|
Güney Azərbaycandan olan soydaşımız Aylin Fazelian Bilgin İsveç Sosial Demokrat Qadınlar Təşkilatının rəhbərliyində önəmli vəzifəyə seçilib.
Bu haqda Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin məlumat verib. Onun sözlərinə görə, Aylin bu quruma seçilən ilk Azərbaycan türküdür. O, rəhbərlikdə təmsil olunan 9 nəfər arasında tək yabançıdır. Aylin 4 il qurumun rəhbərliyində tutduğu vəzifədə çalışacaq. Beləliklə, o, 23 yaşında İsveçin Əyalət Parlament üzvü və təşkilatın rəhbərlərindən biri olub.
Məlumat üçün bildirək ki, İsveçin Göteborq şəhərində dünyaya göz açan Aylin 14 yaşından Sosial Demokrat Partiyasının üzvü olub. Sonra o, 18 yaşında bölgə gənclər təşkilatının sədri, iki il öncə isə Göteborq Sosial demokrat təşkilatının sədr müavini seçilib. Aylin Bilgin keçən il 22 yaşında İsveçin Əyalət Parlamentinə seçilib. Hazırda o, Göteborq Universitetində Avropa qanunları haqqında magistr dərəcəsi üzrə təhsil alır.