İranın dini hakimiyyəti ölkədə gənclərin tanışlığı üçün xidmətlərin yaradılmasına qoyulmuş qadağanı qaldırıb. Bundan əvvəl mühafizəkar din xadimləri tanışlıq xidmətlərini “Qərbin pozğun təsirlərindən” hesab edirdilər.

Britaniyada çıxan “Times” qəzeti yazır ki, İran ayətullahlarının bu güzəştinə səbəb ölkədə demoqrafik vəziyyətin kəskin pisləşməsidir.

Məqalədə deyilir ki, ağır iqtisadi sanksiyalar və iqtisadiyyatın durğunluğu şəraitində getdikcə daha az adam evlənmək qərarı verir. Bununla belə, ölkədə nikahsız birgə yaşayanların sayı durmadan artır. İranda nikahsız birgə yaşayış 1979-cu il İslam inqilabından sonra qadağan olunub.

“Times” yazır ki, nikahı olmayan kişi və qadın arasında hətta “platonik” münasibətlər də qanunsuz hesab edilir. İranda nikahsız yaşamağa görə məcəllədə şallaq cəzası nəzərdə tutulub. Məktəblərdə cinsiyyət və ailə ilə bağlı dərslər keçilmir. Hamilələliyin qarşısını alan vasitələri əldə etmək son dərəcə çətindir. Bütün bunların nəticəsində zöhrəvi xəstəliklər geniş yayılıb.

Məqalədə deyilir ki, bütün bunlarla yanaşı nikahsız yaşamaq istəyənlər qanunun icazə verdiyi “siğə” izdivacından istifadə edirlər, hərçənd bu şiə nikahı bir saatdan çox davam etməməlidir.

İranda indiyədək tanışlıq internet saytları qadağan olunsa da, “siğə” xidmətləri geniş yayılıb. Bununla belə, evli kişilərin özlərinə cariyələr tapması üçün düşünülmüş siğə praktikasına görə qadına müəyyən pul ödənir. Bir sıra din xadimləri məhz buna görə “siğə”ni qanuniləşdirilmiş fahişəlik forması kimi tənqid edirlər.

“Times” yazır ki, nə şiə İranındakı qadağanlar, nə də kökləri ilə orta əsrlərə gedib çıxan başqa yasaqlar insanların seksual istəklərini buxovlaya bilməz. Görünür, indi bünları hətta ən mühafizəkar din xadimləri də başa düşürlər.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti