Əkrəm Həsənov: “Şirkətin məqsədi gəlir götürmək deyil, ölkədə borc problemi içində olan on minlərlə insana yardım etməkdir”...

Ölkədə on minlərlə vətəndaşın banklarla bağlı problemi olduğu halda, onların hüquqlarını qoruyan normal bir qurum fəaliyyət göstərmir. Dollar kreditlərinin qanunsuz olduğu halda, banklar tərəfindən verilməsi, hər devalvasiyadan sonra həmin borcların şişməsi, üstəlik, vətəndaşların kredit müqavilələrində aldadılması və sair kimi problemlər hədsiz olsa da, vətəndaşlar hüquqlarını qorumaqda acizdirlər. Əksər vətəndaşların məhkəməyə çıxmaq üçün vəkil tutmağa pulu yoxdur, həm də hüquq məsləhəti belə ödənişlidir. Üstəlik, bu sahədə ixtisaslaşmış vəkillər çox deyil. Ancaq artıq vəziyyət dəyişməkdədir. Banklarla mübarizə aparacaq qurum- “Antikollektor” məhdud məsuliyyətli cəmiyyəti gəlir. Bir müddət əvvəl qeydiyyata alınan qurum artıq test şəklində fəaliyyətə başlayıb. Martın 1-də qurumun açılışı olacaq. Yeni qurum “bankların qənimi” kimi qiymətləndirilir.

Hələ açılışı olmasa da, qurum Bakıda, Puşkin küçəsi, 13A ünvanda ofisini açıb və fəaliyyət göstərir. Antikollektorun rəhbəri, hüquqşünas Əkrəm Həsənov deyir ki, sosial şəbəkə üzərindən borclu vətəndaşların çoxsaylı problemləri barədə müraciətlər, suallar alması antikollektoru yaratmaq fikrini ortaya çıxarıb: “Altı aydan çoxdur ki, sosial şəbəkə, “Feysbuk” üzərindən gündə onlarla məktub alıram. Hamısı banklarla bağlıdır, dollar krediti olanlar, işini itirib manat kreditini ödəyə bilməyənlər kömək istəyirlər. Ancaq məsləhət verdiyim adamlar gedirlər, bir müddət sonra yenidən yazırlar. Onlar müstəqil şəkildə hüquqlarını qoruya, müdafiə edə bilmirlər. Biz də bu qurumu bu səbəbdən yaratdıq. Hazırda ölkədə 2,5 milyon kredit ödəyicisi var”.

Ə.Həsənovun sözlərinə görə, onlara təkcə banka borclular deyil, qeyri-bank kredit təşkialtlarına, hətta fərdi sələmçilərə borcu olanlar da müraciət edə bilər: “Söhbət yalnız banklardan getmir. Əhalinin borcu ancaq banklara deyil, bank olmayan kredit təşkilatları var. Lombardlar, lizinq şirkətləri var, nisyə, kreditə mal verən dükanlar var. Məsələn, mebel alıb və aldadılıb, dollarla veriblər və sair. Sələmçilər var. Biz bütün borcluları müdafiə edə bilərik, bizə müraciət etsinlər. Geniş elan verəcəyik, buyurub gəlsinlər. Borcu varsa, onu aldadıblarsa, artıq məbləğ tələb edirlərsə, faiz, cərimə yazırlarsa, biz kömək edəcəyik. Yaxud vətəndaş işini itirib, borcunu qaytara bilmir və ona hədə-qorxu gəlirlər, biz ona da kömək edəcəyik. Borcluya zəng edirlər, qorxudurlar, hədələyirlər, bank işçisi, kollektorlar. məhkəmə icra məmuru borclunu qorxudur. Vətəndaşın hüquq təhsili yoxdur deyə, onunla bu tonda danışırlar, bizimlə isə belə danışa bilməyəcəklər. Biz bu həftəni test edirik və insanların hədsiz marağını görürük”.

Söhbətdən məlum olur ki, daha çox bankları kütləvi məhkəmə prosesləri gözləyir: “Biz kütləvi şəkildə bankları məhəkməyə verəcəyik. Bizə müraciət edənlərin şikayətləri araşdırılacaq, sonra şikayətlər ümumiləşdiriləcək. Kütləvi şikayətlər vermək fikrimiz var. Çünki əks halda, məhkəmələr proseslərə baxıb çatdırmayacaqlar. Biz eyni tipli işləri birləşdirib eyni banklara qarşı ümumi, bir iddia ilə çıxış edəcəyik. Artıq 27 nəfər Bank VTB-ni məhkəməyə verib. Bu, həm də borclulara sərf edir. O iş üzrə hüquqi xidmətim haqqını aralarında bölüşdürürlər”.

Hüquqi xidmət üçün ödənişə gəlincə isə, bu, vətəndaşın istənilən hüquq firmasına, vəkilə ödəyəcəyi məbləğdən qat-qat ucuz olacaq: “Vəkillər hətta konsultasiyaya görə pul alırlar. Vətəndaş da pulsuzluqdan bankı məhkəməyə vermir. Bizdə məsləhət pulsuzdur. Hətta ərizə formalarını pulsuz yazırıq. Vətəndaş istəsə, özü həmin ərizəni məhkəməyə verə bilər. Amma bizim vasitəmizlə məhkəməyə müraciət etmək istəyirsə, o halda da ödənilən məbləğ aşağı olacaq. Sonra planımızda var ki, o xidmət haqqını toplayaq, işçilərin əmək haqqını verək, ofis xərclərini qarşılayaq, yerdə qalan vəsaitlə isə aztəminatlılara, xüsusi qrup insanlara tamamilə pulsuz xidmət göstərək. Şirkətin məqsədi gəlir götürmək deyil, ölkədə borc problemi içində olan on minlərlə insana yardım etməkdir”.

Şirkətin iş prinsipi sadədir: "Vətəndaş gəlib anket üzrə müəyyən sualları cavablandıracaq, şəxsiyyət vəsiqəsinin, kredit, borc müqaviləsinin surətini təqdim edib gedəcək. Ona iki-dörd həftə ərzində cavab veriləcək. İşi təcili olan, məhkəməsi artıq başlayan borclulara dərhal yardım göstəriləcək. Şirkətin hüquqşünasları verilən işləri ümumiləşdirərək, məhkəmələrə müraciət hazırlayacaq vətəndaş isə ona verilən iş nömrəsi ilə proses barədə məlumat ala biləcək. Bəzi borclular heç məhkəməyə müraciət etməli deyillər. Tutaq ki, işini itirib, kreditini ödəyə bilmir, kredit üzrə girovu yoxdur, zamini yoxdur. Biz ona deyirik ki, məhkəmə səninlə bağlı qərar çıxarsa, bank udsa belə, verəcək heç nəyin yoxdur. Buna görə qərardan sonra sənə kömək edə bilərik, icraçı ilə danışarıq və sair. Vətəndaşın itirəcəyi nəsə yoxdursa, niyə xərc çəkib məhkəməyə müraciət etməlidir ki? Biz bəzən vəkillərin vətəndaşın bu cür durumundan istifadə etdiyini görürük”.

Ə.Həsənov vətəndaşlara müraciət edərək bildirib ki, gələrkən sənədlərin surətini gətirsinlər və kifayət qədər az vaxt ərzində problemlərini deməyə çalışsınlar: “Bizim ofisdə surət çıxarılmır. Buraya axın olsa, ona vaxt ayırmaq mümkün deyil. Hər bir vətəndaş yaxınlaşan kimi ona verilən konkret suallara cavab versə, işimiz yüngülləşər. Başqa vətəndaşlar da çox gözləməz. Vətəndaşlar daha çox insanın banklarla bağlı bir araya gəlməsində maraqlı olmalıdır”.

Vəkilin sözlərinə görə, banklar tərəfindən ehtimal edilən hər hansı təxribatlar səbəbindən ofisdə 11 kamera yerləşdirilib: “Ümid edirəm ki, ən azı, təzyiq olsa belə, qanun çərçivəsində olacaq. Antikollektorun bütün işçiləri ali hüquq təhsili olanlardır. Qanun yolu ilə onların qarşısını ala biləcəyik. Amma mətbuatın, sizin vasitənizlə demək istəyirik ki, təxribat etməsinlər, mənasızdır”. /Musavat.com/

Bölməyə aid digər xəbərlər

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

04 Okt 2016 ANS-in fəaliyyəti bərpa olunur

03 Okt 2016 Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan Səfəvi dövlətinin siyasi varisidir

01 Okt 2016 “Buna talışların özü, bu xalqın ziyalıları cavab verməlidirlər”

22 Sent 2016 Şəhid ailələrinə çatacaq sğorta haqqı niyə verilmir?

22 Sent 2016 Həbsdə olan jurnalistin həyat yoldaşını deportasiya etmək istəyirlər...

19 Sent 2016 Qənirə Paşayeva: “İran buna görə cavab verməlidir”

13 Sent 2016 Referendumdan sonra prezident seçkiləri keçiriləcək

10 Sent 2016 Dərbənddə Azərbaycan türklərinə qarşı görünməmiş diskriminasiya

07 Sent 2016 Türkiyə Menbici alsa… - Avropa narahatdır

04 Sent 2016 Ateistlikdə ittiham edilən Quran hafizi

03 Sent 2016 Rəsulzadəni satan adamın “nəvəsi” danışdı

03 Sent 2016 `Hamı məni yaddan çıxarıb`- Şahbazdan məktub

30 Avq 2016 Qırmızı Körpüdə vətəndaş döyüldü- Gömrükdə rəzalət...

24 Avq 2016 Vasif Talıbov vitse-prezident olacaq - Deputatdan şok açıqlama

14 Avq 2016 Türkeşi Gülən öldürtdürüb? - Sensasion faktlar ortaya çıxdı (Video)

09 Avq 2016 Şəhid qardaşından şok sözlər: “Biz Milli Qəhrəman adını dilənməyə gəlməmişdik”

09 Avq 2016 Rəsulzadəni satan adamın nəvəsi icra hakimiyyətində işləyir

Xəbər lenti