Məmməd Əmin Rəsulzadəni bolşeviklərə satan Əlibalabəy Səfərov

“1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra M.Ə.Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar.

Araşdırmaçı Ə.Tahirzadə Ə.Səfərbəyov haqqında məlumatları və şəkilləri MTN-nin arxivindən əldə etdiyini bildirib:

“Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var.  Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.

Heç kim əcdadlaerının hansısa əməlinə görə məsuliyyət daşımır, amma Azərbaycanda qəribə bir tendensiya da var. İndi ciddi şəkildə araşdıran olsa üzə çıxar ki, məsələn, 37- ci illərdə repressiya üçlüyünə daxil olan və ya millətin qaymaqlarına divan tutan mənsəb sahiblərinin çoxunun övladları, törəmələri indi sanballı vəzifə və imtiyaz sahibləridir.

Əlimizə keçən maraqlı bir fakt da bunu təsdiq edir.

Rəsulzadəni bolşevik hökumətinə satan Əlibalabəy Səfərbəyovun nəvəsi Nizami Səfərov hal-hazırda İsmayıllı rayonunda icra hakimiyyətində ümumi şöbənin müdiri işləyir. Maraqlı faktdır və şübhəsiz Nizami Səfərov da öz babasının o zamankı hərəkətini təqdir etməz…

Azerbaycansaati.tv