatına görə. bu barədə jurnalist özünün “feysbuk” səhifəsində yazıb. O, bildirib ki, bu, şirkətlə bağlı məhkəməyə edilən ikinci müraciətdir.

““Akkord”u yenidən məhkəməyə verdim. Vəkilim dəyərli və peşəkar hüquqşünas Əkrəm Həsənovdur. Vəkilimə inansam da, ölkənin məhkəmə sistemindən ədalət deyil, möcüzə gözləyirəm. Mart ayında məhkəməyə müraciət etmişdik, məhkəmə əsassız olaraq iddiamızı təmin etmədi. Nəticədə yenidən Nərimanov Rayon Məhkəməsinə müraciət etdik. Bu ölkədə “Akkord” kimi ikinci məsuliyyətsiz şirkət varmı görəsən? Məhkəmə də əsassız olaraq şirkəti müdafiə edir, əvvəlki iddiaya baxmadan geri qaytarıb. Qeyd edim ki, şirkətdən iki il əvvəl aldığım evlə, həmçinin müqavilə şərtləri ilə bağlı çoxsaylı problemlər var. Bir-bir məhkəməyə verməyi qərara aldım. Əvvəlcə mənzillə bağlı sənədlərimi tələb edirəm. Sonra da yavaş-yavaş başqa problemləri mübahisələndirəcəm. Bu işdən sonra “Akkord”la bağlı bir neçə tələb üzrə məhkəməyə müraciət etməyi düşünürəm. Daha sonra da bankı məhkəməyə verəcəm”.

Jurnalistin sözlərinə görə, 2014-cü ildə şirktədən aldığı evlə bağlı çoxsaylı problemlər yaranıb. Şirkət isə həmin problemləri həll etməyib. Üstəlik, bina indiyədək təhvil verilməyib və bu səbəbdən orada təbii qaz da yoxdur. “İki il əvvəl ev aldığım “Akkord” şirkətini məhkəməyə verdim. 2014-cü ilin fevralında aldığım mənzildə çox sayda və ciddi problemlər yaranıb. Dəfələrlə şirkət rəhbərliyinə bu barədə məlumat vermişəm, heç bir nəticəsi olmayıb, problemlər aradan qaldırılmayıb. 2014-cü ildə binaya qaz çəkiləcəyi bildirilsə də, hələ də evi elektrikin hesabına qızdırmaqdayam və işıq pulu büdcəmi sökür. Mənzil çox keyfiyyətsizdir, bunları detallı halda dəfələrlə şirkətə bildirsəm də, qulaqardına vurulub. Ötən ilin sentyabrında isə mətbəx mebeli divardan qopub və nəticədə ev əşyalarım sıradan çıxıb. Həmçinin sonradan bir neçə vəkilə bağladığımız müqaviləni göstərmişəm, alıcının xeyrinə bir bənd belə yoxdur. Bu, azmış kimi, şirkət mənə sonradan məcburi olaraq bankla müqavilə bağladıb və burada da çoxsaylı problemlər var... Saymaqla bitmir ki... Beləliklə, bir-bir məhkəməyə verməyi qərara aldım”.


Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti