Polisin xəbərdarlığına baxmayaraq, erməni fəallar dünən də paytaxt İrəvanda etirazlarını davam etdiriblər. Strateq.az erməni mediasına istinadla xəbər verir ki, «Talana son!» Təşəbbüs Qrupunun fəalı Artur Koçaryan aksiyaçılar qarşısında bəyanatla çıxış edərək, artıq etirazın yeni mərhələsinə başladıqlarını vurğulayıb: «Etirazları daha geniş tərkibdə davam etdirəcəyik. İctimai müzakirə təşkil ediləcək. Hüquqşünaslardan və iqtisadçılardan ibarət qrup yaradılacaq. Paralel olaraq küçə və meydanlarda mübarizə aparacağıq. Sarkisyanın bəyanatı bizi qane etmir. Tələblərimizin sonadək yerinə yetirilməsini istəyirik».

Koçaryan nümayişçilərin hansı tələbləri irəli sürdüyünü də açıqlayıb: «Elektrik enerjisi tariflərinin bahalaşdırılması barədə iyunun 17-də qəbul edilmiş qanunsuz qərar ləğv edilsin! Ötənilki tariflərə yenidən baxılsın! İyunun 23-də «Baqramyan» prospektindəki aksiyanı dağıdan, dinc nümayişçilərə güc tətbiq edən bütün polis əməkdaşları cəzalandırılsın! Həmçinin onlara bu göstərişi verənlər məsuliyyətə cəlb edilsin!».

Qeyd edək ki, prezident Serj Sarkisyan üç gün əvvəl Ermənistan Elektrik Şəbəkələri şirkətində auditin keçirilməsinə və proses başa çatana qədər elektrik enerjisi tariflərinin qaldırılması qərarının dondurulmasına qərar verib. Qərara əsasən, bu müddət ərzində Elektrik Şəbəkələri şirkətinin itkilərini Ermənistan hökuməti ödəyəcək. Sarkisyanın bu bəyanatı etirazçıların ilk uğuru kimi qiymətləndirilsə də, «Talana yox!» Təşəbbüs Qrupu aksiyaların davam etdirilməsinə qərar verib. Mitinqçilər qiymət artımı barədə qərarın ləğvi televiziya ilə elan olunmayanadək, meydanları tərk etməyəcəklərini bildiriblər.

Dünən etirazçıların bir hissəsi «Baqramyan» prospektini tərk edərək «Azadlıq» meydanına toplaşıb. Nümayişçilər bildiriblər ki, etirazlar üçün məkan fərqi yoxdur. Əsas odur ki, insanlar haqlarını sonadək müdafiə etsinlər və mübarizə dayanmasın. «Talana son!» qrupunun üzvləri də bəyan ediblər ki, xalq harada olsa, onlar da ora yığışacaqlar: «Biz ünvanla bağlı çağırış etmirik. Əgər insanlar hesab edirsə ki, «Baqramyan»da qalmalıdılar, biz etiraz etəməyəcəyik. Harada olsalar, yanlarındayıq. Bizim qrupun üzvləri həm prospektdə olacaq, həm «Azadlıq» meydanında. Təşkilatçı xalqdır, biz də xalqın bir hissəsiyik».

Bu arada, Gümrüdə də etirazlarların səngimədiyi bildirilir. Dünən Gümrü sakinləri növbəti dəfə mərkəzi meydana toplaşaraq İrəvandakı mitinqçilərlə həmrəylik nümayiş etdiriblər. Fəallar bildiriblər ki, dünəndən oturaq aksiyalara son verirlər və bu gündən etibarən ictimai müzakirələrə başlayıb tələblərini irəli sürəcəklər. Dünən aksiyaçılarla İrəvanın polis rəisinin müavini Valeriy Osipyan söhbət aparıb. Osipyan jurnalistlərə açıqlamasında bildirib ki, aksiya dinc şəraitdə keçirilir və polis hər hansı tədbir görmək fikrində deyil. Rəis müavini hüquq-mühafizə orqanlarının nə vaxta qədər gözləmə mövqeyində olacağını açıqlamayıb: «Gözləyək görək, nə vaxt gedəcəklər».(strateq.az)

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti