Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi.

Teleqraf.az-ın mlumatına görə, İyunun 24-də Bakının Xudafərin Sarayında Borçalı İctimai Cəmiyyətinin təşəbbüsü ilə sayca 3-cü Təbriz Gecəsi və tanınmış cərrah, türkoloq alim və görkəmli ictimai xadim Doktor Cavad Heyətin adına təsis olunmuş medalın təqdimatı keçirilib. Milli Azadlıq Hərəkatının rəhbəri Əbülfəz Elçibəyin doğum gününə təsadüf edən mərasim Azərbaycan Respublikasının Dövlət Himni, habelə Güneyli, Quzeyli vətənimizin şəhidlərinə sayğı duruşu ilə başlayıb.

Tədbirin aparıcısı, şair Elbəyi Cəlaloğlunun açılış nitqindən sonra isə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qonaqları salamlayıb və Təbriz Gecəsinin önəmi, Borçalı Cəmiyyətinin Güney Azərbaycandakı soydaşlarımızın mübarizəsinə baxışı xüsusunda çıxış edib. Daha sonra Doktor Cavad Heyət şəxsiyyəti haqda Güney Azərbaycanda ictimai fikrin tanınmış simalarından olan, "Varlıq" Dərgisinin yazarı Həsən Raşidi, filoloq alim Pərvanə Məmmədli və AMEA-nın Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə çıxış ediblər. Gürcüstan Aşıqlar Birliyinin sədri, eyni zamanda 8-ci Elat Günü Bayramı Təşkilat Komitəsinin sədri Osman Əhmədoğlu isə öz çıxışında Bütövlük yolunda mübarizədə millətimizi daha iradəli olmağa çağıraraq Təbrizin müqəddəsliyi haqda düşüncələrini iştirakçılarla bölüşüb.

Güney Azərbaycanda dilimiz və mədəniyyətimizin yaşamasında əməkləri olan görkəmli yazar və publisist Həsən Raşidi, Aşıq Cəbrayıl Xəlili, şair Saleh Rəhimi, tanınmış milli fəal Səid Mətinpur, "Varlıq" dərgisinin baş yazarı Rza Heyət, AYB-nin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz medalın builki sahibləri seçiliblər. Medalları tanınmış qələm sahibləri Abbas Abdulla, Osman Əhmədoğlu, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, folklorşünas alim Elxan Məmmədli, Müsavat Partiyasının sədri Arif Hacılı və sədr müavini Tofiq Yaqublu təqdim ediblər. Mərasimdə Borçalı Cəmiyyəti tərəfindən Xalq Şairi Sabir Rüstəmxanlıya anadan olmasının 70 illiyi münasibətilə xatirə hədiyyəsi təqdim olunub. Eyni zamanda tədbirdə mərkəzi İsveçdə yerləşən Güney Azərbaycan Konqresinin təsis etdiyi Seyid Cəfər Pişəvəri Mükafatının da təqdimatı həyata keçirildi.

GAK-ın birinci məsulu Abdulla Əmir Haşimi Cavanşirin məktubu oxunduqdan sonra konqresin təmsilçiləri Cavidan Elbars və Əli Nicat Zamani Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və sədr müavini Rüfət Muradlıya mükafatları təqdim ediblər. Mərasimdə elimizin tanınmış elm, sənət və ədəbiyyat xadimləri Telman Əliyev, Məhərrəm Pərizad, Oqtay Rza, Elçin Məmmədli, Qiya Pasxataşvili, Eldost Bayram, habelə Aşıq Tərmeyxan Borçalı, "Şuşa -Elat" muğam qrupu, Aşıq Cahangir Quliyev, Fizuli Turabov,"Başkeçid" ansamblının da yaddaqalan çıxışları olub.

Tədbirin sonunda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli iştirakçılara və Güneydən gələn soydaşlarımıza təşəkkür edərək Cəmiyyətin öz prinsiplərinə, o cümlədən Gürcüstanın ərazi bütövlüyü və dövlət müstəqilliyinə daim sadiq qalacağını və Milli məsələdə dəyərlərimizdən heç zaman imtina edilməyəcəyinı vurğulayıb. Cəmiyyət sədri həmçinin elimizi iyul ayının 26-da Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında keçiriləcək Borçalı Türklərinin 8-ci Elat Mədəniyyəti gününə səsləyib.


Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti