“Royalbank”ın sabiq filial müdiri Rinad Məmmədli beynəlxalq axtarışa verilib.

Lent.az-ın İnterpol-a istinadən verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü R.Məmmədli mənimsəmə və ya israf etmə, pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, vəzifə saxtakarlığı kimi cinayət əməllərində təqsirli bilinir. R.Məmmədli məhkəmə prosesindən yayındığı üçün ölkədaxili axtarışa verilib və daha sonra onun ölkəni tərk etdiyi məlum olub.

Qeyd edək ki, “Royal Bank”ın Xəzər filialının sabiq müdiri Rinad Məmmədli, filialın xəzinədarı Rasif Əliyev, mütəxəssisi Ayaz Şirəliyev və başqaları qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə 459 min 571 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunublar.

Bundan başqa, Rinad Məmmədov taladığı pulun 163 min 338 manatını Abşeron rayonu, Qobu qəsəbəsində əldə etdiyi 0,1 ha torpaq sahəsində inşaat materiallarının istehsalı sexi, inzibati bina və sair tikililərin inşasına və təsis etdiyi “Caspian-017 Production” MMC-nin adından kafel-metlax yapışdırıcısının istehsalına sərf edərək cinayət yolu ilə əldə etmiş olduğu külli miqdarda pul vəsaitlərini leqallaşdırıb.

2013-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rinad Məmmədov, Rasif Əliyev, Ayaz Şirəliyev, Ramin Kərimov 3 il, Tamara Quliyeva, İftixar Həsənov, Orxan Ağayev, Samir Atakişiyev 2 il sınaq müddəti olmaqla, şərti cəza alıblar. Digər təqsirləndirilən şəxslər Rauf Qasımov və Mübariz Bayramovun hər birinin barəsində 1000 manat cərimə cəzası kəsilib.

Həmin hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində birinci məhkəmə instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsi və mühakimə olunan şəxslərin barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Prokurorluq təqsirləndirilən şəxslərin məhkəmə zalından həbs edilməsini apelyasiya protestində qeyd edib.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti