Sentyabrın 18-də Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə olunub. Müzakirələrdə parlament üzvləri Azərbaycandakı müvafiq durumu tənqid ediblər. 

Avropa Parlamentinin saytında yerləşdirilən məlumatdaAzərbaycan hakimiyyətini insan hüquqları sahəsində ciddi islahatlar aparmağa, vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət partiyalarına, müstəqil jurnalistlər hücumları dayandırmağa, sərbəst toplaşma ilə bağlı qadağanı aradan qaldırmağa çağrılır.

Avropa Parlamentinin deputatları Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Həsən Hüseynlinin həbsini pisləyir, onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir.

Avropa Birliyi Azərbaycanla əməkdaşlığı dəstəkləyir, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasını bu münasibətlər üçün şərt hesab edir”.

Avropa Parlamentinin saytında qətnamənin tam mətni də yerləşdirilib.

Sənəddə müqəddimədən sonra Azərbaycandakı mövcud vəziyyət bənd-bənd təsvir olunur, yekunda isə tövsiyə və tələblər sadalanır.

Qətnamənin həmin hissələrini olduğu kimi təqdim edirik:

Azərbaycanda baş verənlər

a. Azərbaycanda son bir neçə ildə insan hüquqları sahəsində vəziyyət aramsız olaraq pisləşir. Hökumət güclü repressiyalar aparır, QHT-lər, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və hüquq müdafiəçilərinə qarşı təzyiq və hədələr artır.

b. İyulun sonlarından başlayaraq hökumət çox nüfuzlu hüquq müdafiəçilərinji hədəfə alıb, onları açıq-aşkar siyasi motivlərlə həbs edib. Bunlara misal olaraq, Leyla Yunusu, onun əri Arif Yunusu və Rəsul Cəfərovu göstərmək olar.

c. Avropa Məhkəməsinə 200-dən artıq iş göndərmiş hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev avqustun 8-də günün birinci yarısında dindirməyə çağırıldı və ona vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə maddələrilə ittiham elan olunaraq, barəsində həbs-qətimkan tədbiri seçildi. İntiqam Əliyevin həbsi hökumətin ölkədə çox böyük nüfuz qazanmış insan haqları müdafiəçilərinə qarşı təzyiqlərin daha da artdığını sübut etdi.

d. Yayılan məlumatlarda bildirilir ki, Leyla Yunus həbsxanada onunla eyni kameraya salınmış şəxsin hücumuna məruz qalır. Ona hücum edən şəxsə qarşı isə heç bir cəza tədbiri görülməyib. Həbsdə Leyla Yunusun səhhəti pisləşib, buna baxmayaraq ona zəruri tibbi yardım göstərilməyib.

e. 2014-cü il mayın 26-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onun müavini Bəşir Süleymanlı vergidən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə müvafiq olaraq 5,5 və 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

f. NİDA Vətəndaş Hərəkatının 8 üzvü xuliqanlıq, narkotik və ictimai asayişi pozma, partlayıcı maddələr əldə etmə ittihamı ilə uzunmüddətli həbs cəzasına məhkum olundu. Sosial şəbəkə fəalları Ömər Məmmədov, Əbdül Əbilov və Elsevər Mürsəlli narkotikdə ittiham olunaraq 5 illə 5,5 il arasında azadlıqdan məhrum olundular. Polis bölməsində olarkən onlara vəkillə görüşmək və üalicə almaq imkanı verilməyib.

g. Xeyli sayda jurnalist, hüquq müdafiəçisi və siyasi fəal müxtəlif ittihamlara məruz qalıblar. "Kamil Vətəndaş" Maarifçilik Cəmiyyətinin rəhbəri Həsən Hüseynli iyulun 14-də Gəncə məhkəməsində xuliqanlıq ittihamı ilə 6 il müddətinə həbs cəzasına məhkum edildi. 

Rusdilli “Zerkalo” qəzetinin jurnalisti Rauf Mirqədirov vətənə xəyanət ittihamı ilə həbs edildi. 

Ölkədə və beynəlxalq aləmdə yaxşı tanınmış Emin Hüseynovun rəhbərlik etdiyi təşkilatın ofisində polislər avqustun 8-də axtarış aparıblar.

Görkəmli müxalifətçi jurnalist Seymur Həziyev xuliqanlıq ittihamı ilə həbs edildi.

h. Son illər ərzində xeyli sayda siyasi fəal, hüquq müdafiəçisi, jurnalist, blogger və sosial şəbəkə fəalı saxta ittihamlarla – xuliqanlıq, narkotik, vergidən yayınma, vətənə xəyanət – həbs olunublar. 

Repressiyaların son dalğası bəzi tanınmış fəalları ya ölkədən qaçmağa, ya da ölkədə gizlənməyə məcbur edib.

i. Müstəqil qəzet olan "Azadlıq" süni surətdə yaradılmış maliyyə problemləri üzündən dəfələrlə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Açıq-aydın görünür ki, qəzet korrupsiya faktlarını işıqlandırdığına görə hökumətin təzyiqlərinə məruz qalır.

j. Avropa Məhkəməsi Azərbaycanda insan haqlarının pozulması ilə bağlı çoxsaylı qərarlar qəbul edib. Onlardan biri də İlqar Məmmədovun işidir. İlqar Məmmədovun işi ilə bağlı 2014-cü il mayın 22-də qəbul olunmuş qərarda onun həbsinin siyasi motivli olması əksini tapsa da, hakimiyyət onu azad etməkdən imtina edir.

k. 2006-cı ildən hakimiyyətin Bakının mərkəzində etiraz aksiyaları keçirməyi qadağan etməsi azmış kimi, qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində icazəsiz aksiyalarda iştiraka görə böyük məbləğdə cərimə və uzun müddət üçün inzibati həbslər nəzərdə tutulur.

l. Avropa Şurası Venesiyya Komissiyasının sərbəst toplaşma, siyasi partiyalar və diffamasiyadan müdafiə haqqında rəyləri nəzərə alınmamış qalır. Avropa Şurasının insan haqları komissarı ölkəyə buraxılmamışdır.

m. 2014-cü ilin fevralında prezident İlham Əliyev QHT-lər haqda qanunvericiliyə dəyişiklikləri imzalayıb. Bu dəyişikliklərə görə, hakimiyyət orqanları yerli və xarici QHT-lərin fəaliyyətini müvəqqəti dayandıra və ya qadağan edə bilər. Qoyulmuş qadağalara əməl etməyən QHT-lərə qarşı 2500-3000 avro, onların rəhbərlərinə qarşı isə 1000-2000 avro cərimə nəzərdə tutulur.

n. Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin, eləcə də təşkilatın rəhbəri Mirvari Qəhrəmanlının bank hesabı Nəsimi rayon məhkəməsinin 8 iyul 2014-cü il tarixli qərarı ilə dondurulub

o. Avropa Şurasının üzvü kimi Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyasını imzalayıb.

p. Azərbaycan 2014-cü ilin mayından Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edir.

1. Azərbaycan Avropa Şurası və ATƏT-in üzvü kimi üzərinə insan hüquqlarına, demokratik prinsiplərə, fundamental azadlıqlara və qanunun aliliyinə tam hörmət öhdəliyi götürüb.

2. Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və Həsən Hüseynlini dərhal və qeyd-şərtsiz azadlığa buraxmağı, onlara qarşı bütün ittihamları aradan qaldırmağı tələb edirik.

Eyni zamanda İlqar Nəsibova qarşı hücumu araşdırmağı və bu işdə əli olanların məsuliyyətə cəlb olunmasını tələb edirik.

3. Hakimiyyət Leyla Yunus, Arif Yunus və bütün hüquq müdafiəçilərinin fiziki və psixoloji sağlamlığını təmin etməli, təcili olaraq onlara zəruri tibb xidməti göstərilməsini, o cümlədən  xəstəxanaya yerləşdirilməsini təmin etməlidir.

4. Azərbaycan hökuməti birinci dərəcəli prioritet kimi ölkədə insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün konkret addımlar atmalı, bütün siyasi məhbusları dərhal və heç bir şərt qoymadan azad etməlidir.

5. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti təşkilatlarına, müxalif siyasətçilərə və müstəqil jurnalistlərə hücumları dayandırmalı, onlara Azərbaycanda demokratiyanın inkişafı naminə fəaliyyətlərində mane olmamalıdır.

Həbsdə olan jurnalistlərə, siyasi və vətəndaş cəmiyyəti fəallarına hüquqlarından istifadə etmək üçün hər cür şərait yaradılmalı, ailələrilə görüşmək və digər qanuni addımlar atmağa mane olmamalı, vəkil seçimində hüquqlarına hörmət olunmalıdır.

6. Azərbaycan hökuməti Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti, ziyalıları və gənc fəalları arasında əlaqələrin yaranmasına mane olmamalıdır. Bu sahədə Leyla Yunusla Arif Yunusun fəaliyyəti böyük əhəmiyyət kəsb edirdi.

7. Azərbaycan hökuməti Venesiya Komissiyası və BMT-nin insan haqları üzrə ekspertləri ilə dərin əməkdaşlıq şəraiti yaradaraq, toplaşma, birləşmə, ifadə azadlığı və qanunsuz həbslər məsələlərilə bağlı ölkə qanunvericiliyini təkmilləşdirməli və bu sahələrdə problemləri aradan qaldırmalıdır.

8. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü və bu vaxta qədər yerinə yetirmədiyi öhdəliklərin icrası üçün insan haqları sahəsində yubanmadan islahatlar aparılsın və Avropa Məhkəməsinin çıxardığı qərarlar yerinə yetirilsin.

9. Bakının mərkəzində sərbəst toplaşmağa qoyulmuş qadağa aradan qaldırılsın, dinc nümayişçilərin cərimələnməsi və inzibati həbsə məruz qoyulması praktikasından imtina olunsun.

10. Avropa Birliyinin Azərbaycanla əməkdaşlığa son dərəcə maraqlı olduğunu bir daha təsdiqləyir, bununla yanaşı bu münasibətlər üçün insan haqları, mətbuat, ifadə, toplaşma, birləşmə və internet azadlığının mühüm şərt olduğunu qeyd edirik.

11. Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq sazişinin imzalanması üçün göstərilən tələblərin yerinə yetirilməsi – hüquq müdafiəçilərinin azad edilməsi, QHT-lərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması, onlara təzyiqlərin dayandırılması, azad mətbuata, müxalifət qüvvələrinə, hüquq müdafiəçilərinə, gənclərə və sosial şəbəkə fəallarına qarşı repressiyalara son qoyulması vacib şərtdir.

12. Avropa Birliyi Şurasını, Avropa Komissiyasını və Avropa Birliyinin Xarici Əlaqələr Komitəsini çağırırıq ki, Azərbaycana münasibətdə “daha çox” prinsipi ilə hərəkət edərək, ölkədə hüquq müdafiəçilərinin vəziyyətinə, siyasi motivli və qanunsuz həbslərə, məhkəmələrin müstəqilliyi, demokratik islahatlar, fundamental hüquq və azadlıqlar kimi məsələlərə fokuslaşsın.

Azərbaycanda insan haqları sahəsindəki pozuntuları nəzərə alaraq, Avropa Komissiyasını vəziyyət dəyişməyənə qədər Yaxın Qonşuluq Siyasəti çərçivəsində Azərbaycana ayrılan maliyyəni dayandırmağa çağırırıq.

13. Təəssüflə qeyd edirik ki, Avropa Birliyi ilə Azərbaycan arasında dialoq ölkədə insan haqları sahəsində vəziyyətin yaxşılaşmasına kömək etmədi. Avropa Birliyi Xarici Əlaqələr Komitəsi effektiv nəticə əldə etməyi qarşısına məqsəd qoyaraq, dialoqu gücləndirməli və bu barədə Avropa Parlamentinə müntəzəm hesabatlar verməlidir.

14. Hökuməti QHT-lər, qrantlar haqqında qanuna, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri ləğv etməyə çağırırıq. 

Hökumət Avropa Şurasının tövsiyələrinə uyğun olaraq, QHT-lərin Avropa standartları səviyyəsində fəaliyyətini təmin etsin.

15. Beynəlxalq Olimpiya Komitəsi və quruma üzv ölkələri çağırırıq ki, repressiyaları dayandırması, Olimpia Xartiyasına uyğun olaraq mətbuat azadlığına hörmət etməsi üçün Azərbaycan hakimiyyətinə təsir göstərsin.

16. Avropa Birliyi Xarici Əlaqələr Komitəsi Birliyin hüquq müdafiəçiləri ilə bağlı təlimatı həyata keçirərək, Bakıdakı ofisin müstəqil insan haqları təşkilatları ilə müntəzəm görüşlərini təşkil etsin və bu tədbirlər Birliyə daxil ölkələrin Bakıdakı nümayəndəlikləri ilə koordinasiya edilsin. Bu görüşlərdən istifadə edərək Azərbaycandakı hüquq müdafiəçilərinə açıq dəstək ifadə olunsun.

Avropa Birliyi Xarici Əlaqələr Komitəsi Azərbaycandakı hüquq müdafiəçilərinə qarşı prosesləri yaxından izləsin və Avropa Parlamentinə hesabatlar versin.

17. 24 may 2012-ci il tarixli qətnaməmizi yada salaraq, Avropa Birliyi Şurasını Azərbaycanda repressiyalar davam edəcəyi təqdirdə, insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqi məsələsinə baxmağa çağırırıq.

18. Avropa Parlamentinin prezidentinə tövsiyə edirik ki, qətnaməni Azərbaycan prezidentinə, hökumətinə və parlamentinə, Avropa Birliyi Xarici Əlaqələr Komitəsinə, Avropa Birliyi Şurasına, Avropa Komissiyasına və Avropa Şurasına göndərsin.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti