Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə Heyəti Bakıda keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayından sonra diaspor hərəkatının inkişafına töhfə verəcək yeni qurumun yaradıldığını elan edib.

Yeni qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, Mərkəzi ofisi Kiyev şəhərində yerləşəcək Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) adlanan yeni qurum artıq Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Layihənin ideya müəllifi və rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur.

Koordinasiya Mərkəzi tam şəkildə fəaliyyətə başlayandan sonra Hikmət Cavadovun UABD rəhbərliyindən istefa verəcəyi gözlənilir. Koordinasiya Mərkəzi dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə fəaliyyət barədə razılıq əldə edib. Koordinasiya Mərkəzinin yaydığı açıqlamada bildirilir ki, artıq bir çox təşkilatlar əməkdaşlığa razılıq verib: “Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Bakıda keçirilən sonuncu qurultayında səsləndirdiyi “mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq” – kimi dəyərli fikirlərindən qaynaqlanan bu ideya ətrafında dünyanın bir çox diaspor təşkilatlarının birləşəcəyinə ümid edirik.

Prezidentin qeyd etdiyi kimi, birlik əsas məsələdir. Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi bu birliyə nail olmaqla qurultayda səslənən digər problemlərin də qısa zaman ərzində həllinə nail olmaq əzmindədir. Təbii ki, yenə də Prezident İlham Əliyevin söylədiyi kimi: “...Birlik hesabına. Əgər, diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşma varsa, deməli, bu məqsədə çatmaq üçün daha da asan yollar müəyyən ediləcək”.

Koordinasiya Mərkəzi ilk növbədə “informasiyanı və informasiyadan qorunmaq” prinsipini əsas götürərək bir alət kimi mövcud olan informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışacaq, ictimai fikri ölkəmizin xeyrinə dəyişməyə nail olacağıq: “Düşünürük ki, hazırda bizim buna kadr və texniki potensialımız var. Sadəcə dünyada yaşayan azərbaycanlılardan ibarət çevik qüvvələri daha operativ koordinasiya etməklə məqsədimizə qısa zaman kəsiyində nail ola bilərik.”

Mərkəz bu istiqamətdə əsas fəaliyyətini Azərbaycan prezidentinin səsləndirdiyi narahatlıqların aradan qaldırılmasına yönəldəcək: “Xarici media qurumları ilə işimizi gücləndirməyə çalışacaq, hazırda çox məhdud olan xarici mediaya çıxış imkanlarını genişləndirəcəyik. Eyni zamanda Dünya Azərbaycanlılarını birləşdirəcək virtual sosial şəbəkə yaradılacaq. Artıq bu istiqamətdə də işə başlanılıb. Həmçinin informasiya müharibəsində qalib gəlmək üçün yeni layihə üzərində iş gedir. Bu layihəyə Azərbaycanın KİV nümayəndələri də cəlb olunacaq”.

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti