Məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyanın gözlənilmədən Bakıda peyda olması ötən günün ən böyük sensasiyası oldu. V.Avetyan – siyasi mühacir və Sarkisyan rejiminin daimi tənqidçisidir, hazırda İsveçdə yaşayır. Bundan başqa, V.Avetyan – Xocalı soyqırımına görə açıq üzr istəmiş azsaylı erməni ictimai xadimlərindən biridir.

V.Avetyan hazırda Bakı aeroportunun ərazisindədir və Azərbaycan hakimiyyəti gözlənilməz qonağa vizanın verilməsi haqqında hələ də qərar qəbul etməyib. Bununla belə, virtualaz.org-un xüsusi müxbiri erməni hüquq müdafiəçisinə bir neçə sual verməyə imkan tapıb.

- Siz hazırda aeroportdasınız?

- Bəli.

- Neytral zolaqda? Sizinlə necə davranırlar? Çaya və ya yeməyə qonaq edirlər?

- Bəli, neytral zolaqda. Bu gün qonaq edirdilər, amma əsasən özüm alıram.

- Siz İsveç, yoxsa Ermənistan vətəndaşısınız?

- Həm Ermənistan, həm də İsveç. Hər iki ölkə ikili vətəndaşlığa icazə verir.

- Daha əvvəl öz "feysbuk” səhifəsində yazmışdınız ki, sizi Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndələri qarşıladılar. Onlar sizi ölkəyə buraxmaqdan imtina etdilər? Niyə? Bunu hansı motivlə izah etdilər?

- Sərhədçilər dedilər ki, mənə viza lazımdır. Kiminləsə əlaqə saxladılar, amma imtina cavabı aldılar. Xüsusi xidmət orqanları gündüz burada idilər. Onlarla söhbətdən sonra fikirləşdim ki, məni şəhərə buraxacaqlar, amma hələ də aeroportun ərazisindəyəm.

- Siz Bakıda nə qədər qalmağı planlaşdırırsınız?

- 11 oktyabrda səhər tezdən Frankfurta uçuram. Sabah da burada olacağam.

- Siz Bakıda mətbuat konfransı keçirməyi və ya bəyanatla çıxış etməyi planlaşdırırsınızmı?

- Xeyr,hazırlaşmıram. Bu dəfə yox. Heç hazırlaşmırdım da.

- Bu sadəcə sülh aksiyasıdır?

- Mən Bakıya gələndə Mehriban Qasımova ilə televiziya verilişində iştirak etməyə söz vermişdim. Amma məncə, o, məzuniyyətdədir və mən qəflətən gəldim. Bu səfərdə ictimai çıxışlar planlaşdırmırdım. Bu hətta aksiya da deyil. Buna ürəyin, ruhun səfəri demək olar. Xocalı qurbanlarının abidəsinə gül qoymaq istəyirdim.

- Başa düşürsünüzmü ki, sizi Yerevanda, Vahan Martirosyan kimi, satqın elan edəcəklər?

- Əgər erməni alçaqları və satqın KİV-ləri məni həyəcanlandırsaydılar, bu gün harada olardım?

- Belə çıxır ki, bizim xalqlarımızın sülh və əmin-amanlıqda yaşaya biləcəyinə siz də əminsiniz?

- Heç yerə gedən deyillər. Və heç yerdə elə iki qonşu xalq yoxdur ki, vuruşmasınlar. Məsələn, vaxtilə bütün Avropa xalqları müharibə vəziyyətində idilər. Və bizim xalqlarımız da gec-tez sülhə gələcəklər. Bütün azərbaycanlılara salam! Hətta əgər məni şəhərə buraxmasalar belə, mən onsuz da buradayam. Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun. Gələn dəfə özüm qoyacağam. Mən sizi sevirəm. Hamınızın evlərinizə sülh!

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

04 Okt 2016 ANS-in fəaliyyəti bərpa olunur

Xəbər lenti