Pakistanın paytaxtı İslamabadda polislə etirazçılar arasında toqquşmalarda 1 adam ölüb, yüzlərlə adam xəsarət alıb.

 Avqustun 31-də səhər toqquşmalar davam edir.

Nümayişçilər Pakistanın Baş naziri Nəvaz Şərifin iqamətgahına hücum edib, polis rezin güllələrlə onların qarşısını almaq istəyib.

Etirazçılar baş nazirin istefasını tələb ediblər.

O isə avqustun 30-da bir daha bildirib ki, istefa verməyəcək.  

Müxalifət liderləri Pakistanın milyonlarla vətəndaşını etiraza qalxmağa çağırırlar, ancaq nümayişlərdə hələlik iştirak edənlər on minlərlədir (Azadlıq Radiosu). 

 

 

Xəbər lenti