Teleqraf.az saytının "Azərbaycansaatı.tv"yə istinadən, "Rəsulzadəni satan adamın nəvəsi icra hakimiyyətində işləyir" adlı dərc etdiyi məqaləyə Əlibalabəy Səfərbəyovun nəvəsi olduğu idda edilən və hazırda İsmayıllı rayon icra hakimiyyətində işləyən  Nizami Səfərovun qardaşı  Səfərov Aydın Səmid oğlu Teleqraf.az-a yazaraq münasibət bildirib.

Həmin yazını olduğu kimi təqdim edirik: 

 "Məqalədə adı çəkilən Səfərov Nazim (Nizami yazılıb) Səmid oğlu mənim qardaşımdır.  Mən özüm Rusiyada yaşayıram. Burda özümə görə insanlar arsında  hörməti olan bir insan kimi tanınıram. Teleqraf.az saytında belə bir (“Rəsulzadəni satan adamın nəvəsi icra hakimiyyətində işləyir”) məqaləsini oxudum və məlumat mənə çox pis təsir etdi. Onu da qeyd edim ki, Adil bəydən sonrakı nəslin davamçıları 100-lərlədir və hamısı cəmiyyət arasında özlərinə görə yerini tutmuş insanlardır. Hazırda onlarda mənim vəziyyətimdədir.

Həmin məqaləyə münasibət bildirmək istəyirəm. Bu məlumatla bağlı qısa bir araşdırma aparmalı oldum və məqaləyə bir neçə istiqamətdə münasibət bildirməyi özümə borc bildim.

Mən özüm İsmayıllı şəhərində doğulub böyüsəm də əslən Lahıcdanam, yəni atam-anam orada anadan olublar. Biz həmişə nəslimizlələ, Lahıcımızla və bütün Azərbaycanımızla fəxr etmişik. Bizi Səfərəlibəyov Əliabbas bəy Nəsrullahbəy oğlu ilə əlaqələndirilməsi ilə bağlı bildirirəm ki, bu adam bizim babamız deyil,  bizim babamız Səfərəlibəyov Süleymanbəy Adilbəy oğlu olub.Balşeviklərin hakimiyyəti dövründə özü və qardaşı var dövlətləri talanandan sonra sürgünə göndərilib. Qardaşı qayitsa da, özü sürgündə öldürülüb. İstər Lahıcda, istər Azərbaycanın istənilən ərazisində yaşayan Lahıcdan olan yaşlı insanlar Səfərəlibəyovlar haqqında ancaq yaxşı söz danışıblar. Bizim uşaqlıqdan indiyədək yaşlı insanlardan eşitdiklərimiz bunu isbatlayır. Rəhmətlik Manaf Süleymanovun Lahıcin tarixi haqqda yazdığı “Azərbaycan diyarı Lahıc” kitabında da bu nəsl haqqında epizodlar var, insanları məlumatlandırmaq üçün onlardan bir neçəsininin səhifəsini qeyd edirəm. (səh.164-165, 224)

Məqaləndə qeyd edildiyinə görə guya Səfərəlibəyov Əliabbasbəy Nəsrullahbəy oğlu Məmmədəmin Rəsulzadəni bolşeviklərə satmışdır. Belə bir məlumat 1-2 il bundan əvvəl hansısa saytlarda verilmişdi. Bu məqaləni oxuyana kimi o insan haqqında bizim heç bir məlumatımız olmamışdı və onun bizim nəsillə, ulu babalarımızla nə dərəcədə yaxınlığı olması haqqında məlumatımız yoxdur. Eyni familiyanın daşıyıcısı olduğumuz üçün bu adam haqqında məlumat axtarmağa çalışdıq.Bizə də çox maraqlı idi ki, bu insan kim olub.Onun haqqında M.Süleymanovun “Azərbaycan diyarı Lahıc”  kitabında bir neçə epizod tapdım və məlum oldu ki, Səfərəlibəyov Əliabbasbəy Nəsrullahbəy oğlu Bakıda (Qasımbəy məscidinin yaxınlığında ikimərtəbəli mülkün arxitekturası uzaqdan diqqəti cəlb edirdi) və Lahıcda mülkləri olan, ticarətlə məşğul olan, 3 arvadı olsa da ovladı olmayan dövlətli bir insan olub. Kitabda həmçinin qeyd edilir ki, “Əliabbas bəyin ən gözəçarpanəməli qəsəbənin lap mərkəzində inqilab komitəsi, yoxsullar komitəsi və milis şöbəsinin yaxınlığında 1920-ci ildə Məmmədəmin Rəsulzadəni və Abbasqulu Kazımzadəni qorxmadan heç kəsdən çəkinmədən 20 gündən çox evində saxlaması idi.”

Əliabbas bəy kimi bir insanın Məmmədəmin Rəsulzadəni satmasına inanmaq olmur. Çünki elə bir pis vaxtda bütün həyatını,  var-dövlətini risk altında qoyub  Məmmədəmin Rəsulzadəni  20 gündən çox evində gizlətsin, sonra bir  qoşalülə tüfəngə görə  bolşeviklərə satsın. Yaşlı insanlardan eşidiyimə görə Məmmədəmin Rəsulzadə Novxanıda anadan olsa da valideynlərinin Lahıcla qohumluq əlaqələri olub, çətin vaxtlarda Lahıca sığınıb və öz qızını Lahıc sakininə ərə  verib.

Əlavə olaraq bildirmək istəyirəm ki, mənbələrdə qeyd olunur ki, o, Lahıcda olarkən qaldığı yeri tez tez dəyişirdi.Bildiyimiz kimi o vaxt ölkəyə Stalin kimi adam rəhbərlik edirdi.Yəqin ki, o  vaxtkı “KKB” M. Rəsulzadənin hansı gecə harda qalmasını bilirdi.Bəzi mənbələrə görə M. Rəsulzadə tutulandan sonra Stalin şəxsən qatarla Bakıya gəlmişdir. Onun tapşırığı ilə o qatara gətirilmiş və onlar bir neçə saat birlikdə söhbət etmişlər. Stalin gedəndə onu özü ilə Moskvaya aparmışdır. M. Rəsulzadə bir müddət Kremildə işləmiş və sonra xaricə getmişdir (yəqin ki, xaricə getməyinə görə ona şərait yaradılıb).

Göründüyü kimi Məmmədəmin Rəsulzadənin Lahıcda satilması həqiqətə uyğun gəlmir. Yəqin ki o zaman insanlar arasında nüfuzu olan şəxsləri hörmətdən salmaq üçün belə vasitələrdən istifadə ediblər. Məncə araşdırmaçı Ə.Tahirzadə məlumatı yaymaqdan əvvəl o dövrdə “KKB” də istintaqların kimlər tərəfindən və necə aparılmasını araşdırıb  əldə etdiyi fakta qiymət verərdi. Belə məlumatları ictimaiyyətə çatdırmaqla böyük səhvə yol verirlər. Maraqlıdır, belə məlumatları yaymaqda məqsəd nədir?"

İmza:  Səfərov Aydın Səmid oğlu

                            

Bölməyə aid digər xəbərlər

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

04 Okt 2016 ANS-in fəaliyyəti bərpa olunur

03 Okt 2016 Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan Səfəvi dövlətinin siyasi varisidir

01 Okt 2016 “Buna talışların özü, bu xalqın ziyalıları cavab verməlidirlər”

22 Sent 2016 Şəhid ailələrinə çatacaq sğorta haqqı niyə verilmir?

22 Sent 2016 Həbsdə olan jurnalistin həyat yoldaşını deportasiya etmək istəyirlər...

19 Sent 2016 Qənirə Paşayeva: “İran buna görə cavab verməlidir”

13 Sent 2016 Referendumdan sonra prezident seçkiləri keçiriləcək

10 Sent 2016 Dərbənddə Azərbaycan türklərinə qarşı görünməmiş diskriminasiya

07 Sent 2016 Türkiyə Menbici alsa… - Avropa narahatdır

04 Sent 2016 Ateistlikdə ittiham edilən Quran hafizi

03 Sent 2016 `Hamı məni yaddan çıxarıb`- Şahbazdan məktub

30 Avq 2016 Qırmızı Körpüdə vətəndaş döyüldü- Gömrükdə rəzalət...

24 Avq 2016 Vasif Talıbov vitse-prezident olacaq - Deputatdan şok açıqlama

14 Avq 2016 Türkeşi Gülən öldürtdürüb? - Sensasion faktlar ortaya çıxdı (Video)

09 Avq 2016 Şəhid qardaşından şok sözlər: “Biz Milli Qəhrəman adını dilənməyə gəlməmişdik”

09 Avq 2016 Rəsulzadəni satan adamın nəvəsi icra hakimiyyətində işləyir

08 Avq 2016 Milli Məclisin deputatı sələmə verirmiş

Xəbər lenti