“Referendum Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, ölkəmizdə demokratik prosesin inkişafına və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edən bir dəyişiklikdir. Bu dəyişikliklər cəmiyyətdə gedən dinamik proseslərin məntiqinə söykənir”.

Teleqraf.az xəbər veir ki, bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı “Qafqazinfo”ya müsahibəsində deyib. Onun fikrincə, dəyişikliklər içərisində ən diqqət şəkən məqamlardan biri də, vitse-prezidentlik institutunun yaradılmasıdır: “Bu, Azərbaycanda idarəçilik sisteminin daha da təkmilləşdirilməsi, sadələşdirilməsi və birbaşa ölkə prezidentinin idarəçilik sistemində öz üzərinə düşən səlahiyyətlərin müəyyən hissəsinin şaxələndirilməsi, ölkənin idarə olunmasına yeni bir töhfə verən dəyişiklikdir”. 

F.Ağamalı vitse-prezidentlərin birinin Vasif Talıbov olacağını ehtimal edir: “Vitse-prezidentlərin içərisində vacib bir məqam diqqətimi cəlb etdi. Bu gün Naxçıvan Muxtar Respublikasının rəhbəri uzun illərdən bəri oranı çox böyük uğurla idarə edən Vasif Talıbovdur. O, Ali Məclisin sədridir. Konstitusiyaya görə də Milli Məclis, Naxçıvan Ali Məclisi hakimiyyətin ikinci qoludur. Onun birbaşa prezidentlə idarəçilik sisteminə bağlılığı yoxdur. Ola bilsin ki, bu bağlılığı təmin etmək üçün Naxçıvan Muxtar Respublikasının rəhbəri Azərbaycan prezidentinin vitse-prezidenti kimi təsbit olunsun və beləliklə, qeyd etdiyimiz boşluq aradan götürülsün”.

O, yeni dəyişiklikdən sonra prezidentin Milli Məclisi buraxa bilmək səlahiyyətlərini əldə etməsi məsələsinə də münasibət bildirib: “Dəyişikliyə görə, prezident tərəfindən təqdimatı verilən Baş nazir, Mərkəzi bankın sədri və məhkəmə hakimləri 2 dəfə Milli Məclis tərəfindən təsdiq olunmursa, bu artıq qanunverici orqanlar və prezident arasında uçurum, ziddiyyət yaradır. Bu zaman iki seçim var: ya təkrar prezident seçkiləri keçirilməlidir, ya da Milli Məclis buraxılmalıdır. Azərbaycan prezidentli respublika olduğuna görə, 1-ci seçim istisna olunur. Bununla da, doğru olaraq prezidentə səlahiyyət verilir ki, belə hallarda parlamenti buraxsın. Gələcəkdə ehtimal olunan bu problemin aradan qaldırılmasının yeganə yolu budur. Dəyişikliklərdə başqa bir məsələ də diqqəti cəlb edir. İntizam qaydalarını kobud şəkildə pozan deputatın mandatının əlindən alınması da nəzərdə tutulub. Bu dəyişikliyi də vacib hesab edirəm Millət vəkili bütün mənalarda nümunə olmalıdır”.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti