“Papalarının gül balaları” və onların həzin sonu... 

Diktator övladları medianın hər zaman maraq mövzusu olub. Onların xəzəl kimi xərclədiyi pullar, macəraları, qadınları, tökdüyü qanlar... əfsanə kimi dildən-dilə dolaşıb. Son günlərin əsas hay-küyü yenə də Özbəkistandan gəlir. İslam Kərimovun öz doğmaca qızı Gülnarə Kərimovanın başına gətirdikləri hələ də müzakirə mövzusudur. Amma bu, ilk və tək hekayə deyil. 

 Tarix ərköyün diktator uşaqlarını çox görüb. Bu siyahıya hər zaman Səddam Hüseynin oğlu Uday  Hüseyn başçılıq edir. Uday Hüseyn atasının ölkəni yumruqla idarə etməsindən istifadə edərək bir çox cinayətlər törətmişdi. Günlük həyat tərzinin çoxunu içkili halda olan Uday Hüseynin cinayətlərindən ən dəhşətlisi atasının dadbilənini (dequstator) məclislərin birində elektrik oyma bıçaq ilə doğrayaraq öldürməsi idi. Bundan əlavə Uday Hüseyn dəbdəbəli həyat tərzi ilə də yadda qalıb. Buna misal olaraq isə Udey Hüseynin 1200-dən çox bahalı maşınlarının olmasını göstərmək olar. 

Eyni zamanda İraqdakı istənilən qadına təcavüz edirdi. Qadınları yoldan oğurlayır və Udayın hüzuruna gətirirdilər. Onunla birgə olmaq istəməyən qadınları isə öldürürdü. Deyilənə görə, qadınlara təcavüz edəndən sonra Uday onların kürəyini adının baş hərfi olan “U” ilə damğalayırdı. Bundan başqa, Uday hədsiz sadistliyi ilə də ad qazanmışdı. Onun 2 köməkçisini ölümünə qədər döyməsi, habelə İraq türmələrindəki işgəncələrdə şəxsən iştirak etməsi də yayılan xəbərlər sırasındadır. 

Udayın qardaşı Qusey Hüseyn isə gizli polis idarəsi yaratmışdı və bu idarə müxalifətə qarşı amansız əməliyyatlarla məşhur idi. Qardaşlar 2003-cü ildə, artıq İraq işğal olunan zaman Şeyx Nəvvaf Zeydanın iqamətgahı güllələnən zaman orda ölüblər. 

 Jean-Claude Duvalier –  Hər bir diktatorun arzularından biri oğlunu onun davamçısı kimi görməkdir.  Haitidə Jean Claude Duvalier ( bəzən “Baby Doc” da adlandırırlar) keçmiş Haiti diktatoru olmuş Francois Duvalierin ( bəzən “Papa Doc” da adlandırırlar)  oğludur və 19 yaşında atası vəfat etdikdən sonra hakimiyyətə gəlib. Tarixə dünyanın ən gənc prezidenti kimi düşüb. Hakimiyyətə gəldikdən sonra əlindəki gücdən istifadə edərək narkoticarət və Haitidə öldürülmüş insanların orqan ticarəti ilə də məşğul olub.

Kim Jong Un -  Şimali Koreyanın ikinci ölməz lideri olan Kim Jong İl-in oğlu Kim Jong Un atasının ölümündən sonra hakimiyyətə gəldi. Həm də dünyanın ən gənc lideri seçildi Kim Jong Un. Hal hazırda Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikasının Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandınıdır. Mifoloji maşını artıq çoxdan işə düşüb, Şimali Koreyada onun atasına və babasına hər sahədə oxşadığı beyinlərinə yeridilib.

Stalinin oğlu Vasili haqda da tarix xoş şeylər demir. Cəsarətli pilot olmasına baxmayaraq –müharibə zamanı iki alman təyyarəsini vurub – həyatı o qədər də yaxşı olmayıb. Xarakter etibarilə çılğın olan Vasili general kimi ad qazansa da, onun aylarla orduya gəlmədiyi, dövlət büdcəsini talan etdiyi – 20 milyon rubl yeyintiyə yol verib, eyni zamanda əyyaş həyat tərzi keçirdiyi, rəhbərliyi altında olan qadınlarla yaşadığı da gəzən söz-söhbətlər arasında olub. Atası bu hərəkətlərinə görə onunla danışmırdı. Amma Stalinin ölümündən sonra oğlunu dövlətə qarşı etdiyi əməllərə görə 8 il müddətinə azadlıqdan məhrum etdilər. 

Hitler də şəxsi həyatında çox ziddiyyətli şəxs olub. Fransa vətəndaşı olan Jan Mari Lorenin 1981-ci ildə yazdığı «Sənin atan Hitlerdir» kitabında Hitlerin gizli oğlu olduğunu bildirib. Lore və Hitlerin qohumluğu barədə əsl həqiqət onun vəkili Fransua Gibonun sayəsində üzə çıxıb. Lorenin yazdığına görə anası 16 yaşlı Şarlotta Lobjua ilə yefreytor Hitler arasında roman 1917-ci ildə – alman ordusu Fransanın Pikardiya şəhərində yerləşərkən yaşanıb. 1918-ci ilin martında Lore dünyaya gəlir. Qonşular və uşağı nifrətlə «kiçik boş» (Fransada almanlardan dünyaya gələn uşaqları belə adlandırırdılar) deyə çağırırdılar. Təhqir və istehzadan bezən Şarlotta bir neçə ildən sonra uşağı gənc bir ailəyə övladlığa verir. Taleyin gərdişinə bax ki, 1939-cu ildə  Hitlerin oğlu Almaniya faşistlərinin əleyhinə vuruşmaq üçün müharibəyə gedir, işğal vaxtı isə  fransız partizanlarına qoşularaq  Klement ləqəbini götürür.1950-ci illərin əvvəllərində doğma anası ölümündən əvvəl Loreyə  əsl atasının kimliyini deyir. Bu, onun üçün böyük şok olur. Özünün dediyinə görə, düz 20 il durmadan çalışır ki, əsl kimliyini unutsun.

Rumıniya diktatoru Nikolay Çauşevskinin kiçik oğlu Nikolay atası hakimiyyətdə olanda onun bütün imtiyazlarından istifadə edirdi. Atası barədə rəsmi KİV-lər “Karpatın dahisi”, “Görünməmiş yeniliklər müəllifi” yazırdılarsa, oğlunu “Drakulito” deyə çağırırdılar. O, bütün ölkədə “qız ovu” ilə məşhurlaşmışdı. Diktator oğlunun xoşuna gələn qadınları zorlamaq adəti vardı. Və demək olar ki, bütün qadınlar onun zövqünə uyğun gəlirdi. Amma atasının hakimiyyətdən devrilməsi və öldürülməsindən sonra onunla bağlı ədalət də bərqərar oldu və 20 il müddətinə azadlıqdan məhrum edildi. Azadlığa çıxandan sonra isə böyrək serrozundan dünyasını dəyişdi. 

Çauşevskinin digər oğlu Valentin və qızı Zoya isə daha təvazökar həyat tərzi aparırdılar. Amma onlar da maliyyə fırıldaqlarına görə türmənin qapısını tanıdılar. Zoya 2006-cı ildə xərçəngdən dünyasını dəyişdi. Valentin isə türmədən çıxandan sonra fizik kimi fəaliyyət göstərdi. 

Liviya rəhbəri Muammer Qəzzafinin 6 oğlu və bir qızı olub. Atasının hakimiyyəti dövründə uşaqları rəhbərlikdə yüksək vəzifələr tutublar. Onların idarəsində milyardlarla dollar və atalarının hüdudsuz hakimiyyəti olub. Amma hamıdan çox onun oğlu Hannibal pis şöhrət qazanmışdı – o, insanlara qarşı amansız münasibəti ilə tanınırdı. 2008-ci ildə hətta İsveçrədə onu otel işçisini amansızcasına döyməsinə görə həbs etmişdilər. Bu insident İsveçrə ilə Liviya arasında konfliktlə nəticələnmişdi. Hannibal akulalar üçün hovuz tikdirir, Parisdə dəlicəsinə yüksək sürətlə maşın sürür və hamilə həyat yoldaşını Londonda döyürdü. 

Qəzzafi rejiminin çökməsindən sonra onun iki oğlu – Saif əl-Arab və Hamis Qəzzafi atışma zamanı həlak olub. Hannibal isə anası Safiya, bacısı Ayşə və ögey qardaşı Məhəmmədlə birgə Əlcəzairə qaça bildi. 

****

Diktator olmayan, demokratiya paytaxtlarında oturan “papaların” övladları da bir sıra hallarda xüsusi şıltaqlıqları ilə seçiliblər. Amerikanın keçmiş prezidenti Corc Buşun qızları Cenna və Barbara Buş  spirtli içkilərə hədsiz aludə olublar. 2001-ci ildə polis Barbaranı gecə barında hədsiz içkili vəziyyətdə yaxalayıb. Buşun digər qızı Cenna da bacısından geri qalmayıb. Uels Universitetinin tələbəsi olan Cenna da Ostindəki digər bir restoranda “Marqarita” içkisi sifariş etdiyi üçün polis tərəfindən cəzalandırılıb. 

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin oğlu Mark Tetçer isə hər dəfə tarixə fərqli qalmaqallarla girib. 2005-ci ildə 52 yaşlı biznesmeni Qvineyada çevrilişə görə ittiham edərək 500 min dollar məbləğində cərimələdilər və 4 il şərti cəza verdilər. 

Bundan başqa, o, qanunsuz silah alverinə, habelə iri dələduzluq faktlarına görə dəfələrlə ittiham edilib. Anası Marqaret Tetçer isə onun haqqında aşağıdakı unikal sözləri deyib: “Mark pulları o qədər çox sevir ki, eskimoslara qar, ərəblərə qum sata bilər”. 

 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti