Ədliyyə Nazirliyi Vahid Azərbaycan Partiyasının (VAP) iyunun 26-da keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciətə cavab verib.

Ardını oxu...


“Həmin dövrdə bunlar “nurçular” adı ilə ölkəyə gəlirdilər. Mən də bunlara imkan vermədim. Sonra gedib adlarını dəyişdilər və Çağ Öyrətim Şirkəti adı ilə gəldilər. Guya adı dəyişməklə məni aldada biləcəkdilər. Mən yenə də bu şirkəti Azərbaycan təhsil sisteminə buraxmadım. Sonra gedib məndən prezidentə şikayət etdilər. Hətta üstümə dost-tanışlarımı göndərirdilər. Lakin mən geri çəkilmədim. Hətta bu mövzuda Fətulla Gülənlə mübahisə etdim”.

Bu sözləri AXC hakimiyyəti dövründə təhsil naziri olmuş Firudin Cəlilov telegraf.com-a müsahibəsində deyib. O daha sonra bildirib ki, Fətullah Gülənlə axşam saatlarından səhərə qədər mübahisə edib. Firudin Cəlilovun sözlərinə görə, görüş haqda təklif Güləndən gəlib: ”Biz Ankarada səfərdə idik. Fətullah Güləndən təklif gəldi ki, görüşüb müzakirələr aparaq. Mən də bilirdim ki, bu görüşə tək getsəm, bunu Türkiyə və Azərbaycanda əleyhimə istifadə edə bilərlər. Odur ki, professor Vaqif Aslanovu və AMEA-nın sabiq prezidenti, akademik Eldar Salayevi özümlə götürdüm. Və bu dostların iştirakı ilə görüş baş tutdu, axşamdan səhərə qədər mübahisə etdik. Eldar Salayevə Allah can sağlığı versin, bu işin canlı şahidi olub. Bunlar deyirdi ki, bizə icazə verin, gəlib Azərbaycanda məktəb və universitetlər açaq”.

Firudin Cəlilov “gülənçiləri” Azərbaycanın təhsil sisteminə buraxmamasının səbəbini də diqqətə çatdırıb: “Bilirdim ki, Türkiyə Silahlı Qüvvələrinin əks-kəşfiyyat idarəsi Fətullah Gülən haqqında dosyelər hazırlayıb. Bu sənədlərdə Gülən şəbəkəsinin fəaliyyəti, məqsədi, gördükləri işlər haqda informasiya var idi. Əslində, Gülən hərəkatı ilə bağlı məlumatlar siyasətdən başı çıxanlara məlum idi”.

Xəbər lenti