Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin səhhətində yenidən problemlər yarandığı bildirilir.

İyunun 13-də buna görə, bankirin saxlandığı Bakı İstintaq Təcridxanasına üç dəfə həkimlərin çağırıldığı deyilir.

Bunu Azadlıq Radiosuna bankirin vəkillərindən Aqil Layıcov deyib.

Vəkil Cahangir Hacıyevin davamlı olaraq dərman qəbul etdiyini xatırladıb. Onun deməsinə görə, bankirin ürəyə ilə bağlı xəstəliyi var.

“C.Hacıyev nadir xəstəlik olan Haşimato-dan əziyyət çəkir. Bu xəstəliyin daşıyıcıları açıq, təmiz havada olmalıdılar. Onların gəzinti şəraiti olmalıdır. Xəstəliyi ilə bağlı ABŞ-da müalicə də alıb”.

Vəkil qeyd edib ki, xəstəliyi hər an C.Hacıyevin həyatına təhlükə yarada bilər.

Vəkil basqıya məruz qaldığını bildirir

A.Layıcov həmçinin C. Hacıyevlə ilə görüşməyə gedərkən Bakı İstintaq Təcridxanasında qanunsuzluğa məruz qaldığını da qeyd edib. Onun deməsinə görə, əsassız olaraq axtarışa və yoxlanışa məruz qalıb:

“Bu müdafiə hüququnun kobud pozuntusudur. Bu səbəbdən yoxlamaya etiraz etdim. Mayor rütbəli inspektor buna görə, məni şantajla hədələdi. Dedi ki, “dustaqları üzünə durdurub, sənə torba tikərəm” 

Vəkil bununla bağlı ədliyyə nazirinə, Penitensiar Xidmətin rəhbərliyinə, baş prokurora və Vəkillər Kollegiyasına müraciət edəcəyini bildirib.

Ancaq vəkilin bu dediklərinə Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin iki maddəsi – 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Vəkillərdən Əfqan Məmmədov ötən ayın əvvəlində C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.

“Qara kəmər”dən sonra...

Bu günlərdə bankirin həyat yoldaşı barəsində də həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının verildiyi bildirilir. C.Hacıyevin xarici ölkələrdən birində yaşadığı deyilən həyat yoldaşının axtarışı barədə, hələlik, hər hansı addım atılmayıb. C.Hacıyevin xanımı Zamirə Hacıyevanın adı İnterpol xətti ilə axtarılan azərbaycanlıların arasında yoxdur.

Zamirə Hacıyevanı adı 2005-ci ildə Hacı Məmmədovun işində də hallanıb. Həmin ilin əvvəlində Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, Hacı Məmmədovun dəstəsinin onu qaçırdığı bildirilirdi. 2005-ci ilin martın 10-da Milli Təhlükəsizlik Nazirliyi “Qara kəmər” əməliyyatı keçirərək Zamirə Hacıyevanı azad etmişdi. Sonradan Hacı Məmmədov ömürlük həbs cəzası aldı.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti