Müzəffər Baxışov: “Kredit girovludursa, o zaman girova qoyulan əmlakın hərrac vasitəsilə satılması və kredit ödənilməsi təmin ediləcək”

Manatın devalvasiyası kredit borcu olan vətəndaşların durumunu xeyli ağırlaşdırıb. Ölkədə 2.5 milyon nəfərin kredit borcu var. Kredit borcu olanların ümumilikdə borcu 20 milyard manat təşkil edir. Borcluların 75 faizini dollarda borcu olanlardır. Dekabrın 21-dəki qərardan sonra bu şəxslərin borcu dolların məzənnəsinə görə 50 faiz artmış oldu.

Bundan başqa, manatla borcu olanların da vəziyyəti ürəkaçan deyil. Çünki maliyyə böhranı üzündən iş yerlərini itirən vətəndaşlarımızın da sayı artıb. Bütün bu sadaladıqlarımız onsuz da bankların əsas problemi olan problemli kreditlərin faizini artırmış olacaq. Ekspertlərin fikrincə, bu göstərici 20 faizə qədər yüksələ bilər. Bəs, kredit borcu olanların öhdəliklərini yerinə yetirməyəcəkləri təqdirdə hansı cəzalar gözləyir?

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, vətəndaşlar və ya hüquqi şəxslər kreditlərini ödəməyəcəklərsə, bank onları məhkəməyə verəcək. Əgər kredit təminatlı, yəni girovlu deyilsə, məhkəmə o zaman həm qətnamə çıxaracaq, həm də kredit ödənilməsini müəyyənləşdirəcək: “Kredit girovludursa, o zaman girova qoyulan əmlakın hərrac vasitəsilə satılması və kredit ödənilməsi təmin ediləcək. Kredit girovsuzdursa, o zaman kredit həmin şəxsin gəlirlərindən tutulacaq. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldiləcək. Icra haqqında qanunun 8-ci maddəsinə görə, 10 günlük müddətə borcluya kreditin könüllü şəkildə ödənilməsi təklif olunacaq. Kredit könüllü şəkildə ödənilməzsə, o zaman məcburi icra prosedurları başlayacaq. Bu icra prosedurları isə iki aylıq müddətdə həyata keçirilməlidir. Bu müddətdə həmin şəxslər kreditləri ödəməkdən qəsdən boyun qaçırsalar, Inzibati Xəttalar Məcəlləsinin 313.1-1 maddəsiylə məhkəməyə protokol təqdim olunacaq. Onlar inzibai məsuliyyətə cəlb edildikdən sonra da həmin krediti ödəməkdən boyun qaçırsalar, onlar barəsində toplanmış materiallar cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinin istintaq idarəsinə göndəriləcək. Bu idarədə həmin şəxslər barəsində 306.1-ci maddə ilə cinayət işi başlayacaq”.

M.Baxışov əlavə etdi ki, başlanan cinayət işi krediti ödəməkdən imtina edənlərin üç ilə qədər azadlıqdan məhrum edilməsiylə nəticələnə bilər. M.Baxışovun sözlərinə görə, bu işlə bağlı alternativ cəzalar maliyyə cəzası və sair də var, ancaq ən sərt cəza 3 ilə qədər azadlıqdan məhrumetmədir.

 

Bölməyə aid digər xəbərlər

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

04 Okt 2016 ANS-in fəaliyyəti bərpa olunur

03 Okt 2016 Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan Səfəvi dövlətinin siyasi varisidir

01 Okt 2016 “Buna talışların özü, bu xalqın ziyalıları cavab verməlidirlər”

22 Sent 2016 Şəhid ailələrinə çatacaq sğorta haqqı niyə verilmir?

22 Sent 2016 Həbsdə olan jurnalistin həyat yoldaşını deportasiya etmək istəyirlər...

19 Sent 2016 Qənirə Paşayeva: “İran buna görə cavab verməlidir”

13 Sent 2016 Referendumdan sonra prezident seçkiləri keçiriləcək

10 Sent 2016 Dərbənddə Azərbaycan türklərinə qarşı görünməmiş diskriminasiya

07 Sent 2016 Türkiyə Menbici alsa… - Avropa narahatdır

04 Sent 2016 Ateistlikdə ittiham edilən Quran hafizi

03 Sent 2016 Rəsulzadəni satan adamın “nəvəsi” danışdı

03 Sent 2016 `Hamı məni yaddan çıxarıb`- Şahbazdan məktub

30 Avq 2016 Qırmızı Körpüdə vətəndaş döyüldü- Gömrükdə rəzalət...

24 Avq 2016 Vasif Talıbov vitse-prezident olacaq - Deputatdan şok açıqlama

14 Avq 2016 Türkeşi Gülən öldürtdürüb? - Sensasion faktlar ortaya çıxdı (Video)

09 Avq 2016 Şəhid qardaşından şok sözlər: “Biz Milli Qəhrəman adını dilənməyə gəlməmişdik”

09 Avq 2016 Rəsulzadəni satan adamın nəvəsi icra hakimiyyətində işləyir

Xəbər lenti