"Die Welt" qəzeti (Almaniya) Rusiya prezidentinin keçmiş arvadı Lyudmila Putinanın qalmaqallı müsahibəsini dərc edib. Müsahibəyə birmənalı yanaşmaq çətindir, lakin oxuyanı sarsıdır – həm də əməlli-başlı. Lyudmila Putinanın dedikləri nə dərəcədə həqiqətdir – buna cavab vermək çox çətindir. Çünki bunun üçün psixiatrların və ... politoloqların, analitikərin, xüsusi xidmətlərin cavabı lazımdır. Bununla belə, sizə təqdim etdiyimiz material bütün tarix boyu saraylarda, hakimiyyət iqamətgahlarında müşahidə olunmuş ağrılı faciələrdən biridir... Atılmış və ləyaqəti tapdanmış saray xanımının taleyi kimi...

- Təəssüf ki, mənm ərim artıq çoxdan  həyatda yoxdur. Bunu açıq etiraf etməyə məcburam. Çünki onun adından nələr törədildiyini daha görmək istəmirəm. Bunlar dəhşətli adamlardır. Onlar heç nəyin qabağında dayanmazlar. Qorxuram ki, indi məni və qızlarımı da onun kimi öldürələr.

Bizim ailəni ideal adlandırmaq olmazdı. Mən ərə gedərkən, kəşfiyyatçı zabitə vurulmuşdum. Lakin ortalığa tamamilə başqa bir həqiqət çıxdı: Putin alçaq, qəddar insan, müstəbid çıxdı. Heç vaxt mənimlə hesablaşmırdı, sadəcə, mənim varlığımı hiss etmirdi. Mən ona yalnız ailə tərkibi haqda arayış üçün və uşaqlarının anası kimi lazım idim. Bu barədə danışmaq mənə çətindir, lakin Putin məni döyür, alçaldır, ələ salırdı. Onunla yaşamaq işgəncə idi.     

Mən mübarizə aparmağa çalışırdım, dəfələrlə boşanmağa hazırlaşdım. Amma bu adam üçün müqəddəs heç nə yox idi. Susmağa vadar etmək üçün məni psixiatrik klinikaya təhvil verdi. Mən cəhənnəmin hər üzünü görmüşəm... Narkotiklər, psixotrop maddələr, həqarət. Məni uzun müddət izolyatora qatdılar və uzun müddət gün işığı, insanları görmədim. Bunu indiyədək lərzəylə xatırlayıram. Gənc və özünə güvənən qadından kölgəyə çevrildim, iradəm sınmışdı, oradan çıxmaq üçün bütün şərtlərə razılaşdım.

Lakin onun ölümündən sonra baş verənlər, ümumiyyətlə, təsvirə gəlmir. O zaman onun üçün çətin dövr idi. Əlbəttə, mənə heç nə demirdi, daha da qapalı olmuşdu. Ölümünə bir ay qalmış xəbərdarlıq etmədən qızlarımızı evdən apardı – hətta bilmədim ki, hara. Sonra tamamilə yoxa çıxdı. Gecə evimizə hansısa adamlar gəldi – kimlərisə tanıyırdım, kimlərisə birinci dəfə görürdüm. Hər şeyi at-üst elədilər, bütün kağızları gözdən keçirtdilər, evimizin divarlarını taqqıldatdılar. Mənə ancaq bircə söz dedilər: “Yaşamaq istəyirsənsə, sus”. Ərim haqda bütün suallara qısaca cavab verirdilər ki, tezliklə gələcək və milli təhlükəsizlik naminə bunu heç kimlə müzakirə etməməliyəm. Bir neçə gündən sonra onun ilk... dublyoru peyda oldu. Artıq sonralar bildim ki, Vladimirin qətli əvvəlcədən hazırlanıb. Birinci oxşarı praktik olaraq onun yerini tutmağa hazır olarkən Vladimiri aradan götürdülər. Əlbəttə, o, zahirən Putinə olduqca bənzəyirdi - mən mat qalmışdım. Lakin o, tamamilə başqa bir adam idi.   

Necə oldusa, onlar qızlarımı izləyib tapdılar. Və qarşıma qəti tələb  qoydular – ya sədaqətli arvad rolunu oynayacağam, ya da daha nə mən, nə də qızlarım yaşaya biləcək. Mənim seçimim yox idi. Mən əvvəllər də ictimai tədbirlərdən qaçmağa çalışırdım. Jurnalistlərin zəhlətökən diqqəti, intriqalar, dedi-qodular – bütün bunlardan iyrənirəm. Lakin özümü başqa adamın arvadı kimi göstərmək daha dəhşətliydi.

Buna görə, nə vaxt nəyisə ssenaridə planlaşdırıldığı kimi, lazımi qaydada deməsəm, pərtliyi ört-basdır eləməkdən ötrü mənim də oxşarımı hazırladılar. Əgər oxşarımı azdan-çoxdan uğrurlu bənzərliyə qədər çatdıra bilsəydilər, məni çoxdan öldürərdilər.

Biz möcüzə sayəsində xilas ola bildik. Anlaşılası səbəblərə görə bu dəhşətli tamaşanı dayandırıb gizlənməyimizə kömək etmiş adamların adlarını çəkə bilmərəm. “Boşanma” məni xilas etdi. Hazırda xaricdə yaşayıram, hər şey yaxşıdır. Lakin Rusiyada baş verənlərə baxanda, dəhşətə gəlirəm.

İnsanlar, ayılın! Siz yoxsullar kimi yaşayır, güc-bəla ilə dolanırsınız, çünki sizi qəddarcasına qarət edir və aldadırlar. İndi də artıq Rusiyanın yerli xalqının ölməyib sağ qalması məsələsi gündəmə çıxıb. Siz qorxaqlıqdan əl çəkməsəniz və ölkədə baş verənlərə göz yumsanız, yaşaya bilməyəcəksiniz.

Stateq.az

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti