"Ötən gün axşam saatlarında "Qanun" nəşriyyatına gələn polis əməkdaşları bu səhər nəşriyyatın ətrafında lentlər çəkiblər və əraziyə əlavə polis qüvvələri cəlb olunub".

Bunu "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu qurum ətrafında baş verən prosesləri şərh edərkən bildirib. 

Direktorun sözlərinə görə, polislər ilk dəfə nəşriyyata gələndə bildiriblər ki, Daxili İşlər Nazirliyinin "102 çağrı mərkəzi"nə binada bomba olması barədə məlumat daxil olub. Başqa bir polis əməkdaşı isə nəşriyyatda meyitin olması haqda onlara məlumat verildiyini bildirib:

"İlk olaraq əraziyə təxminən 15-20 polis əməkdaşı gəlib. Onlar nəşriyyata daxil olduqda iş saatı qurtardığı üçün əksər otaqlar bağlı idi. Polis əməkdaşları qapısı açıq otaqlarda yoxlama aparıblar və nəşriyyatda olan insanlar binadan çıxarılaraq obyekt nəzarətə götürülüb".

Ş. Xuduoğlu deyir ki, hazırda işçilər binaya buraxılmır: "Hazırda qapılar bağlıdır. Bina gecə də polis nəzarətində olub. Əsas qapının açarı polis əməkdaşları tərəfindən götürülüb və mühafizəçinin telefonu əlindən alınıb. Nəzarəti Bakı Şəhər Baş Polis İdarəsi və DİN-nin Baş Cinayət Axtarışı İdarəsi həyata keçirir".

Nəşriyyat direktoru onu da bildirdi ki, o Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət hazırlayır: "Müraciətdə qeyd olunur ki, artıq ikinci gündür ki, nəşriyyatın mülkiyyətində olan binadan istifadə üçün imkan yaradılmır. Bunun səbəbləri nələrdir? Eyni zamanda, məhkəməyə müraciət üçün də sənədlər hazırlayıram. Hazırda bizi ən çox maraqlandıran binanın nəzarətə götürülmə səbəbləridir".

Ş.Xuduoğlu nəşriyyatın binasının ətrafında 3 yerdə post qurulduğunu da bildirib.

Ölkədə istirahət günü olduğundan hələlik məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb/anspress/.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti