“İlin sonunadək növbəti referemdum keçirilə bilər”

“Azərbaycan hakimiyyəti növbəti referenduma hazırlaşır. Bu, qorxulu bir gözləntidir”,- KXCP sədri Mirmahmud Mirəlioğlu dövlət başçısının beynəlxalq təzyirlərlə bağlı etdiyi çıxışa münasibət bildirərkən belə deyib. Teleqraf.az xəbər verir ki, KXCP sədri növbəti referendumun ilin sonunadək keçirilə biləcəyini açıqlayıb.

“İlham Əliyevin təzyiqlə bağlı açıqlaması məhz 26 sentyabr referendumundan dərhal sonra verildi. Məhz referendumdan dərhal sonra bu açıqlama verildi. Bu deyilən təzyiqlər əvvəl də var idi, hər zaman var idi. Deyirdilər ki, qarşılıqlı güzəşt olmalıdır. İşğalçı ilə işğal olunana bu, şərt kimi qoyulurdu. Bu mesaj indi cəmiyyətə verildi. Yəni o deməkdir ki, biz növbəti referemduma hazırlaşmalıyıq. Azərbaycan hakimiyyəti artıq buna razılıq verib və növbəti referenduma getməyə hazırlaşır. Bu referendum yəqin ki, yaxın 5-6 ayda olacaq. Bu, Qarabağın statusu ilə bağlı referendumdur. Bu, çox yolverilməz bir məsələdir. İnsanlarımız, vətəndaşlarımız, köçkün düşən vətəndaşlarımız öz torpaqlarında yerləşəndən sonra referendum keçirilə bilər. Ancaq İlham Əliyev indi bu mesajı verir. Bizim yanaşmamız belədir”.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə keçirilən toplantısında sensasiyalı bəyanatla çıxış edib. “Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir”. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin”,- deyə İ.Əliyev qeyd edib. Dövlət başçısı bağlı qapılar arxasındakı söhbətləri açıqlamaq istəmədiyini də vurğulayıb. Səbəbini isə diplomatiyanın öz qaydalarının olması ilə əsaslandırıb: “Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq,- referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq,- heç vaxt Azərbaycan buna razılıq verməyəcək. Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik”. Ekspertlərin fikrincə, dövlət başçısı ilk dəfədir bu cür açıq şəkildə ifadə edir ki, qapalı görüşlərdə Azərbaycanı Qarabağı tanımağa məcbur etmək istəyirlər.

Günay Turan 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

04 Okt 2016 ANS-in fəaliyyəti bərpa olunur

Xəbər lenti