"Bakı şəhər Baş Polis İdarəsinın əli ilə övladlarıma qarşı növbəti ittiham dosyesi hazırlanır." Teleqraf.az xəbər verir ki, bu sözləri KXCP Sədrinin müavini, Milli Şuranın mətbuat xidmətinin  rəhbəri Oktay Gülalıyev özünün "Facebook" səhifəsində yazıb.

 Həmin yazını olduğu kimi təqdim edirik:

... Hər dəfə övladlarım vasitəsi ilə mənə qarşı edilən təzyiqlərdən danışanda və ya yazanda çətinlik çəkirəm. Talançılığın, korrupsiyanın, işsizliyin, məmur özbaşınalığının, qanunsuz həbslərin baş alıb getdiyi məmləkətdə şəxsi problemləri qabartmağı doğru hesab etməmişəm. Amma qanunların işləmədiyi, zorun haqdan qabağa keçdiyi bir mühitdə çıxış yolları tükənəndə və üzləşdiyimiz problemlə digər dostların da müxtəlif formalarda qarşılaşdığını nəzərə alanda yazmaya, danışmaya bilmirsən.
... Ötən həftə az yaşlı övladlarımla birlikdə yenidən Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsinə dəvət edildik. Sorğu- sual edib yola saldılar. Düşünürdüm bu işlərin davamı olacaq, amma bu sayaq yox... Bir neçə gündür ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları övladlarımın təhsil aldığı 165 saylı orta məktəbə gələrək "araşdırma"-lara başlayıblar. Araşdırmanın bir məqsədi var; məktəbli övladlarım haqqında məlumat toplamaq. Onların dərsə davamiyyətindən tutmuş, aldığı qiymətlərə, kimlərlə oturub durduqlarına qədər hər şeylə maraqlanıblar. Bunlar az imiş kimi məktəbin direktoru və övladlarıma dərs deyən müəllimlər, onların məktəbli yoldaşları "qorotdel"-ə çağrılıb, izahatatları alınıb (!?). Bəlkə də çoxları buna inanmaz. Çünki qos- qoca Bakı şəhər Baş Polis İdarəsinin vəzifəli, rütbəli müstəntiqlərinin orta məktəblərdə pedoqoji inspektorlar sayağı araşdırma aparması, sinif jurnallarını, şagirdlərin dərsə davamiyyətini yoxlaması absurd olduğu qədər də acınacaqlıdır. Dövlətin resursları insanların maddi- rifah halının yaxşılaşmasına, onların layiqli təhsil, tibbi, sosial, kommunal və s. xidmətlərlə təmin olunmasına, normal şəxsiyyət kimi formalaşmasına deyil, 37- ci il sayağı qorxu, xof altında saxlanılıb repressiyalara məruz qalmalarına sərf olunur. Ölkədə minumum əmək haqqının səviyyəsi, korrupsiyanın həcmi, sosial xidmətlərin bərbad durumu, qanunsuz həbslərin sayı və s. dediklərimizə misal ola bilər. 
... Görünən odur ki, Bakı şəhər Baş Polis İdarəsinın əli ilə övladlarıma qarşı növbəti ittiham dosyesi hazırlanır. Olsun, biz mübarizəmizdən qaçmadığımız kimi qədərimizdən və taleyimizdən də qaçmırıq. Bizim övladlarımız da NİDA- çı dostlarımızdan onların yaşında olmasalar da nə əksik deyillər, nə də artıq. Bu ölkə, bu Vətən bizimdir. Biz ölkəmizə də, vətənimizə də sahib çıxacayıq. Dəyərli əqidədaşlarımız Cəmil Həsənlinin qızına böhtan atıb onu təhdid edənlər, Gültəkin Hacıbəylinin oğlunu əlindən almaq istəyənlər, Rafiq Daşdəmirlinin oğlunu həbs edənlər, ataları övladları ilə sınağa çəkənlər unutmasınlar ki, bu rəzillik təkcə onları ifşa etmir. Onların hakimiyyətlərini və ömürlərini qısaldır. Bu mübarizə ləyaqətlə mübarizə apara bilməyənlərin mübarizəsidir. Haqqa, ləyaqətə söykənməyən mübarizələr isə gec- tez məğlubiyyətə vı iflasa məhkumdur. O gün uzaqda deyil, buna hər kəs əmin olsun...

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti