Azərbaycanın sabiq prezidenti mərhum Əbülfəz Əliyev (Elçibəy) universiteti bitiridikdən sonra yoldaşları ilə birlikdə Moskvaya gedir. Moskvada onları tərcüməçi kimi hazırlayıb məşqlər keçirlər və 1963-cü ilin yanvarında Əbülfəz Əliyevi Misirə Asuan bəndində tərcüməçi kimi işləməyə göndərirlər. Əbülfəz Əliyev Misirdə olanda qardaşı Murad Əliyevə məktub yazır.

Teleqraf.az Moderator.az-a istinadən həmin məktubu təqdim edir:

“Əziz qardaşım Murad. Birinci sənə öz isti salamlarımı göndərirəm. Öz dost tanışlarınla bilrikdə can sağlığı, gülər üzlü yaşayış diləyirəm. Qardaşım, səndən çoxdandır yazı almıram. Deyəsən, işlərin lap çoxalan vaxtıdır. Ancaq işlərin çox olmasına baxma, orda bir əl boydaca pitik yazıb yola salsan yaxşıdır. Qardaşım Murad, yaz görüm işlərin necə gedir. Nə var, nə yox? Yoldaşın, evdəkilər necədir? Nəzir müəllim necədir? Birgə işlərin necə keçir? Qardaş, uşaqlar, yoldaşlar, tanışlar, daha doğrusu yaxın adamlar haqqında bir məktub yazsan pis olmaz. Bir az da özüm haqqında yazım.

Özüm yaxşıyam. İşlərim asan, yağ kimi gedir. Arada bir hirslənirəm, acıq edirəm, sonra bir az yaxşı hiss edirəm özümü. Beləliklə, günlərim keçir. Gördüyün Əbülfəzəm. Bir az qocalmışam. Yəni yaşlaşmışam. Arada bir saqqal saxlayıram. 2-3 ay sonra qırxıram. Onu da deyim ki, burada cavanlar saqqal saxlamır, qocalar da ki, tək-tək hallarda saqqal saxlayır. Başımı aparırlar, bu saqqal nədir deyirlər. Soruşurlar, mən də deyirəm ki, bu, bizim yerlərdə adətdir. Aldadıram. 5000-dən biri tanıyır ki, Azərbaycan haradadır. Heç bilmirlər ki, Azərbaycan nə olan şeydir. Çox savadsız adamlardırlar. Bir minə kimi adam mənim hesabıma Azərbaycanı tanıyır. Biri ilə bir-iki söz danışan kimi, soruşuram ki, Azərbaycanı tanıyırsan? Deyir ki, yox. Mən də aydınlaşdırıram ki, Azərbaycan cənnət kimi bir ölkədir. Adamları 100-150 il yaşayır. Çoxsunun gözü bərələ qalır. Deyirəm ki, 100-140 yaşlı kişilər at minir. Qocalar köksünü ötürürlər. Nə isə, lağlağı da edirəm, günlərim keçir. Bunlara baxmayaraq burada çox darıxıram. Mən deyən olsa, 7 aydan sonra vaxtım qurtarır. İstəyirlər yenə saxlasınlar, ancaq qalmayacağam. Bəlkə tez gəldim, görək nə olur. Ya oktyabr ayında, ya da dekabrın axırında gələcəyəm. Nə isə, qardaşım Murad. Bunları yazdım ki, oxuyasan, vaxtın keçsin. Axı söz yoxdur yazmağa. Sənə öz fikrimi yazıram. Gələn kimi Almuradı evləndirərik. Mən də kitab yığıram, gələn kimi aspiranturaya girməyə çalışacağam. Sən də çalış, bəlkə qiyabi geoloji instituta girəsən. Ya da özün bilən yaxşıdır. Ancaq mən hökmən aspiranturaya girəcəm. Necə olur, olsun. Bakıda da olmasa, Moskvaya gedib oxumalıyam. Nə isə, bu haqda sonra düşünərik. Gələn kimi iki ay buraxılış dinclik olacaq. Ondan sonra baxarıq. Yaz görüm, nə xoşuna gəlir, alım gətirim. Yaz görüm, anam necədir? Mən onun haqqında lap çox düşünrəm. Ürəyim də narahatdır. Bilirəm ki, bir şey yoxdur. Ancaq bilmirəm sağlamlığı necədir? Zəif deyil ki?

Nə isə, qardaşım Murad, sənə yazıram. Düzünü bilmirəm, bəlkə 3-4 aydan sonra evə (Kələkiyə) məktub yazdılar. Rusca olacaqdır. Orda mənim şəkillərim də olmalıdır. Alıb hamısını oxuyub saxlayarsınız. İtirməyin, saxlayın mən gələnə. Bilmirəm, bəlkə yazmadılar. Əgər yazsalar, al oxu saxla. Yazamsalar da ki, heç. Onu göndərsələr, Moskvadan göndərəcəklər. Nə isə boş şeydir. Daha nə yazım. Sənə görkəmimi göndərirəm. Məndən salam Nəzir, Xəlil, Zülfüqar müəllimə. Xurşud oradadırsa Xurşuda, hamısının ailələrinə, uşaqlarına, Sevil bacıya xüsusi salamlar. Əbülfəzlərə - bütün kəlbəcərli dost-tanışlara, bütün iş yoldaşlarına, bu yazını oxuyanlara, qulaq asanlara. Yazan Əbülfəz bəy. (Ərəblər bir adama müraciət edəndə ya “bəy”, ya “paşa”, ya da “mister”, “ağa”, “cənab” deyirlər). Nə edək qoy desinlər. Mənə marka göndər. Bir də Kəlbəcərin meşələrinin şəkli olsa, göndər ərəblərə göstərim. Kəlbəcərlilərə de ki, Kəlbəcər Kəlbəcər deyil, cənnətdir. Ərəbistan da cəhənnəm. Bütün Misiri gəzəsən, bir budaq tapa bilməzsən. Kəlbəcərin bir yaşıl dərəsini bütün Misirdən üstü tuturam. Nə isə, bir belə bəsdir.

Yazan qardaşın Əbülfəz

Bölməyə aid digər xəbərlər

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

04 Okt 2016 ANS-in fəaliyyəti bərpa olunur

03 Okt 2016 Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan Səfəvi dövlətinin siyasi varisidir

01 Okt 2016 “Buna talışların özü, bu xalqın ziyalıları cavab verməlidirlər”

22 Sent 2016 Şəhid ailələrinə çatacaq sğorta haqqı niyə verilmir?

22 Sent 2016 Həbsdə olan jurnalistin həyat yoldaşını deportasiya etmək istəyirlər...

19 Sent 2016 Qənirə Paşayeva: “İran buna görə cavab verməlidir”

13 Sent 2016 Referendumdan sonra prezident seçkiləri keçiriləcək

10 Sent 2016 Dərbənddə Azərbaycan türklərinə qarşı görünməmiş diskriminasiya

07 Sent 2016 Türkiyə Menbici alsa… - Avropa narahatdır

04 Sent 2016 Ateistlikdə ittiham edilən Quran hafizi

03 Sent 2016 Rəsulzadəni satan adamın “nəvəsi” danışdı

03 Sent 2016 `Hamı məni yaddan çıxarıb`- Şahbazdan məktub

30 Avq 2016 Qırmızı Körpüdə vətəndaş döyüldü- Gömrükdə rəzalət...

24 Avq 2016 Vasif Talıbov vitse-prezident olacaq - Deputatdan şok açıqlama

14 Avq 2016 Türkeşi Gülən öldürtdürüb? - Sensasion faktlar ortaya çıxdı (Video)

09 Avq 2016 Şəhid qardaşından şok sözlər: “Biz Milli Qəhrəman adını dilənməyə gəlməmişdik”

09 Avq 2016 Rəsulzadəni satan adamın nəvəsi icra hakimiyyətində işləyir

Xəbər lenti