Azərbaycana dost ölkə deyən İranın ermənilər üçün olimpiada keçirməsi nə qədər üzüntü, narahatlıq doğursa da, daha da dəhşətlisi həmin olimpiadaya Dağlıq Qarabağdan da ermənilərin dəvət edilməsi və onların da geyimində cinayətkar-separatçı rejimin yaratdığı, beynəlxalq aləmin tanımadığı qurumun embleminin olmasıdır. İran tərəfi bununla bağlı ciddi açıqlama verməlidir.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. O, Tehranda keçirilən 48-ci erməni olimpiya oyunlarını və işğalçı Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsindən olan separatçı, cinayətkar erməni rejiminin təmsilçilərinin açılışda iştirakını kəskin qınayıb:

“Bu, açıq şəkildə separatçılığın dəstəklənməsi və Azərbaycan düşmənçilikdir. Həmin tədbirdə İranın rəsmi şəxsləri iştirak edib. Bu hadisə bütün azərbaycanlıları ciddi narahat edir və biz bu kimi təxribatları ciddi şəkildə pisləyir, etirazımızı bildiririk. İran səfirinin açıqlaması isə yaranmış bu qədər ciddi problemlə bağlı çox bəsit görünür. Səfirin ermənilərin geyimlərindəki rəmzlərin təşkilat komitəsiylə razılaşdırılmadığı haqda dediklərinə gəlincə isə təşkilat kömitəsi Azərbaycanın işğal altında olan ərazilərində qurulmuş separatçı-cinayətkar qurumdan olan adamları niyə dəvət edir? Bunun separatçılığın dəstəklənməsi kimi qəbul ediləcəyini və oradan gələnlərin hər cür təxribata əl ata biləcəklərini bilmirlər? İkincisi, bu adamlar hər kəsin önünə çıxana qədər təşkilat komitəsi üzvləri hara baxıb? İrandakı bəzi qüvvələrin bu erməni sevgisinin arxasındakı dayanan məqamları artıq insanlarımız çox yaxşı bilir”.

Millət vəkili bildirib ki, İranda yaşayan milyonlarla soydaşımız Azərbaycan əleyhinə aparılan bu cür işlərə biganə qalmamalı və etiraz səslərini ucaltmalıdırlar:

“İran rəsmiləri ölkələrimiz arasında normal münasibətlərə mənfi təsir göstərən bu cür təxribatlara yol verməməlidir. Çünki işğal altında olan torpaqlarımızla bağlı məsələ dövlətimiz və bütün insanlarımız üçün ən həssas məsələdir. Sonra da deyirlər, müsəlman dünyası niyə bu gündədir? Azərbaycanın torpaqlarının 20 faizini 20 ildən artırdır ki, işğalda saxlayan Ermənistana, Azərbaycan torpaqlarında qurulan cinayətkar-separatçı erməni rejiminə İranın bəzi dairələrinin bu cür isti münasibəti və bu kimi bir çox acı həqiqətlər həmin suala cavab tapmaq istəyənlərə kömək edə bilər”.

Qeyd edək ki, Tehranda keçirilən 48-ci erməni olimpiya oyunları zamanı açılışda iştirak edən erməni komandasının formalarında Qarabağ separatçılarının “bayraq” adlandırdıqları əski parçası əks olunub. İran oyunda qondarma “Artsax respublikası”nın yığmasının iştirakına mane olmayıb.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin isə İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsini “daxili tədbir” adlandırıb və bunun “dini azlıqlara hörmət əlaməti olaraq təşkil edildiyini” bildirib.

Bölməyə aid digər xəbərlər

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

04 Okt 2016 ANS-in fəaliyyəti bərpa olunur

03 Okt 2016 Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan Səfəvi dövlətinin siyasi varisidir

01 Okt 2016 “Buna talışların özü, bu xalqın ziyalıları cavab verməlidirlər”

22 Sent 2016 Şəhid ailələrinə çatacaq sğorta haqqı niyə verilmir?

22 Sent 2016 Həbsdə olan jurnalistin həyat yoldaşını deportasiya etmək istəyirlər...

13 Sent 2016 Referendumdan sonra prezident seçkiləri keçiriləcək

10 Sent 2016 Dərbənddə Azərbaycan türklərinə qarşı görünməmiş diskriminasiya

07 Sent 2016 Türkiyə Menbici alsa… - Avropa narahatdır

04 Sent 2016 Ateistlikdə ittiham edilən Quran hafizi

03 Sent 2016 Rəsulzadəni satan adamın “nəvəsi” danışdı

03 Sent 2016 `Hamı məni yaddan çıxarıb`- Şahbazdan məktub

30 Avq 2016 Qırmızı Körpüdə vətəndaş döyüldü- Gömrükdə rəzalət...

24 Avq 2016 Vasif Talıbov vitse-prezident olacaq - Deputatdan şok açıqlama

14 Avq 2016 Türkeşi Gülən öldürtdürüb? - Sensasion faktlar ortaya çıxdı (Video)

09 Avq 2016 Şəhid qardaşından şok sözlər: “Biz Milli Qəhrəman adını dilənməyə gəlməmişdik”

09 Avq 2016 Rəsulzadəni satan adamın nəvəsi icra hakimiyyətində işləyir

08 Avq 2016 Milli Məclisin deputatı sələmə verirmiş

Xəbər lenti